вторник, 19 июля 2011 г.

NECƏ ZƏLALƏTƏ DÜŞDÜM

Ticaninin "Necə hidayət oldum"kitabına təkzib

"Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!"
(Quran, Maidə 8)

Həqiqətən bir məsələni araşdırarkən, bunu elmli yolla etmək, yaxşı niyyətə, sağlam fitrətə, təmiz qəlbə dəlalət edir. Buda indiki zamanda bir çox yazılara xas olmayan xüsusiyyətdir. Ancaq buna təəccüblənmirik. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunun olacağını artıq xəbər vermişdir:
"Elə bir zəmanə gələcək ki, kişi yatacaq və oyandıqda artıq əmanət qəlbindən silinmiş olacaqdır"
("Fathul-Bari əsəri, "Köləlik kitabı", "Əmanətin aradan itməsi fəsli")
İslam tarixində əsrlər boyu bidət əhli Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrinin ədalətinə şəkk gətirməyə, dahi İslam alimlərini ləkələməyə cəhd etmişlər. Lakin (innə rabbəkə labilmirsad) hansı bir bidət və zəlalət əhli nə yazmışsa, Allah onun batil əməlinin üstünü açmış, kələyini yerindəcə kəsmişdir. Allaha daima həmd olsun!
Görürsən ki, bu zəlalətə aparanlar insanları şübhəyə salmağa cəhd edirlər, aldadırlar və hətta yalanlar yazmağa, özlərindən nələrsə uydurmağa, təhriflər etməyə belə çəkinmirlər. Çünki əllərində olanı ancaq budur.
"...Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz."
(Quran, Nur, 40)
Hər eşidilənə inanan, hər deyilənin arxasınca gedən avam cahillərdə, öz ağalarının dediklərinin ardınca gedərək haqqı axtarmadan, yalan olub-olmadığını öyrənmədən, onların dedikləri ilə razı olanlar da tapılır (Yəqin ki, ağalarının halını bilməyirlər, ya da özlərini bilməməzliyə qoyurlar).
Belələrindən biri də özündən əvvəlki həmfikirləri kimi, haqq əhlinə tənə edərək, doğruluğa əməl etməyərək, tövbə etməzsə, Rəbbin dərgahında rəzil, alçaq olaraq, bir neçə kitabçalar yazmışdır.
Bu yazımla bir kişinin nə qədər yalan danışdığını bəyan edəcəyəm. Hər dediyinə geniş cavab verməyəcəyəm. Sadəcə olaraq, bu kişinin iddia etdiklərində yalançı olduğunu sizə açıqlayacağam.
Onun haqqnda Tunis alimlərindən soruşduq. Tunis alimlərindən olduğunu deyərək, onun haqqında nə eşidən, nə də onu tanıyan oldu. Şair gözəl deyib:
Soruşduq məhəllədə Sulamət haqqında.
Dedilər bəs kimdir Sulamət?
Dedik ki, Məhəmməd ibn Zeyddir.
Dedilər ki, artdı bizdə cəhalət.
Allahın dinini qorumaq üçün, bunu Allahın razılığı üçün yazdım. Ancaq yazımda elm əhli tərəfindən nöqsanlar tapılarsa, mənə zərəri olmaz. Çünki etiraf edirəm ki, mən elm meydanında usta deyiləm. Bu boşluğu dolduran, bu böhtançıya cavab vermək üçün vaxt ayıran olmaıdğına görə bu işi mən gördüm. Özümdən razı olaraq yox, su olmayanda təyəmmüm edərlər deyə, bunu məhz mən etdim.
Kəlamlarımda xəta olmaq ehtimalı da vardır. Çünki bu nə heç bir batilə yer olmayan Allahın kəlamı, nə də məsum Peyğəmbərimizin(səlləlləhu əleyhi və səlləm) kəlamıdır.
Xətalarımı bilən qoy onu bizlərə çatdırsın. Çünki Allah razılığı üçün əməl edən kəs haqqın haradan gəlməsindən asılı olmayaraq, onu görəndə sevinər.
Ancaq dediklərimi nəfsinə tabe olaraq, rədd edən insana isə deməyə söz tapmıram. Əyri budağın kölgəsi də əyri olar!
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?"
(Quran, Caşiyə, 23)
Beləliklə, ucalardan Uca olan Allahdan diləyirəm ki, bu əməlimi qəbul etsin və Onun bəyəndiyi əməllərdən etsin. Bir də diləyirəm ki, Allah Taala müsəlman övladlarını rafizi alimlərinin və ağalarının yalanlarını, haqqa qarşı olduqlarını onlara bildirdikdən sonra haqqa hidayət etsin!
"Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar."
(Quran, ər-Rəd, 17)
(Bu yazıda) məqsədim çoxa az ilə qane olan, uzunçuluq əvəzinə müxtəsər kəlamla kifayətlənən ağıl sahiblərini oyandırmaqdır. Sözü insaf və ədalət tərəzisilə ölç! Hər kəsin haqqını ver! Çünki Allah Taala buyurur:
". Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
Tərəzini düz tutun, çəkini əskiltməyin"
(Quran, ər-Rəhman, 7-9)
Şair də demişdir:"Əlinlə elə şeylər yaz ki, Qiyamət günü qarşına çıxanda sevinəsən".
Mən təəccüb edirəm və bu təəccübüm bitib tükənməyir. Axı insan nə üçün yalan danışır? Haqqa niyə tabe olmur? Niyə dəlilə dəlil ilə cavab vermir? Belə suallar çoxdur, buna cavablar isə azdır ya da heç yoxdur.
Şeyx əl-Müəllimi "əl-Fəz əgaid ilə təşih əl-əgaid" kitabında haqqa tabe olmağa mane olan bir çox səbərləri göstərmişdir:
1- Haqqa tabe olduğu təqdirdə, əvvəl batil əqidədə olduğu üzə çıxması. Bu da ona ağır gəlir.
2- Təkəbbürlük.Görür ki, haqqı etiraf etməsi bundan öncə nöqsanlı olduğunu etiraf etməsi deməkdir, başqa sözlə həm də başqa bir şəxs ona düz yolu göstərmişdir.
3- Batillə şan-şöhrət və ya var-dövlət qazanması. Beləliklə də o faydaları itirəcəyindən qorxur, haqqı etiraf etmək ona ağır gəlir.
4- Aydın olanda ki, hörmət etdiyi, uca tutduğu ataları, babaları, şeyxləri alimləri haqqa müxalif idilər, bir zaman təhqir etdiyi, istehza və kinlə baxdıqları, cəhalət və zəlalətdə olduqlarını güman etdiyi kəslər haqlıdirlar. Belə olan halda bu mənəvi zərbəyə dözməyi bacarmaması, qərar qəbul etməkdə acizlik göstərməsi.
Bunun müalicəsi isə aşağıdakıları göz önünə almaqla olar:
1. Haqqın uca və batilin rəzil olmasını fikrində tutmaq.
2. Fani və zəlil dünya ilə Allahın razılığının və Axirətin nemətlərini müqayisə etmək.
3. Aydın olan məsələləri götürüb əməl edərək, nəfsinə tabe olmamaq.
4. Dəlil ilə şübhəni fərqləndirməyə səy göstəmək.
5. Hər sözün dalınca getməmək.
6. Allaha haqqı haqq olaraq göstərmək və ona əməl etməklə mükafatlandırmasını, batili olduğu kimi göstərərək, ondan uzaq olmağını diləmək.
Əvvəldə və axırda (həmişə) dumız budur: Aləmlərin Rəbbinə həmd olsun!

Ticani, onun kitabları və metodu ilə tanışlıq

Ticani iddia edir ki, o Tunisdə Zeytuniyyə universitetini bitirmişdir. Sufiliyin "ət-Ticaniyyə" firqəsinə mənsub olubdur. Sonralar Səudiyyə Ərəbistanı Krallığına köçərək, iddia və iftirasına görə "vəhhabiliyi" qəbul etmişdir. Daha sonra Tunisə qayıdaraq, özünün dediyi kimi sufilərə qarşı çıxaraq, "vəhhabiliyi" yaymaqla, məşğul olmuşdur. Daha sonra Beyruta yola düşmüşdür. Səfərdə gəmi ilə gedərkən, Munim adlı bir rafizi ilə tanış olub, ondan çox təsirlənmişdir. Ordan da İraqa gedərək, on iki imamçılığı-rafiziliyi qəbul etmişdir. Dediyinə görə, çox ciddi axtarışlardan, araşdırmalardan sonra ən nəhayət, sonda bu əqidəni qəbul etmişdir.
Cavab: Kaş ki, bu kişinin iddia etdikləri doğru olaydı. Biz də əlimizi ona uzadardıq. Ancaq çox təəssüf ki, o kitabını yalan, təhrif, aldatma, kələk, gəlmə, tənə və istehzalarla yazıb doldurubdur.
O, yazdığı dörd kitabında yalnız bir məsələyə, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) səhabələrini pisləməyə diqqət yetirir. Çünki əhli-sünnə ilə münaqişə etmək üçün rafizililərin bundan başqa əllərində bir şey yoxdur.
Şübhəsiz ki, bu məsələdə də dəlilləri yoxdur. Ona görə ki, əhli-sünnə səhabələrin fərd olaraq, məsum olduqlarını demirlər, əksinə, onların səhv edə bilmələrini mümkün sayırlar. Bununla belə onların məqamını yüksək tutur, xətalarına insaf gözü ilə baxır. Onların etdikləri azacıq xətalar çoxlu savablarının qarşısında müsqayisəolunmazıdır!
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) səhabələrini pisləyən rafizilərin tənələri dörd qismdir:
1. Səhabələrin demədiyi, onlar haqqında uydurulmuş yalanlar;
2. Səhabələrin ictihad etdikləri məsələlər (onların ictihadlarını səhv və ya sünnəyə müxalif kimi qələmə verirlər);
3. Cürbəcür yalanlarla şişirdilmiş (səhabələrin) etdikləri balaca xətalar;
4. Onların dənizlər boyda yaxşı əməlləri müqabilində etdikləri xırda səhvlər.
Əgər Ticani iddia etdiyi kimi, haqqı axtardığında doğruçu olsaydı, yalan söyləməzdi. Həqiqətən haqlı insan yalan deməz, batil olan isə doğru danışmaz!
Allah köməyimiz olsun!
Ticaninin "Necə hidayət oldum" kitabına cavab

1. Ticani deyir (səh.24): "Elm məclislərinə "əl-Əzhər" (universitetindən) proffesorlar da qatılırdırlar. Mənim əzbərlədiyim hədisləri və ayələri gödükcə, malik olduğum danılmaz dəlilləri eşitdikcə məndən xoşları gəlirdi.Hansı universiteti bitirdiyimi məndən soruşurdular. Mən də fəxrlə "Zeytuniyyə" universitetinin məzunu olduğumu deyirdim.
"Əl-Əzhər"in alimlərindən bəziləri mənə sənin yerin burada "əl-Əzhər"də olması vacibdir deyirdilər...
Şərəf kürsüsundə "əl-Əzhər" aliminin yanında oturdum. Məndən iştirakçılar qarşısında çıxış etməyimi xahiş etdilər. Mən də çox asanlıqla çıxış etdim.
Bütün bunlardan sonra Ticani deyir (səh. 54): Bu zəkalı uşadan (Nəcəf şəhərindəki dini mədrəsədə oxuyan uşağı nəzərdə tutur) təəccübləndim. Dediklərini biz Quran surəsi əzbərlədiyimiz kimi bilirdi. Müəllim şagirdinə dərs verdiyi kimi, mənimlə söhbət edirdi. Onun qarşısında aciz olduğumu hiss etdim. Düşünürdüm ki, bu uşaqlarla qalmayıb, kaş mən də dostumla birlikdə burdan çıxaydım. Fiqh və ya tarixdən nə soruşdularsa, heç birinə cavab verə bilmədim.
Cavab: "Əl-Əzhər" alimləri qarşısında fəxr edir, sualları cavablandırır, nəcəfli uşağın qarşısında aciz qalır, qaçmaq istəyir. Ticani bütün bunları Nəcəf uşaqlarının "əl-Əzhər" alimlərindən daha çox bildiyini göstərmək üçün deyir.
Bu sözləri oxucusuna hörmət edən kəs deməz!
Elə Ticani özü də Nəcəf alimlərindən, uşaqlarından öyrəndi, sonra nəçi oldu? Böhtanlar yağdıran, hadisələri dolaşdıran, nağıllar uyduran, oxucularına kələk gəlmək istəyən yalançıdan başqa bir şey olmadı.
Əziz oxucu! Yazıma nəzər saldıqca, bu kişinin yalanlarının, təhrifinin, zülmünün, məsələlərə yanaşmaqda elmi üsullardan uzaqlığını, cahilliyini və pis niyyətini görəcəksən. Belələri ilə nəyinki danışmaq lazım deyil, heç qapının kandarından içəri buraxmaq olmaz. Elə camaatın ayaqqabılarının yanında dayanaraq, uzaqdan baxmalıdırlar, vəssalam!
2. Ticani deyir (səh.25): (Allah Taala) hədisi-qüdsidə:"Ey qulum! Mənə itaət et, mənim kimi olarsan, bir şeyə "ol"deyərsən, o da dərhal olar"-demirmi?
Cavab: Ticaninin iddia etdiyi bu hədisi-qüdsinin hətta bənzərlərini uydurma hədis toplumlarında belə rast gəlmədim. Bu deyəsən onun oxuduğu sufi sayıqlamalarıdır. Kim bu hədisi taparsa, bizlərə göstərsi. Ona təşəkkür edərik.
3. Ticani deyir(səh.28):Münimə- "rafizi olduğunu bilsəydim, sənlə danışmazdım"-dedim.
O isə: "Nə üçün?"
Mən:"Çünki siz müsəlman deyilsiniz. Siz Əlinin qəbrinə ibadət edirsiniz. Sizlərdən olanlarınız isə Allaha ibadət edərlər. Ancaq Peyğəmbəri qəbul etmir, Cəbrailin(ə.) əmanətinə xəyanət etdiyini deyərək, onu söyürlər.
(Ticani) sözünə davam edərək, deyir ki, bu məlumatları Əhməd Əminin "Facrul-İslam", "Duha-l-İslam", "Zuhr-ul-İslam" kimi tarix kitablarından götürmüşdür.
Cavab: Bu açıq –aydın yalandır. Əhməd Əmin belə söz deməyibdir. Bəli, bəzi rafizilər Əlinin ilah olduğunu deyirlər. Belələrinə "sabiilər" misal ola bilərlər(bu firqə indiyə qədər İranda mövcuddur).
Əhməd Əmin kitablarında "İsna Əşəri"ləri qeyd etsə də, onların Əliyə ilah demələrini, Məhəmmədin(səlləlləhu əleyhi və səlləm) peyğəmbərliyini inkar etmələrini və Cəbraili söymələrini onlara mənsub etməyibdir.
Bunula belə, onların fəxrlə dedikləri küfrləri – rucani ("Duha əl-İslam",3212), imamların qeybi bilməsi("Zuhrul-İslam",4113), imamların dirilməyi("Duha əl-İslam", 3219), Qurani Kərimin dəyişdirildiyini ("Duha əl-İslam",3217), 3 nəfərdən başqa bütün səhabələrin İslamdan çıxmalarını("Duha əl-İslam", 3210) qeyd etmişdir.
4. Ticani deyir(səh.29): Munim dedi: "Həqiqətən Əhməd Əmin İraqı ziyarət etmişdi. Onunla Nəcəfdə görüşən müəllim heyətinin arasında mən də var idim. Ona yazdığı kitablara görə irad tutanda, o üzr istəyərək, dedi:"Mən sizin barənizdə heç nə bilmirəm. Mən indiyə qədər heç vax şiə ilə ünsiyyətdə olmamışam. Bu ilk dəfədir ki, şiə ilə görüşürəm"
Cavab:Bu Əhməd Əminə atılan böhatndır. Əgər dorudan da belə hadisə olubsa, sonralar niyə o, öz əsərlərində əvvəl dediklərini təkzib yaxud düzəliş etməyib? Necə ola bilər ki, şiələrin kəlamlarını onların mötəbər kitablarından gətirdiyi halda, "şiəlikdən heç nə bilmirəm" deyir?!
Əhməd Əmin onların etiqadlarını qeyd edəndən sonra deyir:"Bütün bunlar rafizilərin ən mötəbər kitablarından götürülmüş heç bir şərh və dəyişiklik etmədən imamlardan rəvayət etdikləri əsasında etiqadlarının xülasəsidir."("Duha əl-İslam", cild3, səh220)
Əhməd Əmin yaşayarkən niyə bunları demirdi? Bir də ki, Əhməd Əminin kitabları qalmaqdadır, əldən-ələ ötürülməkdədir. Dediklərini də rafizi kitablarından götürmüşdür. Görürsən ki, o "Kafi"nin müəllifi Kuleynindən nəql edir, "Nəchul bəlağa"ya əsaslanır, mötəbər saydıqları rafizi alimlərindən "Həyat-l-qulub"dan, Məclisinin "Biharul-Ənvar"ından, "Vaqfatul-zair"dən və başqalarından sitatlar gətirir. Bütün bu kitabları oxuyan, onlara müraciət edən kəs "mən rafizilərdən heç ə bilmirəm" deyərmi?!
Ticani deyir:"Onun dedikləri xoşuma gəldi. Dəstəmaz aldıqdan sonra heç kimin olmadığı yerə getdik. Onu yoxlamaq üçün namazda imam olmasını təklif etdim. Niyyətimdə sonradan yenidən bu namazı qılmaq var idi.
Cavab: Əgər Ticani bunları doğru deyirsə,bu onun namaza laqeyd yanaşmasını göstərir. Bu elə bir ustalıqdır ki, təqiyyədə bundan ən bolunu istifadə etmək olar.
Belə əməl etməyə, yəni batil olduğunu etiqad etdiyi namaz qılmağa mömin, Allah qorxusu olan heç kəs cürət etməz.
5. Ticani deyir(səh.31): O qardaşı ilə(Munimlə) məğrib namazını qılıb, sonra yeməkxanaya yollandılar. Sonra bizə işa(gecə) namazı qıldırdı.
Cavab: Rafizilərdə namaz vaxtları üçdür. Onlar məğribi və işanı bir yerdə cəm edərək, qılırlar. Deməli ya Ticani yalançıdır, ya da Munim ona qarşı təqiyyə işlədib. Lap elə bir-birini yaxşı tapıblar.
6. Ticani deyir(səh.34): Məhəmməd(səlləlləhu əleyhi və səlləm) peyğəmbərlərin ağası olduğu kimi, Əbdülqədir də (Gilani) övliyaların ağasıdır. İnsanlar Kəbəni yeddi dəfə fırlanaraq, ibadət edirlər. Mən isə özüm təvaf olunan evəm –deyən Gilanidir.
Onu(Munimi nəzərdə tutur) inandırmağa çalışırdım ki, Əbdülqədir öz şagirdlərinin, sevənlərinin yanına açıq-aydın gələrək, onları müalicə edir, çətinliklərdən qurtarır.
Cavab: Bu Ticaninin rafizilikdən əvvəl də(əgər yazdıqları doğrudursa) zəlalətdə olduğunu göstərir. Bu bir daha rafizili və sufilik arasında güclü bağlantının olduğunu göstərir. Yəni bir sikkənin iki üzləridir.
Əhli-Sünnəyə görə Əbdülqədir Gilani olümündən sonra şagirdlərinin, sevdiklərinin yanına açıq –aydın gələrək, onların xəstəliklərini sağaldır, bəlalardan qurtarır deyə etiqad edən müsəlman deyil.
Allah Taala buyurur:
"Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə’nasız sözlərdən) başqa bir şey deyildir!"
(Quran, Rəd, 14)
"(Ya Peyğəmbər! Müşriklərə) de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!"
(Quran, Səba, 22)
Alusi demişdir: Allah Taalanın"Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər"(Quran, Həcc, 73) kəlamı övliyaları ifrat dərəcədə şişirdənlərə işarədir. Çünki, onlar çətinlik vaxtı (Allahı qoyub) övliyaları çağırırlar. Onların adına nəzir deyirlər. Onlardan bir az ağlı çox olanlar isə bizimlə Allah arasında olan vasitədir deyir, nəziri Allaha, savabını isə vəliyə verdiklərini deyirlər. Beləliklə onlar "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik"(Quran, əz-Zumər, 3) deyən bütlərə ibadət edənlər kimi demiş olurlar.("Bəyan şirk və vasailuhu ində uləmi-l-hənfiyyə", səh.23)
Əbu Bəkr əl-Hənbəli demişdir:Böyük şirk yeddi qismdir. Peyğəmbərləri və övliyaları ruzi vermək, xəstəlikdən şəfa tapmaq və s. üçün dua edərək, çağırmaq. Çünki Allah Taala buyurur:
"Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!,"
(Quran, Yunus, 106)" ("Bəyan şirk və vasailuhu ində uləmi-l-hənfiyyə", Dr.Məhəmməd əl-Xəmis, səh.14)
Həmçinin onun "Mən təvaf edilən evəm" sözü də küfrdür. Bunu Əbdulqədirin(Allah ona rəhmət etsin!) deməsi sübuta yetirilməyib.
7. Ticani deyir (səh.37): Həqiqətən tarixi heç bilmirdim. Çünki ustadlarımız və müəllimlərimiz "İslam tarixi qara və qaranlıqdır, onu oxumaqda fayda yoxdur" deyərək, bunu bizə qadağan ediblər.
Cavab: Yalanın ipi nə qısa olrumuş! Səhifə 22-də Ticani deyir ki, onlar mənim elmə olan həvəsimə, çox məlumatlığımaheyran olurdular. Beşinci abzasda isə, o Əhməd Əminin kitablarını oxuduğunu deyir.
İslam tarixinin qara olduğunu demək sırf rafizi nəzər nöqtəsidir. Bunu onlardan başqa heç kim iddia etmir. Hətta şərqşünaslar belə İslam tarixində çiçəklənmiş, qızıl əsrlərin olduğunu deyirlər. Raşidi xəlifələrin dövrünü isə xüsusi qeyd edirlər.
Əgər Ticaninin ustadları parlaq İslam tarixinə qaranlıq deyirlərsə, bizim ustadlarımız bunun tam əksini demişdilər. Məhz onlar əməli-salehin keçmiş tarixini sətirlərə düzmüşlər. Əgər Ticani qaranlıq tarix axtarırsa, rafizi tarixi kimi qaranlıq tarix tapa bilməz, buyursun baxsın! Onların heç vaxt İslama xeyri dəyməyibdir. Nə bir diyarı fəth ediblər, nə düşməni geri oturdublar. Əksi isə olduqca çoxdur. Onların "cihadı" istər qədimdə, istərsə də müasir dövrdə daim əhli-sünnəyə qarşı olubdur.
Qədim tarixdə onlardan ancaq bunu görmüşük:
1. Bağdada Moğol tatarları daxil olarkən, İbn əl-Əlqəmi, ən-Nüseyr ət-Tusinin əli ilə onlara dəstək vermələrini ("Əl-Bidayə van-nihayə", cild 13, səh.213, 217, 283);
2. Səlib yürüşləri zamanı sərhədləri açaraq, onlara yardım etmələrini ("Kitəbul-xumeyniyyə və risatul-harakat al-agida və alafkar al-fasidə", səh.73);
3. Rusların osmanlılara qarşı daimi hücumlar edib onları məğlub etmələri zamanı bayram etmələriniz ("Kitab əl İtidata-l-batiniyya alə əl-muqaddasat əl-islamiyyə");
4. Həccacı öldürmələrini, qara daşı yerindən çıxararaq, "əl-Əhsaya" aparmalarını ("Burutukul ət-ayət", Qum, səh.63)
Müasir tarixdən isə bunları bilirik:
1. Xomeyninin "Qüdsə yol İraqdan keçir" sözlərini. Moğol-tatar vaxtında Əli ət-Tusinin Bağdad soyqırımında əli olduğu üçün onu tərifləməsini;
2. İranda Əhməd Müftizadə, Əhməd al-Küsri, Müzəffəryani kimi bir çox əhli-sünnə alimlərinin qətlini;
3. "Əməlü-ş-şiə"(şiyələr) tərəfindən törədilən qətlləri;
4. Kəbəni və Peyğəmbər məscidini "azad" etmək çağırışları, şüarları və orada törədilən partlayışları.
Belə misalları çox gətirmək olar. Əl-Əhqafi əl Həirinin dedikərini misal gətirsək, məncə kifayət edər:
"Fars və rum xalqlarının başına gələnlər əzəmətli İslam ruhundan uzaq bədəvilərinin pis davranışlarının nəticəsidir.Bu xalqlarda ərəb millətinə, şəriətinə qarşı nifrət ərəblərin şərqdə və qərbdə gözəl şəhərləri, bərəkətli torpaqları viranə qoymasına görə baş qaldırıbdır. Bu şəhvət qulları və ağaları (fars) krallığının və (rum) imperatorluğunun namusuna təcavüz etmişlər.
Görürsənmi, əziz oxcu?! Müasirlərdən olan bu əl-Əhqafi fars diyarını fəth edən səhabələri bədəvilər, şəhvət qulu və s. adlarla adlandırır. Bilmirəm, bu adam hansı iffətdən, namusdan danışır, ağlaryır.
Belə sözləri müsəlman dilinə gətirərmi? Elə rafizilərin Ömərə(r.a.) qarşı olan böyük nifrətinin əsas səbəbi də onun fars imperiyasını dağıtmasına görədir. Həsənin(r.a.) övladlarını qoyub, Huseynin(r.a.) övladlarını uca tutmaları da bu səbəbdən irəli gəlir. Çünki onun övladlarının dayıları, yəni zövcəsi Yezdiqərin qızı Şəhribanunun qardaşları farslardır.("Biharul-ənvar", cild 45, səh.329) Salman Farisini(r.a.) digər səhabələrdən üstün tutmaları, hətta ona vəhy gəldiyini demələri("Ricalu-l-Kəşşi") yalnız və yalnız onun fars olmasına görədir. Bu səbəbdən də öz kitablarında Əlidən(r.a.) rəvayət edirlər ki, (guya) o Kisra (fars imperatoru) barəsində demişdir:"Həqiqətən Allah onu cəhənnəm əzabından qurtarıb. Ona odu haram edibdir"("Biharul-ənvar", cild 14, səh.41)
8. Ticani deyir(səh.40):Başıma "vəhhabi çılginligı" vurdu və doktora dedim:Onda sən də vəhhabi fikirlisən. Onlar da övliyaları qəbul etmirlər.
Cavab: Birincisi, əhli-sünnəni "vəhhabi" adlandırmaq boşboğazlıqdır və onlara lağ etməkdir. Onlar heç vaxt özlərini belə adlandırmayıblar!!!
İkincisi, onların guya övliyaları qəbul etməmələri qırmızı yalandır. Allaha şükürlər olsun ki, əhli-sünnənin kitabları hər yerdə var və bu iddianın yalan olduğunu hər zaman sübut edir.
İmam Məhəmməd ibn Əbdülvəhhab ibn Suleyman ət-Təmimi "Kəşfu əş-şübuhət" kitabında demişdir:"Sənə övliyaları sevmək, onlara tabe olmaq, kəramətlərini təsdiqləmək vacibdir. Onların kəramətlərini yalnız bidət və zəlalət əhli inkar edər."( "Kəşfu əş-şübuhət", 10-cu fəsil, səh.11)
Nə olaydı, Ticani "vəhhabi" adlandırdıqlarının kitablarndan heç olmasa birindən belə iddia etdiklərini göstərəydi. Allahın lənəti yalançılara olsun!
Əhli-sünnə alimləri yalnız altıncı abzasda Əbdülqədir Gilaninin adından dediyi sayıqlamalar kimi bu qəbildən olan məsələləri qəbul etmir.
9. Ticani deyir(səh.44): Biz əhli-sünnə və cəmaat Allah elçisinin(səlləlləhu əleyhi və səlləm) yalnız Quranın təbliğində məsum olduğunu deyirirk.
Cavab: Əhli-sünnənun adından danışan nümayəndə səni kim təyin edibdir ki, sən onların adından danışırsan? Allaha and olsun ki, sən nə rafizilikdən əvvəl, nə sə sonra əhli-sünnədən olmamısan!
Biz Ticanidən əhli-sünnənin Peyğəmbərin məsumluğu barədə dediyi kəlamın hansı məsdərdən götürüyünü tələb edirik.
Əhli-sünnənin əqidəsi belədir ki, həqiqətən Peyğəmbərlər ümumi olaraq, təbliğdə, istə kitabları, istərsə də digərlərini çatdırmaqda məsumdurlar. Məsələn, Məhəmməd(səlləlləhu əleyhi və səlləm) Quranı və Sünnəni çatdırmaqda məsumdur. Allah Taala buyurur:
"O, kefi istəyəni (havadan) danışmır.
Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. "
(Quran, Nəcm, 3-4)
Quran da, sünnə də vəhydir. Onlar arasında fərq yalnız bundadır ki, Quran Allah kəlamı, sünnə isə Onun elçisinin dili və ləfzi ilə çatdırılan Allahın vəhyidir. Burada başqa fərqlər də var. Ancaq bu başqa bir mövzudur. Deməli, sünnə əhli peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) təbliğdə (istər Qurani-Kərimin, istərsə də sünnənin insanlara çatdırılmasında) məsumluğuna etiqad edirlər. Eləcə də Məhəmmədin(səlləlləhu əleyhi və səlləm) və digər peyğəmbərlərin böyük günahlardan və kşiliyə zidd olan hərəkətlərdən məsum olmaları da əhli-sünnənin əqidəsindəndir. Xırda günahların peyğəmbərlər tərəfindən baş verə bilməsi məsələsində isə (elm əhli) ixtilaf etmişdir. Lakin düzgün olanı budur ki, aşağıda qeyd edəcəyimiz dəlillərə əsasən xırda xətalar peyğəmbərlərdə baş verə bilər, ancaq dərhal onlara (Allah tərəfindən) xəbərdarlıq gəlir.
Allah Taala buyurur:
1. "Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi."
(Quran, Taha, 121)
2. "Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən?"
(Quran, Təhrim, 1)
3. "(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. "
(Quran, Əbəsə, 1-2)
4. " (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı."
(Quran, Əraf, 150)
5. "Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz."
(Quran, Ənfal, 67)
6. "...adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır."
(Quran, Əzhab, 37)
7. " Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı"
(Quran, Saffat, 143-144)
8. "(İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi"
(Quran, Sad, 24)
9. "Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?"
(Quran, Tövbə, 43)
10. "(Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)".
(Quran, Hud, 46)
Gazi İyaz demişdir: Zahiri əməllərə gəlincə pis, fahiş əməllərdən həlakedici günahlardan peyğəmbərlərin məsum olmasında müsəlmanlar həmfikirdirlər (icma). Həmçinin peyğəmbərlər risaləni gizli saxlamaqdan, Allahın dinini çatdırmaqda qüsurlu olmaqdan məsumdurlar.
Xırda günahlara gəldikdə isə bir qrup keçmiş alimlər və başqaları bunları peyğəmbərlərdən baş verməsini mümkün sayırlar. Tədqiqatçılar və filosofların bir qrupu isə peyğəmbərlərin böyük günahları kimi, xırda günahlardan da məsum olması fikrini deyirlər.
Bəzi alimlərimiz deyirlər: Bu iki müxtəlif rəydə olanların birisi əslində peyğəmbərlərin kiçik günahları daimi və ya çoxlu sayda etmək məsələsində ixtilaf etmirlər (yəni peyğəmbərlər bundan uzaqdırlar). Deməli ümumilikdə bu məsələdə icma vardır.
10. Ticani deyir(səh. 45):"Munim məndən soruşdu:"(innəlahə va mələikətəhu) ayəsinin təfsirini oxumusanmı? Şiə və sünnə təfsirçiləri bu ayə-peyğəmbərin yanına gəlib, ya Allah elçisi, sənə salam verməyi səndən öyrəndik, necə salavat verməyi isə bilmirik-deyən səhabələr barəsində nazil olmuşdur. O (səlləlləhu əleyhi və səlləm) dedi:" Deyin:-Allahumma salli alə Muhəmməd və əli Muhəmməd kəmə salleytə alə İbrahimə va alə İbrahim, fil aləminə innəkə həmidun məcid-. Ancaq yarımçıq salavat deməyin! Səhabələr soruşdular:- Yarımçıq salavat nədir ya Peyğəmbər? O da cavab verdi:- Allahummə salli alə Muhəmməd deyib, sonra susmaq. Həqiqətən Allah Kamildir. Yalnız kamil olanı qəbul edir."
Cavab: "Utanmaz nə istəsə onu da edər"(Əl-Buxari, "Səhih", 3483). Allah elçisi nə doğru demişdir. Allahu Əkbər (kəburat kəlimətən)
Peyğəmbərin adından rəvayət olunan uydurulmuş yalançı hədisdə əhli-sünnə təfsirçiləri həmrəy olublar?! Lap təəccüblüsü də budur ki, Ticani kitabın haşiyəsində İbn Əsirin təfsirinə isnad edir. Biz bu təfsiri heç eşitməmişik. İbn Əsir haqqında yazan elm əhli də onun təfsir kitabı olduğunu deməmişlər. Necə də Ticani belə yalan danışmağı bacarır? Mən təfsir kitablarına da müraciət etdim. Bu hədisi onun dediyi şəkildə qeyd edən bir kimsəyə rast gəlmədim. Bu hədisin "innəkə həmidun məcid" kəlməsinə qədər yeri düzdür. Amma "yarımçıq salavat" isə Ticaninin yalanlarındandır. Müraciət etdiyim təfsirçilərdən heç kim qeyd etməyibdir. Bu təfsirçilər: ət-Təbəri, İbn Kəsir, ibn əl-Ərəbi, Kurtubi, ən-Nəsəfi, əş-Sövkani, ibn əl-Cüuzi, ibn Teymiyyə, ibn Ətiyyə, ən-Nəsəi, əs-Suyuti və b.
"Sünnə və şiə təfsirçiləri həmrəydilər"-kəlməsini deməyi necə özünə rəva görür? Səxavi demişdir: Peyğəmbərin adından rəvayət olunub, sənədinə rast gəlmədiyim rəvayətlərdən də biri "Mənə yarımçıq salavat çevirməyin" hədisidir. (Səxavi sözünə davam edərək deyir): Bunu yalnız Əbu Sad Şərəf əl Mustafa kitabnda qeyd etsə də, bu hədisin sənədi yoxdur. Bu yalançı da "təfsirçilər ittifaq etmişlər" deyir. Görəsən, bundan da böyük yalan olarmı?!
Əgər biri desə ki, axı bu Ticaninin yox, Munimin kəlamıdır, ona cavab verərik ki, Ticani onunla razılaşır, hətta bunu kitabında dəlil tutaraq, nəql edir.
11. Ticani deyir(səh.54):"Biz dörd məzhəbdən başqasını tanımırıq. Bunlardan savayı mövcud olan məzhəblər İslama aid deyildir".
Cavab: Belə sözü yalançı və cahildən başqası deməz. Bu ikisinin də şirini belə acıdır. Müsəlman alimərindən heç biri "İslamda dörd məzhəbdən başqası yoxdur" deməmişdir. Bu məsələ belə izah olunur ki, bu dörd alimin rəylərini yayan ardıcılları oluşdur, məhz buna görə də onların rəyləri daha çox yayılmışdır. Amma onlar (bu dörd alim) heç zaman insanlara rəylərinə əməl etməyi vacib buyurmayıb, ya da haqqın yalnız onlarda olmasını iddia etməyiblər. Əksinə, insanları haqqa tabe olmağa çağıraraq, elmsiz, kor-koranə təqlid olunmalarına qarşı olmuşlar.
İmam Əbu Hənifə demişdir: Bizim harandan götürdüyümüzü bilmədən heç kəsə fətvamızı götürmək halal deyildir.
İmam Şafii demişdir: Əgər hədis səhihdirsə, mənim məzhəbim odur.
Bu mənada sözlər imam Malikdən və Əhməddən də rəvayət olunmuşdur.
İslam tarixində başqa məzhəblər də olmuşdur. Sauri, Auzai, Əbu Saur, zhiriyyə və bir çox başqa məzhəblər buna misal ola bilər.
Biz Ticanidən soruşuruq: Bu məzhəblər mövcud olmamışdan öncə Əbu Bəkrin, Ömərin, Osmanın, Əlinin və başqa səhabələrin məzhəbi nə idi?
Ticaninin dedyi bu boş, dəyərsiz kəlamı yalnız onun kimi əhli-sünnədən olan cahillər və ya rafizi olduqdan sonra onun kimi yalançılığı öyrənənlər deyirlər.
12. Ticani deyir(səh.54):"Qardaşım Munim dedi: Əbu Hənifə imam Cəfəri Sadiqdən dərs almışdır. Əbu Hənifə özü barədə deyir: O iki il (Cəfərdən dərs aldığı illər) olmasaydı, Numan (özünün nəzərdə tutur) həlak olardı. Malik də elmini Əbu Hənifədən götürüb..."
Cavab: Bu bitib-tükənmək bilməyən rafizi yalnlarından biridir. Nə Əbu Hənifə Cəfərin tələbəsi, nə də Malik Əbu Hənifənin tələbəsi olmuşdur. Ticani bu kəlamı da rafizi kitablarından götürmüşdür. Əl-Əntəki (rafizi alimi) də məhz bu ibarəni demişdir. ("Liməzə ixtərtu məzhəbəs-şiə", səh.2)
Doğru olanı budur ki, Əbu Hənifə Həmməd bin Əbu Suleymandan dərs almışdır. Onun Cəfərdən dərs alması isə sübut olunmayıbıdır. Əksinə, onlar həmyaşıddırlar, hicri tarixlə 80-ci ildə anadan olmuşlar. Əbu Hənifə Cəfərdən ən çoxu bir və ya iki hədis rəvayət edibdir. Onun "Malik Əbu Hənifədən dərs alıbdır", Əntakinin isə "o, (yəni Malik) Cəfərin elmini Əbu Hənifədən aldı" kəlamlarına gəlincə isə deyirəm ki, Cəfər bin Məhəmməd Malikə görə o qədər də inanılmış (siqa) sayılmırdı. Əksinə ondan heç rəvayət də etməyibdir. Bu dediklərimiz təkzib, garh və tədil, mizan kimi "rical"(yəni hədislərin sənədlərində olan rəvayətçiləri araşdırma kitabları) kitablarında qeyd olunmuş Cəfər Sadiqin tərcümeyi halında qeyd olunmuşdur.
13. Ticani deyir:"Munim dedi:Bilirsənmi ki, müxtəlif məzhəbli İslam firqələri Qurani Kərimdə mütəfəkkirdirlər?"
Cavab: İslam(əqidəsi) üzrə olan firqələr nəzərdə tutulursa, doğrudur. Amma İslama mənsub olub, İslamdan uzaq firqələr nəzərdə tutulursa, onlar bizimlər (Quranda) müttəfiq deyillər. Munim Ticani və onun kimilərinin mənsub olduqları Quranın (təhrifdən) qorunduğunu etiqad etmirlər. Ticaninin iddia etdiyinin tam əksinə olaraq, Quranın təhrif olunmasında öz (rafizi) alimlərinin müttəfiq olduğunu (yəni icma olduğunu) deyən rafizi alimlərinə rast gəlirik. Bu uzun bir mövzudur, bu məsələni araşdırmağın yeri deyildir. Ancaq Quranın təhrif olunduğu barədə bəzi rafizi alimlərinin dediklərindən sitat gətirirəm:
1. Əbul Hasan əl Fattuni demişdir: Bil ki, inkar olunmaz həqiqətdir ki, mütəvatir və digər xəbərlərə əsasən, həqiqətən Quranda peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vafatından sonra dəyişikliklər baş verdiyini deyirik. Quranı topladıqdan sonra bir çox ayələri və surələri yox etmişlər. Demək olar ki, bu əqidə bizim (rafizi məzhəbini nəzərdə tutur) məzhəbin (etiqadın) zərurətlərindəndir.("Miratul-Ənvər, səh.36)
2. Adnan əl-Bəhrani demişdir: (Quranın) təhrif edilmiş və dəyişdirilmiş olması hamı tərəfindən (rafiziləri nəzərdə tutur) razılaşdırılmış məsələlərdəndir. Məzhəbin zəruriyyətlərindən (vacibatlarından) olduğuna görə bu (məsəkədə) "haqlı firqə"(rafiziləri nəzərdə tutur) həmfikirdirlər.("Məşariqə-l-şumus əd-duriyyə", səh. 126)
3. Əli əl-Kufi Əbul-Qasım demişdir: Nəql və hədis əhlinin xüsusi və ümumi əhli həmfikirdirlər ki, insanların əllərində olan bu Quran Qurani Kərimin hamısı deyildir.("Faslu-l-xitab", səh.27)
4. Əl Mufid demişdir: Peyğəmbərin ailəsindən, hidayət imamlarından gələn mütəvatir xəbərlərdə bəzi zalımarın törətdiyi hazf(yox etmə) və dəyişdirmə səbəbiylə Quranda ixtilafın olması qeyd olunmuşdur.("Əvail əl-Məqəlat")
Bütün bunlardan sonra Ticani və Munim görəsən hələ də İslam firqələrinin Quranda müttəfiq olduqlarını deyirlərmi? Bunu ancaq razfiziləri bu siyahıdan çıxartdıqdan sonra deyə bilərlər!
14. Ticani deyir(səh.57): Əl Xoi demişdir:İstər şiə, istərsə də sünnilər, hamısı qardaşdırlar. Onlar bir tək, şəriki olmayan Rəbbə ibadət edirlər. Quran, peyğəmbəri, qibləsi birdir. Yalnız fiqhi məslələrdə ixtilaf edirlər.
Cavab: Nimatullah əl-Caziri demişdir: Biz əhli-sünnə ilə nə Allahda, nə peyğəmbərdə, nə də ki, imamda birik. Xəlifəsi Əbu Bəkr olan peyğəmbərin Rəbbi nə bizim Rəbbimiz, nə də peyğəmbəri peyğəmbərimizdir.("Əl-Ənvar ən- Numaniyyə")Əl-Kəşəni demişdir: Onlardan birinin(on iki imamı nəzərdə tutur) imamətini inkar edən bütün peyğəmbərlərin (onlara Allahın salamı olsun!) peyğəmbərliyini inkar etmiş kimidir.
Əl Məqməti demişdir: Xəbərdən(hədislərdən) belə nəticə çıxır ki, insa aşari(on iki imamçı) olmayan hər bir kəs axirətdə kafir və müşrik hökmündədir.("Təngih əl-Macal", cild 1, səh207)
Ticani elə ozü də Londondakı mühazirəsində (kasseti indi də qalmaqdadır) deyir ki, peyğəmbərdən sonra xəlifənin ƏbuBəkr olmasını istəyən Rəbb bizim Rəbbimiz deyildir!
İndi(siz deyin) kimə inanaq?
Bu barədə daha çox məlumat almaq istəyən Abdullah əl-Musilinin(Allah ona rəhmət etsin!) "Şiə həqiqəti" kitabına müraciət etsin.
15. Ticani deyir(səh.66): Ondan (Baqir əs-Sadrı nəzərdə tutur) səcdə etdikləri torpaq(möhür) haqda soruşdum. O, cavab verərək dedi:"Hər şeydən əvvəl bilmək lazımdır ki, biz torpağa yox, torpağın üzərinə səcdə edirik. Bizə görə, eləcə də əhli-sünnəyə görə ən əfzəl səcdə torpaq və ya onda bitən, yeyilməyən şeylər üzərinə edilən səcdədir".
Cavab: Bu əhli-sünnə adından deyilən yalndır. İbn Gudamə demişdir: Bu əzaların (səcdə əzaları) nəyinsə üzrində olması vacib deyildir. ("Al-Muqni, cild 1, səh.207)
Əl Qazi demişdir: Əgər əmmamisinin və ya paltarlarının qolu üzərinə səcdə edərsə,-bütün (bu barədəki) rəvayətlərə görə- namazı düzgündür. Bu ƏbuHənifənin və Malikin də rəyidir. Biz əhli-sünnə rafizilərin bu türbəni(möhürü) uca tutmaqlarına qarşıyıq. Hətta onlar bu barədə əhli-beyt və imamların adından yalan rəvayətlər də nəql edirlər. Əhli-sünnəyə və rafizilərə görə Allah elçisinin(səlləlləhu əleyhi və səlləm( Əlidən, Həsəndən və Hüseyndən(r.a.) üstün olmasına baxmayaraq, bununla belə rafizilər Hüseynin türbəsini onların türbəsindən üstün tuturlar.
Nə olaydı, türbə məsələsi, əs-Sadrın dediyi kimi üzərinə səcdə etməklə bitəydi. Halbuki, möhür müqəddəsləşdirməyə qədər gəlib çatıbdır.
Müsa əl-Musavi demişdir: Türbə (möhür) üzərinə səcdə edənlərin bir çoxu onu öpür, (əl-üzünə sürtməklə) ondan bərəkət istəyirlər. Hətta şəfa məqsədilə Kərbəla türbəsindən yeyənlər də olur. Heç bilmirəm ki, bu bidət şiə təriqtinə nə vaxt daxil olmuşdur. Nə Rəsuli-əkrəm(səlləlləhu əleyhi və səlləm), nə Əli(r.a.), nə də onlardan sonra gələn imamlar Kərbəla türbəsinə heç zaman səcdə etməyiblər.("Əş-şiə va ət-təşih", səh.105)
Bu bir şiə alimindən onların halına verdiyi şəhadətdir. Uca Allahın:"Əgər Allah sənə bir zərər yetirərsə, (sıxıntı versə), səni Ondan (Allahdan) başqa heç kəs qurtara bilməz"(Quran, Yunis, 107), "yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var?" (Quran, Nəml, 62), "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir."(Quran, Şüəra, 80), bu kəlamına zidd olaraq, Hüseyn türbəsinin bütün növ dərdlərə dərman və şəfa olduğunu etiqad etməklə, daşların zərər və fayda verdiyini etiqad edən müşriklərə bənzəmiş olurlar.
Onların türbə barədəki rəvayətlərindən:
1. Cəfər Sadiqə nisbət edirlər ki, (guya) o demişdir: Hüseynin qəbrinin palçığı bütün dərdlərə dərmandır. Onu yeyərkən, belə deyirsən:"bimilləh və billəh allahummə icəlhu rizqan vasian va limən nəfian va şifaən min kulli dain"("Biharul-ənvar", c.98, səh. 129)
2. Məhəmməd Baqirə nisbət edirlər ki, (guya) o demişdir: Hüseynin türbəsi hər dərdin şəfasıdır, hər qorxudan əmin-amanlıqdır. Nə niyyət tutub ondan götürsələr, ona da çarə olar. ("Biharul-ənvar", c.98, səh. 131)
Belə rəvayətlər çoxdur, əl-Məclisi "Biharul-ənvar" kitabında buna ayrıca fəsil ayırmışdlr. "("Biharul-ənvar", c.98, səh. 118)
16. Ticani deyir(səh.68): Baqir əs-Sadr demişdir: Müsəlmanlar övliyalara və imamlara dua edirlər(çağırırlar_ ki, Allaha edilən duada onlar vasitə olsunlar. Bu şirk deyildir. Bu məsələdə şiələr və əhli-sünnə də Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vaxtından indiyə qədər müttəfiqdirlər. Buna qarşı olanlar yalnız vəhhabilər, səudiyyə alimləridir. Onlar icmaya qarşı çıxaraq, bu fikirdə onlanları kafir sayır, qanlarını halal görürlər.
Cavab: İbn Teymiyyə demişdir: Peyğəmbərləri və saleh insanları öldükdən sonra qəbirlərinin yanında duraraq və yaxud başqa yerdə (qeybdən) çağıranlar Allahdan başqasını, ulduzları, mələkləri çağıran müşriklər timsalındadır.
Uca Allah buyurur:
"Heç kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara "Allahı buraxıb mənə qul olun!" desin. Əksinə, o öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!"deyər. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan, özünüzü Allaha təslim etdikdən sonra kafir olmağı heç əmr edərmi?!"
(Quran, Ali İmran, 79-80)
"De: "(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!"
Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur! "
(Quran, İsra, 56-57)
"Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!"
(Quran, əz-Zumər, 3)
"(Ya Peyğəmbər! Müşriklərə) de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!
Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz"
(Quran, Səba, 22-23)
"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!""
(Quran, Yunus, 18)
Mən soruşuram: Onların etdikləri bu əməllə, müşriklərin etdikləri arasında nə fərq var? Allahdan başqasını, mələyi, Peyğəmbəri və s. çağırmaqla bu əməlin şirk olduğunu göstrən belə ayələr Quranda çoxdur. Ancaq onlar (peyğəmbərlər, övliyalar) həyatda sağ ikən onlarla təvəssül etmək olar. Bundan başqa hər hansı bir əməl öncəki əməli-salehlərdən, yəni səhabələrdən, tabiinlərdən, onların ardınca gedənlərdən nəql olunmayıbdır. Beləliklə, (siz deyin, əziz oxucular) Ticani və əs-Sadrın "bunu ancaq vəhhabilər deyirlər" iddiası düzdür, yoxsa batil və yalndır?
17. Ticani deyir(səh.68): Əs-Sadr demişdir: Onlar Allahın evinə gələn hacıları "sənə salam olsun ey Allahın elçisi" dediklərinə görə vururlar.
Cavab: Bu yalandır. Biz hamımız əhli-sünnə olaraq, "sənə Allahın salamı olsun, ey Allaın elçisi!" deyirik. Amma buna görə heç kəs bizi vurmayıbdır. Bu kəlməni deyən heç bir rafizini də vurmazlar. Bunu ozləri də bilirlər. Belə olan halda yalan nəyə lazımdır?
18. Ticani deyir(səh.68): Şiə alimlərindən olan Şərəfuddin Abduləziz Əli-Səudun zamanında, Həcc ziyarətində olarkən, hər il keçirilən bayram təbriki mərasimlərində saraya dəvət olunanlar arasında o da var idi. Növbə ona çatarkən, o kralla görüşdü və ona üz qabığı dəridən olan Quran bağışladı. Bu halda Şərəfüddin dedi:Ya kral, bu çəpiş dərisindən olan dərini öpüb niyə təzim edirsən? Kral cavab verdi: Mən o dərini yox, içindəki Quranı qəsd etdim. Şərəfuddin dedi: Əhsən ey kral! Biz də eynilə peyğəmbərin qəbri ətrafındakı şəbəkələri, qapıları öpərkən, dəmirləri, taxtaları yox, onun arxasında olanı qəs edirik. Sən çəpiş dərisini öpməklə, Quranı qəsd etdiyin kimi, biz də Rəsulullahı qəsd edirik. İştirakçılar təkbir etdilər, "doğru dedin" söylədilər. Bu hadisədən sonra kral hacılara peyğəmbərin izləri ilə təbərrükə icazə verməyə məcbur oldu. Ondan sonra gələn krallar yenidən bu qərarı əvvəlki kimi dəyişdirdilər.
Cavab: Bu uydurulmuş bir dastandır. Qəribədir ki, belə nağıllar orda iştirak edənlər dünyasını dəyişəndən sonra ortaya çıxır. Dördüncü abzasda ki, Munimin Əhməd Əminlə olan hekayəti, həmçinin Səlim əl-Bişrin Şarafuddin əl-Musavi ilə yazışmaları və başqaları da buna misal ola bilər. Lap elə desək ki, Quranı öpmək olar, bunu başqa şeylə müqayisə etmək doğru deyildir.Çünki Quranı Kərim Allah kəlamı olduğundan ona təzim etmək yalnız və yalnız Allaha təzim kimi qəbul olunur. Bunu edən kimsənin şirkə düşmək qorxusu yoxdur. Peyğəmbərin qəbrinə bu şəkildə təzim etmək isə ifrat dərəcədə təzimə apararaq, peyğəmbərə Allaha xas olan sifətləri mənsub etməyə gətirib çıxarır. Bu məsələnin bir tərəfidir. Başqa tərəfi isə peyğəmbərin qəbrinə təzim və adətkarda halda ziyarət barədə, yəni bu əməlin qadağan olduğunu açıqcasına bildirən hədislər var. Qeyd edəcəyimiz hədis məhz bu məsələyə toxunur. Belə açıq dəlilər olan yerdə elm əhlinin dediyi kimi "ictihad etmək"(özündən fikir yürütmək) olmaz. Belə hədislərdən birində Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:
"Sizdən öncəkilər (qövmlər) öz peyğəmbərlərinin, saleh insanların qəbrini ibadətgah edirdilər. Siz qəbrləri nəbadə ibadətgah edəsiniz! Mən bunu sizə qadağan edirəm!"
(Muslim, "Səhih"əsəri, "Məsciddəkilər" kitabı, 23)
Rafizilər öludən istəmək, qəbr ətrafında təvaf etmək (dövrə vurmaq), Allahdan çox onlardan qorxmaq kimi bir çox şirk əməllərə yol verirlər. Buna ən bariz misal kimi, bu dövrün məhşur rafizi alimlərindən olan Əbdül Hüseyn Dəstağubinin "Qəribə hekayətlər" kitabını göstərmək olar. Müəllifin bu kitabında Allahı qoyub, qəbrlərə necə sığınmağın yollarından bəhs edilir.
19. Ticani deyir(səh.73): Həqiqətən biz (əhli-sünnəni nəzərdə tutur) Aşura günü bayram edirik. Çünki bu İslam bayramlarından biridir. O günü malın zəkatını çıxardırlar, müxtəlif yeməklər bişirilir, uşaqlar böyüklərin yanına gedirlr lo onlardan şirniyyat və oyuncaqlar almaq üçün pul alsınlar.
Cavab: Bu kəlam bir daha göstərir ki, Ticaninin əhli-sünnə əqidəsindən xəbəri yoxdur. Çünki o, sufilik bidətindən rafizilik bidətinə keçibdir. Allahın dini isə ortadır. Nə ifrata varmaq var, nə də laqeydlik. Sünnə alimlərindən heç biri "Aşura" gününün İslam bayramlarından olduğunu deməyibdir. Əhli-sünnəyə görə İslam bayramları çox deyildir. Sadəcə 2 dini bayram: Qurban və Ramazan bayramları var. Əhli-sünnə "Aşura" günü peyğəmbərə tabe olaraq, Allahla danışan Musa(ə.s.) Firondan qurtulduğu gün kimi bilir və oruc tuturlar. Bəyənilərn əməl oruc tutmaqdır, yemək vermək deyildir. Əhli-sünnə ilə bir diyarda yaşayan rafizilər də bunu yaxşı bilirlər.
20. Ticani deyir (səh.75):Allahın elçisi(səlləlləhu əleyhi və səlləm) demişdir: Sənə "dəlidir" deyilənə qədər dinini axtar. (Sonra haşiyədə bunu Buxarinin rəvayət etdiyini deyir).
Cavab: Bu yalan və cahillikdir. Nə Buxari, nə də digər altı kitabın müəllifləri bu hədisi rəvayət etməyiblər. Hətta əhli-sünnənin kitablarında ümumiyyətlə buna rast gəlmədim. Heç olmasa, Ticani bu "hədisini" peyğəmbərin adından rəvayət olunan yalançı hədislər toplumunda bizə göstərsin, əks halda o yalançı kimi ifşa olunmalıdır. Bu hədis deyəsən sufi təriqətinə mənsub olandır. Çünki onlar "cənnətin əksəriyyəti dəlilərdir" deyərək, bunlara bənzər hərəkətlər edirlər.
21. Ticani deyir(səh.78):Hər qapının qarşısında (peyğembərin qəbrini nəzərdə tutur) keşik çəkən və müşayət edən, növbə ilə dəyişilən əsgərlərdən ibarət güclü keşikçəkmə nöqtələri var. Onlar əllərində əsalarla dayanaraq, yaxınlaşmaq və Rəsulullahın qəbri olan otağa baxmaq istəyənləri vururlar.
Cavab: Mədinə şəhəri durur, məscid durur, qəbir də durur. Dediyi müddət də bu yaxınlarda olubdur. Ticaninin yalan dediyini hər bir o müqəddəs yerləri ziyarət edən bilir. Ticani yəqin ki," onların silahlı olduqlarını, Peyğəmərə(səlləlləhu əleyhi və səlləm) salam verənlərin bir çoxlarını, oranı məhv etmək istəyənlər var" deməyi unudubdur. SübhənAllah, belə yalanları heç kim eşitməyibdir. (Yalançılar yarışı keçirilsəydi, yəqin ki, birinci yeri tutardı). Bundan da böyük müsibət odur ki, yalnız rafizi kitablarında olan bu cür yalanlara inananlar da tapılır.
22. Ticani deyir(səh.78):...Bu hadisə inandığım bir fəzilət sahibinin mənə danışdığı hadisəyə çox oxşayır (nağıl): Kəbəni təvaf edirdik. Bu zmaan qələbəliyin çoxluğundan bir cavanı sancı tutdu və o qaytardı. Bunu görən "Qara daş"ı qoruyan əsgərlər onu döyməyə başladılar. Onun yalvarışlarına məhəl qoymadan, onu oradan çıxartdılar. Onu Kəbəni murdarlamaqda ittiham etdilər, uzunə şahid durğuzdular. Elə o günü edam etdilər.
Cavab: Ticani uzunçuluq etməməkdən ötrü bu hekayəti ixtisar edibdir. "Sonra bu cavanı Kəbədən üç gün, üç gecə asılı halda saxlayıblar. Bunu bütün dünyanın nformasiya xidmətləri yayınlayıbdır". Ancaq bunu yalnız Ticaniyə inanan insanlar və Ticani özü eşidib və ya görübdür. Bu cür yalanlara qarşı daha mənim sözüm yoxdur.
23. Ticani deyir (səh.82): Ağamız Xızırın ölmədiyini, salam verənə cavab qaytardığını bütün müsəlmanlar dediyi halda.
Cavab: Buna sufilər və onlardan təsirlənənlər etiqad edirlər. Onu sağ olduğunu etiqad etmək əhli-sünnə əqidəsində deyildir. Bu (əqidə) Ticaniyə sufilikdən miras qalan əqidələrdəndir.
24. Ticani deyir (səh.83): "Bəqi" qəbristanlığını ziyarət etdim. Ayaq üstdə durub Əhli-beytin ruhlarına rəhmət oxuyurdum. Mənim yanımda çox yaşlı bir qoca kişi dayanmışdı. Ağlayırdı. Ağlamasından onun bizlərdən(yəni rafizi) olduğunu bildim.
O, qibləyə tərəf yönələrək, namaz qılmağa başladı. Bu zaman ona tərəf, sanki onu əvvəlcədən izləyirmiş kimi, bir polis qaçaraq gəldi. O səcdə vəziyyətində olarkən, ona elə bir təpik vurdu ki, beli üstdə düşdü. Yazıq kişi bir neçə dəqiqə huşunu itirdi. Əsgər isə onun üzərinə zərbələri, söyüşləri yağdırmaqda idi. Qocaya yazığım gəldi. Zənn etdim ki, artıq o ölüb. Hirsimi boğa bilməyərək, bu işə qarışmaq istədim. Əsgərə dedim: (Bu gördüyün iş) haramdır. Niyə onu namaz qıldığı yerdə vurursan? O isə məni hədələyərək, dedi: Sən sus, qarışma. Yoxsa səni də onun kökünə salaram.
Cavab: Bu hekayətə çox təəccüb etdim. Təəccüblənirəm ki, adətən Ticaninin hekayətlərinə görə bu qoca sonda edam edilməli idi. Bir də ki, görəsən Ticani namaz qılarkən, qibləyə çevrilərək, əhli-beytin qəbrinə arxasını çevirmiş, olan o qocaya nə əcəb etirazını bildirməyib:
Əl-Məclisi demişdir: Altıncı: Ziyarəti (təvafı) edib qurtardıqdan sonra iki rükət namaz qılanın hökmü: Əgər peğəmbəri ziyarət edirsə, bu (iki rükəti) "Rövza"da qılır, imamlardan birinin ziyarətindədirsə, onda baş tərəfdə duraraq, qılır. Əgər məsciddə qılarsa, bu da caizdir. Qəbrə tərəf namaz qılmağa rüxsət verilməsi barədə də rəvayət edilmişdir. Qiblənin əks istiqamətinə də durub qılarsa, caizdir. ("Biharul-ənvar", cild 97, səh. 134)
25. Ticani deyir(səh.91): Bu barədə (səhabələrin həyatını nəzərdə tutur) bir çox əsərlər yazılmışdır. Buna misal olaraq, "Əsədul-qəbə fi təmyizi-s-əshabə", "əl-İsaba fi mərifət-s-əshabə", "Mizanul-itidal" kimi səhabələrin həyatını tənqid və təhlil edən kitabları göstərmək olar.
Cavab: Gəlin Ticaninin səhifə 24-də dediklərinə -ci abzasda verdiyimiz cavaba baxaq. Bir daha onun əl-Əzhər alimlərini heyrtə saldığı elmilə tanış olaq.
Sonra isə özünü alimə oxşadan Ticaniyə deyirik. Bütün qeyd etdiyin kitabların adında səhv etmisən! "Əsədul-qəbə"nin adı "Usdul qəbə"dir. "əl-İsabə"nin düzgün adı "əl-İsabə fi təmyizi-s-əshabə"dir. "Mizanul-itidal" kitabına gəlincə isə, imam Zəhəbi bu kitabın müqəddiməsində yazır:"Əshabəyə gəlincə (Allah dərgahında) uca məqamlarına görə burada onlar haqqında yazmadım. Həqiqətən (hədislərdə olan) zəiflik səhabələrdən deyil, rəvayət edən rəvayətçilərdəndir".("Mizanul-itidal", səh.2) "Mizanul-itidal"da bir səhabənin adı olmadığı halda, necə ola bilər ki, onların həyatına, tənqid və təhlili mövzusuna toxunsun?
26. Ticani deyir(səh.95): Səhabələr Hudeybiyyə sülhündə Peyğəmbər(səlləlləhü əleyhi və səlləm) onlara "Qalxın, qurbanlarınızı kəsin və saçınızı qırxın!" dedikdə, onlar tabe olmadılar. Allaha and olsun ki, bir nəfər belə yerindən tərpənmədi.
Cavab: Buna üç cür cavab vermək olar:
Birinci: Səhabələrin başlarını qırxmaqda və qurban kəsməkdə gecikmələri Peyğəmbərə irad etmək üçün deyildi. Lakin onlar istəyirdilər ki, Rəsulullah rəyini dəyişdirsin və Məkkəyə girsinlər. Yaxud bu barədə Allahın xüsusi olaraq, vəhy nazil edəcəyinə ümid edirdilər. Çünki əvvəl Rəsulullah onların Kəbəyə girəcəklərini demişdi.
İkinci: Elə bu hadisədə Peyğəmbər (müşriklərin tələb etdiklərinə görə sülh müqaviləsindən) adını silmək üçün Əlidən(r.a.) bunu tələb etdikdə, o əməl etmədi. Əhli-sünnə buna görə Əliyə irad tutmur.
Üçüncü: Bu bir sualdan ibarətdir. Peyğəmbər(səlləlləhu əleyhi və sələm) saçını qırxıb, qurban kəsdikdən sonra, səhabələr nəyə görə heç nə demədən başlarını qırxıb qurbanlarını kəsdilər? Elə Əli(r.a.) özü də, digər səhabələr kimi, əvvəlcə Peyğəmbərin bu tələbini yerinə yetirməmişdi. Buna görə ona da eyb edirsiniz?
27. Ticani deyir (səh.103): Səhabələr və Üsamənin qoşunu. Hadisənin xülasəsi belədir: Həqiqətən Rəsulullah(səlləlləhu əleyhi və səlləm) vəfatından iki gün öncə rumlarla savaşmaq üçün bir qoşun hazırlamışdı. Bu qoşuna başçı olaraq, on səkkiz yaşlı Üsamə bin Zeydi təyin etmişdi. Bu qoşun ƏbuBəkr, Ömər, Əbu Übeydə kimi mühacir və ənsarların iç üzünü göstərdi.
Cavab: Bunu Ticanidəm əvvəl onun imamı əl-Musavi "əl-Muracəət" kitabında qeyd edərək, demişdir: ƏbuBəkr və Ömərin Usamənin qoşununda olmamasında tarixçilər həmfikirdirlər(yəni icma). Ticaninin və Musəvinin dedikləri açıq-aydın yalandır. Kim bu icmanı nəql edibdir? Hansı kitabdadır? Məhşur olanı budur ki, Ömər Usamənin qoşunun tərkibində idi. ƏbuBəkr isə camaata namaz qıldırmaq üçün (Mədinədə) qalmışdır. O Üsamənin qoşununda yox idi.
28. Ticani deyir(səh.98): Səhabə və dördüncü gün biabırçılığı İbn Abbas demişdir: Dördüncü gün. Sən hardan biləsən nədir dördüncü gün. Peyğəmbərin xəstəliyi güclənmişdi. O (səlləlləhu əleyhi və səlləm) dedi:Gəlin sizə elə bir şey yazım ki, bundan sonra zəlalətə heç zaman düşməyəcəksiniz. Ömər dedi:O sayıqlayır.. Sizdə Quran var. Allahın kitabı bizə kifayətdir. Əhli-beyt də ixtilaf edirdi. Onlardan bəziləri deyirdilər ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bizim ondan sonra azmayacağımız bir kitab yazsın. Bəziləri də Ömərin dediklərini dəstəklyirdilər. Peyğəmbərin hüzurunda ixtilaf və yersiz söhbətlər artdıqda, o dedi: Durun mənim yanımdan!
Cavab: Rafizilər bu hadisə ilə çox təhlükəli bir məsələyə giriş etmək istəyirlər. Bu məsələ Rəsulullahın səhabələrinə tənə etməkdir. Bu hadisənin onlara bu işdə çox yararlı olduğunu güman edirlər. Onlar(rafizilər) buradan aşağıdakı nəticələr çıxarırlar:
1. Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) kitab yazmaq tələbinə niyə səhabələr əməl etmədilər?
2. Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əli və ondan sorna onun övladlarını vəsiyyət etmək istəyirdi.
3. Bu kitabda ümmətin hidayət məsələsi həll olunurdu.
4. Səhabələr bunu yazmaqda mane olmağa müvəffəq oldular.
5. Tələbinə əməl etmədiyinə görə Rəsulullah(səlləlləhu əleyhi və səlləm) səhabələrə qəzəbləndi.
6. Ömər "o sayıqlayır"("Maa-s-Sadiqin", səh. 118) deməklə Peyğəmbəri(səlləlləhu əleyhi və səlləm) ittiham etdi.
Uca Allahdan yardım diləyərək, bu şübhələrin cavabında deyirik:
1. Səhabələr Peyğəmbərin şiddətli ağrılar içində olduğunu görüb, ona yazıqları gəldiyinə görə ona yazı yazmağa qoymadılar. Biz rafizilərdən soruşuruq: Bu yazılmalı olan kitab Allahın ona çatdırmağı əmr etdiklərindən idi yoxsa yox?
Əgər "bəli" desələr onda belə çıxır ki, Rəsulullah vacibə əməl etməyibdir. Bu da Rəsulullaha qarşı olan böhtandır. "Bu gün dininizi sizin üçün kamil etdim..."(Quran, Maidə, 3) deyən Allahı təkzib etməkdir. Biz ikinci sual da veririk: Bu hadisədə Əli(r.a.) harada idi? O da orda idi, yoxsa, yox? Onda niyə Əli(r.a.) özü bu kitabı yazmadı?
2. Bunun cavabında biz deyirik. Əhmədin "Müsnəd"ində Əlidən(r.a.) rəvayət olunur. O (r.a.) demişdir: Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənə bir vərəq gətirməyi əmr etdi ki, oraya bundan sonra ümmətin heç azmayacağı bir yazını yazsın. Mən bunu yazmağa vaxtın olmayacağından qorxub dedim: Mən yaxşı anlayaram və yadda saxlayaram. O (səlləlləhu əleyhi və səlləm) isə dedi: Sizə namazı, zəkatı və əliniz altında olanları vəsiyyət edirəm. "(Əhməd ibn Hənbəl,"Müsnəd",Əhməd Şakirin tədqiqatı ilə, cild 2, səh.84, 693. həsən hədisdir) Bu rəvayətdən göründüyü kimi Rəsulullah(səllələhu əleyhi və səlləm) Əliyə(r.a.) də yazmağı əmr etmişdir. Onda niyə o bunu etməmişdir? "Rəsulullah(səlləlləhu əleyhi və səlləm) Əlini(r.a.) vəsiyyət etmək istəyirdi" dmələri də düz deyildir. Çünki yuxarıdakı Əlinin(r.a.) hədisi Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) nə yazmaq istədiyini göstərir.
3. Hədisdə peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) demək istədiyini çatdırmamaqdan bəhs olunmur. Əksinə, Əlinin(r.a.) hədisindən aydın olur ki, peyğəmbər yazmaq istədiyini Əliyə xəbər vermişdir.
4. "Səhabələr Peyğəmbərə(səlləlləu əleyhi və səlləm) yazmaq istədiyində mane oldurlar" sözü də düz deyildir. Çünki sonradan Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunu şifahi olaraq, çatdırdı.
5. Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) səhabələrə qəzəblənməsi isə Hudeybiyyə sülhündə Əliyə "poz!" deyərək, qəzəblənməsinə oxayır. Əli(r.a.) pozmaqdan boyun qaçırdıqda, Rəsulullah(səlləlləhu əleyhi və səlləm) yazını onun əlindən götürüb öz şərəfli əli ilə pozdu.
6. Ömərin(r.a.) Rəsulullahı(səlləlləhu əleyhi və səlləm) sayıqlamaqda ittiham etməyi də yalandır. Bu kəlamı o deməyibdir. Ondan sabit olan isə "peyğəmbərə ağrısı güc gəlibdir" kəlamıdır. Beləliklə, aydın olur ki, Rəsulullahın(səlləlləhu əleyhi və səlləm) yazmaq istədiyi bu kəlam ya istihbab yönündədir ya da (dinə) aydınlıq üçündür. Başqa bir şey deyildir.
29. Ticani deyir(səh. 117): Allah Taala buyuru: Allahın "onlardan"(minhum) kəlməsi "bəzilər" deməkdir. Bu onlardan (səhabələri nəzərdə tutur) bəzilərinə Allahın bağışlanması və razılığı aid olmadığına işarədir. Başqa cür desək, (bu ayə) səhabələrin bəzilərindən iman və saleh əməl sifətinin itdiyinə dəlalət edir.
Cavab: Deyəsən Ticani nəcəfli uşaqlardan daha çox öyrənməyə cəhd edibdir. Burada o Allahın kitabını elmsiz təfsir etməklə tələsmişdir. Yaxşı olardı ki, bu yazdıqlarınıelmsizlikdə ittiham etdiyi əl-Əzhər alimləri oxumamışdan əvvəl, qayıdıb, o uşaqlardan bir az da dərs alsın. Ticaninin kəlamı iki cür izah oluna bilər: Birincisi: "min"(-dan, -dən söz önünün) bu ayədə "bəzi" mənasında olması iddiası yalandır. İkincisi: Ticani ərəb dilində də savadsızdır. Artıq özünün cahilolduğunu nəcəfli uşaqlar qarşısında etiraf etmişdir. (Bu ayədə) ümüumi nəticə belədir ki, burda "min" bəyan üçündür, "bəzi" mənasıdna deyildir.
İmam Qurtubi demişdir: "Bu ayədəki "minhum" səhabələrin bir qisminə aid olub, digərlərinə aid olmamaq (bəziləri) mənasında deyildir. O bu ayədə ümumilik mənasınd olub, bütün bu cinsdən olanların (burada səhabələrin) hamısına şamildir. Buna misal olaraq, Uca Allah buyuru: "Belə olduğu təqdirdə murdar bütlərdən qaçın"(Quran, Həcc, 30) Bu ayədə "bütlər sözü "min" sözü ilə işlədilir. Heç şübhə yoxdur ki, bununla belə burada bütün bütlər nəzərdə tutulur." ("Əl-Cami liahkamil-Quran", cild16, səh. 395)
Beləliklə "min" söz önü burada mənanı gücləndirmək üçündür. Məsələn, Uca Allah buyurur: ("va nunazzilu minal-Qurani mə huva şifəun")"Heç şübhə yoxdur ki, Quranın hamısı şəfadır". Yalnız əgər Ticani də ustadı ən-Nuri at-Təbərsi kimi "Quranda biabırçı ayələr vardır" deyirsə, bu başqa məsələ. Bu sözü deyib, tövbə etməyənə Allah lənət etsin! Ən-Nasafi demişdir:"Burda "min" söz önü daha da aydınlıq gətirmək üçündür. Həmçinin Uca Allahın ("fəctənibu") ayəsindəki kimi"("Təfsir ən-Nasafi", cild4, səh.164)
Görəsən bu yalançı əllamə bu ayədəki "minə-l-ausani" kəlməsini "bütlərin bəziləri" mənasında olduğuna etiqad edir? Bəlkə o bəzi bütlərdən çəkiməməyi etiqad edir?
Əz-Zməxşəri demişdir: "Uca Allahın "Həcc" surəsinin 30-cu ayəsində olduğu kimi, (bu ayədə də) "min" sözönü aydınlıq (mənanı qüvvətləndirmək) üçün işlədilmişdir".
30. Ticani deyir(səh.88): Özümə söz verdim ki, bu uzun və çətin bəhsə baş vuracağam.Bu işimdə yalnız şirə və sünnülərin səhihliyində (düzgünlüyündə) müttəfiq olduqlaı hədislərə etimad edəcəyəm. Səhifə 94-də isə deyir: İstər Quranın təfsiri, istərsə də səhih hədislərdə hamının müttəfiq olduqlarına etimad edəcəyəm. Səhifə 165-də deyir: Yalnız hər iki firqəyə görə səhih olanlara istinad edəcəyəm. Səhifə 176-da deyir: Hər iki firqəyə görə səhih olanlardan başqa hədislərə etimad edib, dəklil olaraq, gətirməyəcəyəm.
Cavab: Bu Ticaninin iddia etdikləridir. Amma o, əhdinə vəfa etmişdirmi? Bunu kitabı oxuduqca, nə görməzsən, nə də eşitməzsən. Peyğəmbər(səlləlləhu əeyhi və səlləm) buyurmuşdur:
"Münafiqin (ikiüzlünün" əlamətləri üçdür: Danışdığı yalan olar, söz verəndə ona əməl etməz, əmanətə xəyanət edər"("Fəthil bari" "kitəbul iman" şöbəsi, "ələmətul munafiq" fəsli 33 və Müslimin "Səhih" kitabı, "kitəbul iman", 106)
(Əziz oxucu!) sən artıq onun əhli-sünnə adından rəvayət etdiyi yalançı hədislərdən bir neçəsini gördün.
31. Ticani deyir (səh.118): (Səhabələr) Allah elçisi ilə birlikdə vida həcci etdilər. "Qədirxum"da Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əlini(r.a.) xəlifə təyin etdikdə, onlar Əliyə(r.a.) beyət etdilər. Elə ƏbuBəkr özü də beyət etdi.
Ticani deyir(səh. 165): ƏbuBəkr və Ömər (xəlifə seçilməyinə görə) onu (Əlini) təbrik etdilər. Bu hədisin də (səhihliyində) sünnilər və şiələr həmfikirdilər (yəni icma var).
Cavab: Bu yalan və batil bir dastandır. Çünki nəinki ƏbuBəkr və Ömər, hətta heç bir möminin o günü Əlini təbrik etməsi barədə dəlil-sübut yoxdur. Çünki belə bir şey baş verməyibdir.
Əgər bu yazdıqlarımla məqsədim Ticaninin dastanına ətraflı təkzib yazmaq olsaydı, onda "Qədirxum" hadisəsini səhih sənədlə sizə aydınlaşdırardım, onun iftiralarına müfəssəl dəlillərlə cavab verərdim. Ancaq mənim burada əsas məqsədim sadəcə olaraq, (yazımın əvvəlində qeyd etdiyim kimi) Ticani və onun kimilərinin yalan nağıllarını izhar etməkdir. Onun bu məsələdə də əhli-sünnəyə icma mənsub etməsi açıq aydın yalandır.
Ticani və onun kimilərindən soruşuruq: Bu icmanı kim nəql edibdir? Bu icmanı hansı kitabda tapa bilərik? Bu icmada olanların adı nədir?
ƏbuBəkr və Ömərin təbrik etmələri hədisinə gəlincə, onun sənədində Əli bin Zeyd bin Caadan var. Hadisə bu əlavəni (təbrik etməni) "Qədrixum" hadisəsini rəvayət edən rəvayətçilərdən, yalnız o etmişdir. Bu hədisi (Qədirxum hadisəsini) Əhməd "Müsnəd"ində rəvayət etmişdir.("Müsnəd" cild 8, səh.281)
Aşağıda alimlərin İbn Caadan barədə dediklərini sizin diqqətinizə çatdırıram:
1. Həmmad bin Zəyd demişdir: O (hədislərin) sənədlərini dəyişdirərdi;
2. İbn Xüzeymə demişdir: Pis yaddaşına görə ondan dəlil götürmürəm;
3. İbn Üyeynə demişdir: O zəifdir;
4. İbn Main demişdir: O ciddi insan deyil;
5. Yəhya əl-Gattan demişdir: Onun hədisindən çəkinmək lazımdır;
6. Əhməd bin Hənbə demişdir: O zəifdir;
7. İbn Zari demişdir: O rafizi idi.
32. Ticani deyir(səh.134): Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) demişdir: Kim Əlini söyürsə, məni söymüş olur. Məni söyən də Allahı söymüş olur. Kim Allahı söyərsə, o üzü aşağı oda atılar.
Cavab: Bu "hədis" də Peyğəmbərin adından deyilən yalandır. Bu hədis əhli-sünnəyə görə səhih deyildir. Hədisi Hakim "Müstədrək"ində qeyd etmişdir.("Müstədrək", cild 3, səh. 121) Amma sənədində üç zəif rəvayətçi var:
1. Əbu İşaq əs-Süeybi: Bu rəvayətçi məşhur müdəllisdir. Hədisi "anana" ilə rəvayət etmişdir (hədis elmində, müdəllis rəvayətçi hədisi bu cür rəvayət edərsə, onun bu hədisi qəbul olunmur). Hədisi eşitdiyini açıq bəyan etməmişdir.
2. Məhəmməd bin Saad əl-Əufi: Bu rəvayətçini əl-Xatib və Zəhəbi zəif hesab etmişdir. Daraqutni isə babat olduğunu demişdir.
3. Əbu AbduLlah əl-Cadali: Bu rəvayətçi etibarlıdır(siqa). Ancaq radikal rafizidir. Bu hədis isə onun bidətinə kömək üçündür. Hədis alimlərinə görə əgər rəvayətçi bidətinə dəstək üçün rəvayət edərsə, etibarlı olsa belə, hədisi rədd olunur. Əl-Hafiz ibn Həcər demişdir: (Rəvayətçi) bidətinə dəvət edən deyilsə, o bidətçinin rəvayəti qəbul olunur. Amma bidətinə dəstək vermək məqsədi ilə rəvayət edərsə, belə rəvayətləri rədd olunur. ("Nuzhatun-nəzər Şərh nuxbatul-fikar", səh.51)
33. Ticani deyir(səh.137): Tarixdə onun bu kəlamı qeyd olunmuşdur:" Nə olaydı, evimin kök bir qoçu olaydım. Məni istədikləri qədər kökəldəydilər. Bundan sonra sevdikləri insanlar gəldikdə, məni kəsib, tikə-tikə doğrayıb, köz üstündə bişirəydilər. Yedikdən sonra da ayaqyoluna gedəydilər. Amma insan olmayaydım".
Cavab: Burada Ticani ƏbuBəkr(r.a.)i nəzərdə tutur. Lakin hanı bu kəlamın sənədi? Kim deyir ki, bunu ƏbuBəkr deyibdir?
Bir də ki, Məryəm(ə.) "Kaş ki, bundan əvvəl olub qurtaraydım və ya təmamilə unudulub getmiş olaydım"(Quran, Məryəm, 23) deməyibmi?
Rafizi əllamələrindən olan əlMəclisi şiələrin ən mötəbər hədis kitablarından biri olan "Biharul-ənvar"da qeyd etmişdir ki, Salman(r.a.) demişdir: Kaş ki, evimin bir qoçu olaydım. Ətimi yeyərdilər, dərimi parçalayardılar, amma (Cəhənnəm) odunu eşitməyəydim."
Əbu Zərr(r.a.) demişdir: Kaş ki, anam övladsız qalaydı, məni doğmayaydı. Amma cəhənnəm odunu eşitməyəydim.
Miqdad demişdir: Kaş ki, qəfəsdəki quş olaydım. Amma mənə (Qiyamət günü) hesab, əzab olmayaydı. Cəhənnəm odunu eşitməyəydim.
Əli(r.a.) demişdir: "Kaş ki, kaftarlar ətimi didəydilər. Kaş ki, anam məni doğmayaydı. Amma cəhənnəm odunu eşitməyəydim." Sonra başını əllərinin arasına qoyaraq, "səfərim nə uzaqdır, bu Qiyamət səfərində azuqəm nə azdır" deyərək, ağlayardı.("Biharul-ənvar", cild 43, səh. 89)
Bütün bunlar Əlidən, ƏbuBəkrdən, Salmandan, ƏbuZərrdən, Miqdaddan sabit olarsa belə bu kəlamların onlara zərəri olmaz!
34. Ticani deyir(səh. 142): "Tadhir" ayəsi də onun (Fatiməni nəzərdə tutur) məsumluğuna dəlalət edən başqa bir dəlildir. Bu ayə onun barəsində, eləcə də əri və iki oğlu barəsində nazil olmuşdur. Buna hətta Aişə(r.a.) də şahidlik etmişdir. (Sonra Ticani bu dediklərini Müslimin "Səhih"indən götürdüyünü deyir).
Cavab: Bu dedikləri yalan və uydurmadır. Oxucuda elə fikir yaratmaq istəyir ki, bu ayə Əli, Fatimə, Həsən və Hüseyn barəsində nazil olmuşdur. Sonra bu dediklərinə mənbə oaraq, (yalan və böhtanla Müslimin "Səhih"ini göstərir. Onun göstərdiyi hədis bu ayənin onlar barəsində enəsi anlamını vermir. "Səhih Müslim"dəki hədisdə deyilir ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bu ayəni onlara oxumuşdur. Məhz onlar üçün nazil olduğunu isə deməyibdir.
Şeyxülİslam ibn Teymiyyə demişdir: "Bu hədisin məzmunu belədir ki, Peyğəmbər onlara (Əli və ailəsinə) pak olmaları, pislikdən qorunmaları üçün dua etmişdir. Çünki möminə psilikdən çəkinmək, apk olmaq vacibdir.
Allah Taala buyurur:
"Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər..."
(Quran, Maidə, 6)
"(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan."
(Quran, Tövbə, 103)
"Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!"
(Quran, Bəqərə, 222)
Əhli-beytə pak olmaq vacib olduğuna görə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) onlara dua etdi ki, buna tam şəkildə əməl etməyə müvəffəq olsunlar, günaha batmasınlar.("Minhəcüs-sünnə", cild 5, səh. 14)
Allah buyurur:
"Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"
(Quran, Əzhab, 33)
"Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər. "
(Quran, Nisa, 26-27)
"Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər"
(Quran, Bəqərə, 185)
Bu ayələrdəki Allahın istəyi, məhəbbəti mənasındadır. Elə buna görə də Uca Allah mömin bəndələrə də bu hökmləri əmr edibdir. Bu ayələrdə zikr olunanların Allahın qəza və qədərindən olması anlamında deyildir. Çünki dediyimizə dəlil, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) bu ayə nazil olandan sonra etdiyi duasıdır: "Ey Allahım! Bunlar mənim Əhli-beytimdir. Onlardan pislikləri apar, onları pak et!"
Əgər bu ayə ilə onların pak olmasına xəbər verilmiş olsaydı, bir daha belə dua etməyə ehtiyac olmazdı. Rafizilər əqidəcə qədəri olduqları halda necə belə ayələri dəlil tuturlar? Axı onlara görə Allahın istəyi daimi baş vermir. Onlar Allahın şəri-istəyi və qədəri-istəyi arasında fərq görmürlər?!
Sonra onlara demək lazımdır ki, istər əhli-sünnəyə, istər onlara görə əhli-beyt təkcə Əli, Fatimə, Həsən, Hüseyndən ibarət deyil. Onlar Hüseynin övladlarını, xüsusən də imam hesab etdiklərini əhli-beytdən hesab edirlər. Amma (gördüyünüz kimi) onlar bu hədisdə yoxdurlar. Onlar Həsənin övladlarını isə əhli-beytdən hesab etmirlər. Hətta Hüseynin övladlarındanbelə bəzilərini Allahın pislikdən uzaq etmədiyini etiqad edirlər. Bu barədə Həsən Əskərinin qardaşı Cəfər bin Əli bin Məhəmmədin kəalmını oxu.("Usul kafi", cild 1, səh 103)
Əhli sünnəyə gəldikdə isə Əli, Fatimə, Həsən və Hüsey "Səhih"Müslimdəki məhşur "əba" hədisinə görə əhli beytdəndirlər. Peyğəmbərin arvadları isə "tadhir" ayəsinə görə əhli-beytdən hesab olunurlar. Aqilin, Cəfərin və Abbasın ailələri isə "Səhih Müslim"də rəvayət olunan Zeyd bin Ərqamın hədisinə görə əhli-beytdəndirlər. Zeyd demişdir: Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) əhli-beytinə sədəqə haramdır. Onlar (sədəqə haram olanlar) Cəfərin, Əlinin, Abbasın və Aqilin ailələridir.(Müslim, "Səhih", "kitab-fədail əs-səhabə", 36)
"Ridullinnmə yuahu liyuzibə ankum" ayəsində qadın cinsinə dəlalət edən "kunna" əvəzliyinin yerinə kişi cinsinə dəlalət edən "kum"(cəm) əvəzliyi ilə ifadə edilməsidir. Bundan öncəki ayə isə ancaq qadınlara xas olduğuna görə qadın cinsinin əvəzliyi ilə tədbir edilmişdir. "Tədhir" ayəsi isə təkPeyğəmbərin(səlləlləhu əleyhi və səlləm) qadınları barədə yox, evin sahibi və başçısı olan Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) barədə olduğuna görə də kişi cinsinin əvəzliyi işlənibdir.
Deməli, ayə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) və onun arvadları barəsindədir. Ayə "yə nisə nəbi" deyərək, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) zövcələrinə xitabla başlayır və "vazkurnə mə yutlə fi byutikunnə" ilə sona çatır.
Ortada zikr olunan digərləri barəsindəki cümlə isə (qrammatikada) mötərizə cümləsi adlanır. Bu da Allahın kəlamında ən yüksək dərəcədə özünə yer tutmuş bəlağətin növlərindəndir. ("Müxtəsər ət-yuhfə əl-isnə əşəriyyə", səh. 649)
35. Ticani deyir(səh. 143): "Mənə aydın oldu ki, Osmanı(r.a.) öldürənlər birinci dərəcədə elə səhabələr özləridir. Bunların başında duran onu öldürmək istəyən, canını halal görən isə Aişədir. Aişə:"Onu öldürün, o artıq kafir olmuşdur" deyirdi"
Cavab: Bu böyük bir böhtandır. Allaha and olsun ki, Ticani yalançıdır. Bu rəvayət Sayf bin Ömər ət-Təmimidən gəlmişdir. O da məşhur yalançıdır.("tarix ət Təbəri", cild 3, səh 477)
Hədis alimlərinin bu rəvayətçi haqqında dedikərinə nəzər salaq:
Ən Nəsai demişdir: O yalançıdır.
İbn Hibban demişdir: Məşhur insanlardan uydurma hədislər rəvayət edərdi. Zındıq olunmaqda ittiham olunubdur. (Bu rəvayətçi haqqında daha çox bilgi əldə etmək üçün "Rical" kitablarına bax)
36. Ticani deyir(səh. 143): Eləcə də təlh, Zübeyr, Məhəmməd bin ƏbuBəkr və başqa məşhur səhabələrin onu istefaya məcbur etmək üçün mühasirəyə aldıqlarını, içməyə su vermədiklərini görürük.
Cavab: Bu yalandır. Ancaq bu Ticanidən gözlədiyimiz bir hərəkətdir. Əgər Ticani dediyində doğrudursa, bu kəlamın sənədini göstərsin. Məhəmməd bin ƏbuBəkr necə məşhur səhabə ola bilər? Axı o vida həcci olan ili, peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vəfatından 3 ay öşcə dünyaya gəlmişdir.
37. Ticani deyir(səh.143): Tarixçilər rəvayət edirlər ki, məhz səhabələr onu (Osmanı) müsəlman qəbristanlığında dəfn olunmasına mane oldular. Onu "huş kavkab" adlı bir yerdə kəfənsiz və qüsülsüz dəfn etdilər.
Cavab: "Huş kavkab"da qüslsüz, kəfənsiz dəfn olunmasının Osmana zərəri varmı? Buna cavab olaraq, deyirik: Rəvayət olunur ki, Əli (r.a.) də dəfn olunarkən, gecə dəfn olunmuşdur. Bir neçə qəbr qazılmışdır ki, xaricilər yerini bilməsinlər.("əl-Bidayə va ən Nihayə", cild 7, səh. 342-343)
Hüseyn(r.a.) də qətlə yetirilmişdir. Onun da qəbrinin yeri bilinmir və qüsl olunmadan dəfn olunmuşdur. Onun qəbri Misirdə, İraqda, Şamda olduğu barədə iddialar var. Bütün bunların ona heç bir zərəri varmı? Allaha and olsun ki, nə onlara, nə də Osmana bunların heç bir zərəri yoxdur. Allah onların hər birindən razı olsun!
Ticaninin bu məsələdə demək istədiyi odur ki, Osmana qarşı çıxan, onun "Bəqi"də dəfn olunmasına, qüsl edilməsinə, kəfənlənməsinə mane olanlar xaricilər yox, səhabələrdir. Dəfn olunduğu yerə gəlincə, ət-Təbəri tarix kitabında bir neçə rəvayət etmişdir. Bir rəvayətdə qeyd etmişdir ki, o "Huşkavkab"da, bir rəvayətdə isə "Baqi" qəbristanlığında dəfn olunmuşdur..("Tarix ət-Təbəri", cild 3, səh.438)İbn Kəsir isə qeyd edir ki, "Huşkavkab", "Baqi" qəbristanlğının Şərq tərəfində yerləşir və orada dəfn olunmuşdur.("Əl Bidayə va ən Nihayə", cild 7., səh. 199)
"Onu səhabələr dəfn etməyə mane oldular" kəlamına gəlincə bu hadisəni Təbəri tarixində qeyd edibdir. Ancaq bunun sənədində əl-Vaqidi, Abdullah bin Zeyd əl-Huzali var. Əl-Vaqidi-Məhəmməd bin Ömərdir. Bu rəvayətçi haqqında hədis alimlərinin dediklərinə nəzər salaq:
Əhməd demişdir: O yalançıdır.
Əbu Hatim və Nəsəi demişdir: O hədislər qondaradı.
Abdullah bin Yazid əl-Huzali barədə Buxari demişdir: Deyirlər ki, o zındıqlıqda ittiham olunur.
ƏnNasai demişdir: O inanılmış deyildir.
38. Ticani deyir(səh. 145): Aişə Məkkədən qayıdırdı. Ona yolda Osmanın ölüm xəbəri çatdıqda çox şad oldu. Ancaq biləndə ki, insanlar Əliyə beyət etmişdir, çox qəzəbləndi və:"Əli bin Əbu Talibə gəlincə bu yeri göyün qapatmasını istərdim"dedi.
Cavab: Bu yalandır, batil bir iddiadır. "əhli-sünnədən ancaq səhih olanları deyəcəm"deyən Ticaninin iddiası harda qaldı? Bu qeyd etdiyi rəvayəti Təbəri tarixindən..("Tarix ət-Təbəri", cild 3, səh.476) nəql etmişdir. Bu rəvayətin sənədində Əuf bin Ömər var. Onun kim olması barədə 35-ci abzasda qeyd etmişdim.
39. Ticani deyir(səh. 145): O(Aişə) Əlinin ölüm xəbərini eşidəndə şükr səcdəsi etdi.
Cavab: Ticani bunu hicri tarixi ilə 40-cı illərin tarixini yazmış tarixçilərdən nəql etdiyini iddia edir. Bu iki cəhətdən yalandır. Birinci: Bu hekayət əslən yalandır. İkinci: 40-cı illərin tarixini yazmış tarixçilərin dediyinə gəlincə isə baxın: Xəlifə bin Xəyyat bunu tarix kitabında qeyd etməmişdir. Təbəri tarixində qeyd etməmişdir. İbn Kəsir qeyd etməmişdir. Əz-Zəhəbi qeyd etməmişdir. Əl-Masudi qeyd etməmişdir. İbn Əsir tarixində qeyd etməmişdir. Görəsən hansı tarixçi bunu qeyd etmişdir? Kim bu böhtanı qeyd edibdir? Heç bir yerdə bu yaln hadisəni tapa bilmədim. Heç oxucusuna hörmət edən kəs belə yalanlar deyərmi?
40. Ticani deyir(səh. 145): Lakin Təlhə və Zübeyr onun(Aişənin) yanına əlli kişi ilə gəldilər. Onların hər birinə pul da vermişdilər. Sonra (Aişəni inandırmaq üçün) Allaha and içdilər ki, bu yer "mau-l-havab" deyildir. Beləliklə də Bəsrəyə doğru yollarını davam etdilər. Tarixçilər deyirlər ki, bu İslamda ilk yalan şahidlikdir.
Cavab: Hanı sənin "yalnız hər iki firqəyə görə səhih sayılanı deyəcəm" kəlamına əməl? (Ey Ticani) dediyin bu sayıqlama harda sübuta yetirilibdir? Bu tarixçilər kimlərdir? Allah cəzanı versin, bir az kiçik yalan tapa bilmirdinmi? Qəribə burasındadır ki, Ticani dediklərini utanmadan istədiyi alimə mənsub edir. Məsələn, elə bu rəvayəti Təbəriyə mənsub edir. Ancaq bunu mən Təbərinin kitablarında tapa bilmədim. Əgər olunduğunu fərz etsək bleə, bunu sənədi hanı, əhli-sünnəyə görə sübut olunmuş sayılırmı?
41. Ticani deyir(səh.147 və 169): (Aişə) Cənnət cavanlarının seyidi Həsənin cənazəsini babası olan Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yanında dəfn olunmasına mane olaraq, dedi: Mənim evimə xoşlamadığım insan girməməlidir.
Cavab: Rafizilər səhabələri pis qələmə vermək üçün ağıla sığan və sığmayan bütün vasitə və üsullardan itifadə edirlər. Onlara deyirik ki, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) səhabələrinə ittiham yağdırmaq istəyirsinizsə, heç olmazsa, səhih olanları (adətiniz üzrə tvil edərək) gətirin. Daha yalan aldatmaya baş vurmayın.
Yuxarıda qeyd etdiyi rəvayət Ticaninin yalanlar dənizindən bir yalandır. Bu rəvayət səhihdirmi? Harda yazılıbıdr?
42. [b]Ticani deyir(səh. 149 və 206): O necə adil səhabə ola bilər ki, (Müaviyəni nəzərdə tutur), Cənnət cavanlarının ağasını zəhərləyərək, öldürmüşdür?
Cavab: Bu da sübuta yetirilmiş rəvayət deyildir. Adəti üzrə dediyi yalanlardandır. Onu əhli-sünnədən yalnız səhih hədislər, sübuta yetirilmiş rəvayətlər nəql etməkdə verdiyi söz harda qaldı?
43. Ticani deyir(səh.162): Bütün ümmət həmfikirdir(icma) ki, Əli (r.a.) mütləq olaraq, səhabələrin ən elmlisi və ən cəsuru idi.
Cavab: Əgər Ticani rafizi ümmətini nəzərdə tutursa, bunu özü bilər. Əgər biz əhli-sünnəni nəzərdə tutursa, bu bizə qarşı deyilmiş, yalandır. Belə hərəkət Ticanidən heç də təəccüblü deyil.
Bu icma haradadır? Kim nəql edibdir? Bu hər bir onun kimisinin deyə biləcəyi sırf iddiadan başqa bir şey deyildir.
Biz əhli-sünnəyə görə Əli(r.a.) səhabələrin ən alimlərindən və cəsurlarından biridir. Ancaq mütləq olaraq, ən elmli və cəsur olması əhli-sünnəyə qarşı deyilən yalandır.
Onun "ən elmli" kəlamına cavabı 50-ci abzasda müfəssəl olaraq, verəcəyik.
Amma "ən şücaətli idi" kəlamına gəlincə buna cavab olaraq, deyirik: Şücaət iki cür olur: 1) Qəlbin qüvvəti, təhlükəli anlarda sabitlik. 2) Yaxşı döyüş qabiliyyəti, yəni döyüş zamanı çoxlu düşmən öldürmək. Amma məhz birinci əsl şücaət sayılır. İkincisi isə yalnız bədənin qüvvətli olmasına dəlalət edir. Ona görə də hər qüvvətli bədəni olan güclü qəlbi olması demək deyildir və eləcə də əksinə. Beləliklə, bədəni güclü olan özü ilə bir güvənəcək insan olan zaman vuruşur, qorxulu anlar da qəlbi az qalır ki, yerindən oynasın. Qəlbən güclü olan isə, çox düşmən öldürməsə də, təhlükəli anlarda sabit olur, çətinliklərdə sinəsini qabağa verir. Bu keyfiyyət sərkərdə, qoşun başçılarıdna birincidən(bədəncə qüvvətlidən) daha çox olmalıdır. Öndə duran başçı cəsur, sabit qəlbli olarsa, qoşunda irəli gedər, möhkəm duraraq vuruşar, heç zaman məğlub olmaz. Əgər sərkərdə qüvvətli, lakin qorxaq və zəif qəlbli olarsa, qoşun onda zəlil olar, irəli gedə bilməz. Onlar qalib gələ bilməzlər.
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) sərkərdədə olan bu əsas keyfiyyətlərlə insanların ən kamili idi. Şərəfli əli ilə bilavasitə yalnız Übeyy bin Xələfi ölüdürübdür. Bundan nə əvvəl, nə də sonra heç kimi öldürməmişdir. Bununla belə o ən şücaətli insandır. (Hərdən) döyüş vaxtı Əli(r.a.) və digər səhabələr çoxlu, düşmən öldürmələrinə baxmayaraq, çətin anlarda Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) ətrafında yığışaraq, onunla görünərdilər. Çünki o ən cəsur idi.
Əgər qəlbin qüvvəsi rəhbərlikdə olanların əsas sifətidirsə, onda heç şübhəsiz ƏbuBəkr Ömərdən, Ömər Osmandan, Osman da Əlidən, Təlhədən və Zübeyrdən daha şücaətlidirlər. Bunu onların həyatını bilənlər bilir. Həqiqətən ƏbuBəkr Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) qarşılaşdığı təhlükəli anlarla bilavasitə o da üz-üzə gəlmiş, ancaq qorxmamış, çəkinməmişdir. Təhlükələrdə özünü irəli atarq, Peyğəmbəri(səlləlləhu əleyhi və səlləm) canı ilə qoruyur, gah da müşriklərə qarçı əli, dili və malı ilə mübarizə aparırdı.
Bədr savaşında ƏbuBəkr düşmən Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yerini təzyiq altında saxlamalarını bildiyi halda, çadırda onunla birlikdə idi. O sabit qəlbli və soyuqqanlı idi.
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vəfat edəndə isə qalxıb xütbə verdi, camaatı sakitləşdirdi. Üsamənin qoşununu hazırlamağa başladı. Mürtədlər və zəkatı inkar edənlərə qarşı mübarizəyə qalxdı.
Döyüşdə çox adam öldürməyinə gəlincə, heç şübhəsiz ki, bəzi səhabələr Əlidən(r.a.) daha çox düşmən məhv etmişlər. Əgər daha çox adam savaşda öldürmək, daha cəsur olmaq deməkdirsə, onda belə çıxır ki, bəzi səhabələr Əlidən(r.a.) daha cəsurdular. Bara bin Malik yalnız döyüş öncəsi təkbətək döyüşlərdə yüzdən çox düşmən öldürmüşdür. Bura döyüş zamanı öldürdüklərini daxil etmirik.
Amma Xalid bin Validin öldürdüklərini sayını isə bir Allah bilir. Təkcə "Muta" döyüşündə onun əlində doqquz qılınc sınmışdı. Heç şübhəsiz ki, o Əlidən(r.a.) dəfələrlə çox öldürmüşdür. ("Minhəcü-s-sünnə", cild8, səh. 476)
44. Ticani deyir(səh. 167): Ənsarlar ƏbuBəkrə beyət etdikdə Saad dedi: Allaha and olsun ki, çiynimdə olan oxların hamısını sizə atmadan sizlərə beyət etmərəm.
O, (Saad) bunlarla (səhabələrlə) namaz qılmaz, bir araya gəlməz və döyüşlərə çıxmazdı.
Cavab: Bu yalandır, doğru deyildir. Bunu Saad bin Übadənin deməsi sübuta yetirilməyibdir.
Ticaninin qeyd etdiyi bu rəvayəti onun yalanda və rafizilikdə "qardaşı" olan Əbu Mixnəf Lut bin Yahyadan götürübdür. Onun haqqında hədis alimləri belə deyirlər:
İbn Main demişdir: Əbu Mixnəf inanılmış(siqa) deyildir.
Əbu Hətim demişdir: Onun rəvayət etdiyi hədislər qəbul olunmur.
İbn Teymiyyə demişdir: Lut bin Yahya elm əhlinə görə yalançılıqda məşhurdur.
İbn Həcər demişdir: Yalançı hədisçidir. Ona inanmaq olmaz.
İbn Zübeydi demişdir: Etibarsız, tərk olunmuş yalançı və rafizidir.
Əhli-sünnədə olan rəvayət Əbu Mixnafın bu rəvayətlərindən daha səhihdir. Bu rəvayəti Əhməd "Müsnəd"ində rəvayət edərək, deyir: Affan mənə dedi ki, Əbu Üvana bizə davud bin Abdullahdan, o da Hümeyd bin Əbdurrəhmandan rəvayət edərək, demişdir: Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vəfat edəndə ƏbuBəkr(r.a.) Mədinənin kənarında idi. O, gəlib Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) üzünü açaraq, öpdü və dedi: Atam, anam sənə qurban olsun! Cəsədin dirikən olduğun kimi gözəldir. Ey Saad, peyğəmbərin mənə "(bütün) insanlar bir vadiyə toplaşsalar belə, mən yenə də ənsarlar olan vadidə duraram" dediyini bilirsən. Ey Saad, sən başçı olduğun zaman Peyğəmbər demişdir: "Qüreyş bu işin (rəhbərliyin) sahibidir. İnsanların Yaxşısı onların yaxşısına, pisləri isə pislərinə tabe olarlar". Saad dedi: Düz deyirsən. Biz(ənsarlar) vəzrilər, siz(mühacirlər) başçısınız. ("Müsnəd", cild 1, səh.5) Sənədi yaxşı olan bu mürsəl hədis rəvayətçisi yalançı olan Əbu Mixnədin yuxarıdakı sənədsiz rəvayətlərindən dəfələrlə yaxşıdır.
45. Ticani deyir(səh. 168): Bu kədərli hadisəni ("Fədək" ərazisinə görə ƏbuBərk və Fatimə arasında olan ixtilafı nəzərdə tutur) izləyən, bütün xırdalıqlarına nəzər salan yəqinliklə bilir ki, ƏbuBəkr Zəhraya qəsdən əziyyət verirdi, "Fədək" barəsində onun dediklərini qəbul etmirdi. ƏbuBərk bunu ona görə edirdi ki, fatimə əri, həm də Peyğəmbərin əmisi oğlu olan Əlinin xilafətə təyini barədəki "Qədirxum" hadisəsi və başqa dəlilləri ona qəbul etdirə bilməsin. ƏbuBəkr məhz bu niyyətlə etdiyinə dəlalət edən əməllərdən aşağıdakını göstərmək olar:
Tarixçilər qeyd edirlər ki, Fatimə ənsarların məclislərini dolaşaraq, onlardan Peyğəmbərin əmisi oğluna kömək və beyət etmələrini tələb etmişdir.
Cavab: Allahu Əkbər! Fatiməyə "Fədək"i vermir ki, Əlinin xəlifə olmasına dəlil olan "Qədirxum" hədisini ona dəlil gətirməsin? Bu nə saxtalıqdır? Allahın ağıl nemətinə görə Ona şükr edirik. Bəli, bütün dedikləri axmaqlıqdır. Fatimənin məqamı kişi məclislərini dolaşaraq, onlardan Əlini seçmək üçün yardım diləməkdən qat-qat ucadır. Peyğəmbərin qızına, dünya qadınlarının xanımına beləmi hörmət edərlər? Bəs Allahın qadınlara xitabən "Evlərinizdə qərar tutun"(Quran, Əzhəb, 33) ayəsi arda qaldı? Yoxsa bu ayə təkcə Aişəyə tətbiq olunur?
ƏbuBəkrin Fatiməni dediklərini qəbul etməməsi hadisəsi də uydurma və yalandır. Ticani və onun kimiləri buna bir səhih sənəd göstərməkdə acizdirlər. Həqiqətdə isə ƏbuBəkr Fatiməni təkzib etməyibdir. O, Peyğəmbərdən eşitdiyi "Biz peyğəmbərlərin (mal) mirası olmur" kəlamını ona demişdir.
46. Ticani deyir (səh. 175): Baxın, əgər fəzilətləri kənara qoyub, mənfi halları araşdırmağa başlasaq, hər iki firqəyə görə Əli bin Əbu Talibin bir xətasını belə görə bilməzsən. Digərlərinin xətaları isə elə əhli-sünnənin kitablarında "Səhih"lərdə, "Sirə"lərdə və tarix kitablarında doludur.
Cavab: Ticani yenə insafla danışmır. Görünür, o, yalnız Nəcəf uşaqlarının yanında şagirdlik edibdir. Əhli-sünnə uşaqlarından da bir kurs dərs götürsəydi, onda bir az insaflı olardı. Biz əhli-sünnəyə görə Əli(r.a.) hidayət imamlarından, təqva rəmzlərindən biridir. Amma onun məsum olduğunu demirik. Ticaninin məhz bu abzasdakı yalanlarını üzə çıxarmaq üçün bir az tərəddüd etdim. Bu barədə yazıb yazmamaq bardə götür-qoy etdim. Bir çox elminə və rəbbaniliyinə inandığım elm-əhlindən, istər əhli-sünnə, istərsə, əhli-şiə mənbələrdə zikr olunan Əlinin(r.a.) xətalrı barədə, onun məsum yox, bəər övladı olduğunu göstərmək üçün yazmağım haqqında soruşdum. Ancaq məlumunuz olsun ki, mən bununla onu pis qələmə vermək niyyətim yoxdur və olmayacaq. Ancaq rafizilər bizə beə şeyləri yazıb göstərməyi, onlara cavab verməyi məcbur edirlər. Biz də yazıb onların şübhələrinə, kələklərinə və fırıldaqlarına cavab veririk. Bu məsələ barədə soruşduğum alimlərin bəziləri buna müsbət, digərləri əks münasibət göstərdi. Nəhayət, batillə ucalan səsləri susdurmaq üçün bunları qeyd etmək lazımdır deyən alimlərin rəyinə üstünlük verdim. Doğrusu Əlinin(r.a.) xətaları rafizi qaynaqlarında çox qeyd olunubdur. Hətta bu çoxluq o qədərdir ki, əhli-sünnə kitablarında olanlarla müqayisə belə edilməzdir. Əgər bu əməlim doğrudursa, Allahdandır. Əgər xətadırsa, nəfsimdən və şeytandadndır. Onda mən Allahdan bağışlanmamı diləyirəm.
Birinci əhli-sünnə kitablarında qeyd olunan Əlinin(r.a.) xətaları:
1. İkrimədən (rəvayət olunur), o dedi: Əli bir qövmü odda yandırdı. Bu xəbəri İbn Abbas(r.a.) eşidəndə dedi: Mən olsaydım, yandırmazdım. Çünki Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) buyurmuşdur:"Allahın əzabı ilə (odda) əzab verməyin"
(Buxari, "Səhih", "kitab istitadati-l-murtaddin", "bab Hükmül-mürtad", 6922)
2. Li bin Əbu Talibdən rəvayət olunur. O dedi: Bir gecə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənim və Fatimənin (otağının qapısını döydü. "Namaz qılmırsınız?" deyə soruşdu. Mən də dedim:"Ya Peyğəmbər! Canımız Allahın əlindədir. Əgər bizi diriltsə (yəni yuxudan dursaq), namaza qalxarıq. Bunu eşidən Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) mənə bir söz demədən qayıtdı. Sonra eşitdim ki, o (səlləlləhu əleyi və səlləm) "Vay-vay" deyərək, əlini dizinə vurur və deyir (Va kənəl insanu aksara şeyən qadalə).
(Buxari, "Fathul-bari", "Kitabu-t-tahccud-tahdiru-n-nabiyyi ala giyamu-l-ləyl, 1127)
3. Rafizilər həmişə məsələ qaldırırlar ki, Fədək məsələsində Əbubəkr Fatiməni qəzəbləndiribdir. Əgər kim Fatiməni qəzəbləndirsə, Peyğəmbəri qəzəbləndirmiş olur, Peyğəmbəri qəzəbləndirən isə Allahı qəzəbləndirmiş olur.
Biz isə cavabında deyirik ki, aşağıdakı rəvayətləri oxuyun! Misvar bin Mixrimə dedi ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) minbərdə dedi:" Həqiqətən Hişam bin Muğiranın ailəsi məndən qızlarını Əli bin Əbu Talibə vermək üçün icazə istəyirlər, mən də icazə vermirəm! Və yenə icazə vermirəm. Yalnız əgər Əli qızımı(Fatiməni) boşayıb, onların qızları ilə evlənmək istəyirsə, bu başqa məsələ. Çünki qızım mənim bir parçamdır. Onu şübhəyə salan məni də salır. Ona əziyyət verən şey mənə də əziyyət verir."
(Müslim, "Kitab Fadaili-s-sahaba, 93)
Başqa bir rəvayətdə isə bunu eşidən Fatimə Peyğəmbərin yanına gələrək, dedi: Sənin qövmün deyir ki, qızlarını qəzəbləndirmisən. Amma bax, Əli Əbu Cəhlin qızı ilə evlənir.
(Müslim, "Kitab Fadaili-s-sahaba, 96)
İndi siz deyin, kimdir Fatiməni qəzəbləndirən?!
Bara bin Əzib dedi: Peyğəmbər Hüdeybiyyədə sülh müqzviləsi imzalayanda Əliyə müqaviləni yazmağı əmr etdi. O da "Məhəmməd rəsulullah" kəlməsini (sülh müqaviləsinin əvvəlində) yazdı. Müşriklər dedilər: Səni Allahın rəsulu kimi qəbul etsəydik, onda səninlə niyə vuruşurduq? Peyğəmbər də Əliyə dedi (bu kəlməni) poz! Əli dedi: Mən onu pozmaram. Peyğəmbər götürüb, öz şərəfli əli ilə pozdu.[/i[i]](Buxari, "Fathul-bari", "Kitabu-s-sülh, "bab Keyfə yaktubu həzə mə sələhə fulən", 2698) Bu rəvayəti Məclisi də qeyd etmişdir. ("Biharul-ənvar", cild 38, səh. 328)
4. Əli bin Əbu Talib rəvayət edir ki, o Peyğəmbərin yanına gəldi və Əbu Talibin öldüyünü ona xəbər verdi. Peyğəmbər dedi: Get onu dəfn et! Əli dedi: O, müşrik kimi öldü. Peyğəmbər dedi: (sənə dedim) Get onu dəfn et!
Mən(müəllif) deyirəm: Bunu ƏbuBəkr, Ömər və ya başqa bir səhabə etmiş olsaydı, (rafizilər) dərhal "Necə peyğəmbərin əmrini yerinə yetirmirlər, onlar Peyğəmbərəmi öyrədirlər?" deyərək, onları ittiham edərdilər.
5. Əli və Abbas Ömərin yanına getdilər. Abbas dedi: Ey möminlərin əmiri! Bizim işimizə hökm ver! (onlar bəni Nüdeyr qəbiləsindən alınmış qənimətin bölünməsində mübahisə edirdilər). Əli Abbası söydü.
(Buxari, "Fathul-bari","Kitabul-mağazi", "bab hədis banu-Nadir", 4033).
Əli öz əmisini necə söyür?
6. Əlidən rəvayət olunur ki, o dedi: Məndən məzi çox gələrdi. Qızının (Fatiməni nəzərdə tutur) atasının yanında olan (yüksək) məqamına görə Peyğəmbərdən (bunun hökmünü) soruşmağı utanırdım. Miqdad bin Əsvada tapşırdım, o da soruşdu. Peyğəmbər dedi: "Övrət yerini yusun və dəstəmaz alsın.
(Müslim "Səhih", "Kitəbul həyz", 17)
Rafizilər çox deyirdilər ki, Ömər müsəlmanların xəlifəsi olduğu zaman təyəmmümün hökmünü bilmirdi? Biz də deyirik: Budur, Əli bin Əbu Talib məzinin hökmünü bilmir. Amma rafizi kitablarında qeyd olunan Əli(r.a.) adına deyilmiş, xətalara gəlincə, mən onları sadalamazdan öncə Allahdan bağışlanmamı diləyirəm. Çünki bu rəvayətləi oxuduqca, onların rəvayət edənlərin nə qədər pis niyyətli olduğunu görürsən.
Sözü çox uzatmadan diqqətinizə bu (rafizi) rəvayətlərdən bəzilərini çatdırıram:
1. Əlidən rəvayət olunur ki, o dedi: "Peyğəmbərlə birlikdə səfərə çıxdım. Ona xidmət etmək üçün yalnız mən var idim. Aişə də onunla idi. Amma bizim üçümüzə yalnız bir yorğan var idi. Buna görə də üstümüzə bu yorğanı atdıq, Peyğəmbər də bizim ikimizin (Əli və Aişənin) arasında yatdı. Peyğəmbər gecə namazına qalxarkən, əli ilə yorğanın ortasından döşəyə çatana kimi əydi. (yəni aralarında sərhəd çəkdi)."("Biharul-ənvar", cild 40, səh. 2)
Siz buna baxın! Peyğəmbərə, Əliyə, Aişəyə böhtan olan bu xəbis rəvayəti oxudunuzmu? Elə yazıblar ki, sanki Peyğəmbər namusuna qısqanmır. Allah bu rəvayəti uydurana lənət etsin! Amma daha qəribə burasındadır ki, onlar "Kafi"də Əbu Abdullahdan rəvayət edirlər ki, bir yorğan altında tutulmuş naməhrəm kişi və qadının hər birinə yüz şubuq vurulur.("əl-Kafi", cild 7, səh. 181)
2. Əlidən (r.a.) rəvayət olunur ki, o dedi:"Bir səhər Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bizə gəldi. Biz isə hələ yatağımızda idik. O dedi: Əssələmu əleykum. Susduq, cavab verməyə utandıq. Yenə dedi: Əssələmu əleykum. Biz yenə susduq."
Necə olur ki, Peyğəmbər iki dəfə salam verir, onlarda salam almırlar?
3. Həsən bin Əli babası Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun(səlləlləhu əleyhi və səlləm) rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! ("Biharul-ənvar", cild 43, səh.42)
4. İbn Abbasdan rəvayət olunur ki, Fatimə (bir gün) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gördü. Hər bir qadında olan qısqanclıq hissi ona güc gəldi. Baş örtüyünü bağlayıb, Peyğəmbərin yanına şikayətə getdi.("Biharul-ənvar", cild 39, səh. 207)
5. Əli bin Əbu Talibdən rəvayət olunur ki, o dedi: Mən Allahın yaxını, kəlamı, qəlbi və daxil olan qapısıyam. O qapıdansəcdə edərək, daxil olun, sizlərin günahlarınızı bağışlayım, mühsinlərin (savabını) daha da artırım. Mənimlə və mənim əlimlə Qiyamət qopacaq. Mənə yalnız batil(əhli) şübhə edər. Mən əvvələm və sonuncuyam, zahirəm və batinəm, mən hər şeyi bilirəm. ("Biharul-ənvar", cild 39, səh.348)
Cavab: Onda Allaha nə qaldı??? Heç şübhə yoxdur ki, bu kəlam açıq bir kefrdür. Əli(r.a.) bu kəlamdan bəraətlidir (Bu sözləri o deməyib!!!) Amma siz-ey rafizilər!!- bunu öz kitablarınızda Əlinin adından deyirsiniz.
6. Əbu Abdullah Cəfər as-Sadiqdən rəvayət edir ki: Əli zöhr namazı qılarkən, bir kəlləyə diqqəti çatdı və onunla danışdı.O qədər onunla məşğul oldu ki, hətta günəş də batdı. Onunla ərəblər başa düşməsin deyə incildən üç hərflə danışdı. O (kəllə) dedi: Mən (gəldiyim yerə) qayıtmıram...Əli Allaha dua etdi. Allah ona əli zincirli yetmiş min mələk göndərdi. Kəlləni sürüyərək, apardılar. O qədər sürüdülər ki, hətta onun üzü ağardı.("Biharul-ənvar", cild 41, səh.166)
Bu hədisə cavab olaraq, deyirəm! Əli zöhr namazını gün batana kimi qılmayıb gecikdiribdir? Şübhəsiz bu dastan xurafatdır.Lakin çox təəssüf ki, bu onların mötəbər kitablarında qeyd olunubdur.
7. Əbu Abdullahdan rəvayət olunur ki, o dedi:"Bir dəfə Əli bir dəstə yaxınlarının arasında olarkən, bir kişi ona yaxınlaşaraq, dedi: Ey möminlərin əmiri! Mən qulumla çirkin əməl etmişəm, məni paklaşdır. O da kişiyə iki dəfə rədd cavabı verdi. Üçüncü dəfə o gəldikdə dedi: Ey kişi! Peyğəmbər sənin kimisinə üç cür hökm verərdi. Bunlardan hansını istəsən seç: 1-qılıncla başını kəsmək; 2-dağdan başı üstə yerə atmaq; 3-odla yandırmaq. O ağlayaraq, Əlinin(r.a.) onun üçün qazdığı, içərisində alovlar olan çalanın başında durdu. Bunu görən Əli(r.a.) ağladı və dedi: Ey filankəs! Qalx! Uca Allah artıq səni bağışladı. Bir daha belə etmə!"("Əl-Kafi, cild 7, səh.201)
Bu Allahın əmrini tərk etmək deyilmi?
9. Əbu Abdullahdan rəvayət olunur ki, o dedi:"Ömərin yanına bir qadın gətirdilər. O qadın ənsarlardan olan bir kişiyə vurulmuşdu və onu ələ almaq istəyirdi. O(buna nail olmaq üçün) yumurtanın ağını götürüb, paltarının üstünə və ayaqlarına tökdü. Əli qalxıb o qadının ayaqlarna baxdı və onu (böhtançılıqda) ittiham etdi"("Biharul-ənvar", cild4, səh.303)
Cavab: Bu yalandır! Əli yad bir qadının ayaqlarına necə baxa bilər? İndi deyin görək, kimdir Əliyə pislik edən? Rafizilər, yoxsa əhli-sünnə?
10. Həbib bin Sabitdən rəvayət olunur ki, o dedi: Əli və Fatimə arasında narazıçılıq var idi. Peyğəmbər (səlləlləhu əleyhi və səlləm) onlara (məsləhət vermək üçün) misallar çəkdi, sonra da uzanıb yatdı. O (Peyğəmbər ) yatandan sonra Əli gəlib onun bir tərəfində Fatimə də o biri tərəfində uzandı, onalrın aras düzəldi.(""Kəşvül-ğümmə", cild 1., səh 467)
Bu onların rəvayətlərindən bəziləridir. Ancaq belə rəvayətlər ap çoxdur. İndi isə bəzi rəvayətləri (yalnız məzmununu) qısaca qeyd edirəm:
1- Xilafətin paytaxtını Peyğəmbərin şəhərindən Kufəyə köçürdü;
2- Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) ona xəlifə olmaq əmrini yerinə yetirmədi;
3- Qızı Ümmü Gülsümü Ömərlə evləndirdi (Rafizilər Öməri kafir hesab edirlər)
4- Xəlifə olandan sonra övladlarına Fədəki vermədi;
5- Osmanı qətlə yetirənlərin cəzasını vermədi;
6- Öz qohumlarına vəzifələr verdi. Vəzifələr verdiyi kəslərə misal olaraq: Oğulluğu Məhəmməd bin ƏbuBəkr, əmisi Abbasın oğulları, Abdullah, Übeydullah, Qasəmə və Sümamə;
7- Hüdeybiyyədə (Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) əmr etməsinə baxmayarq) saçını qırxmadı, qurbanı kəsmədi.
8- Taravih namazını iyirmi rükət qıldırdı;
9- Bədr qazavatında Peyğəmbərə(səlləlləhu əleyhi və səlləm) sığındı;
10- Səffeyn hadisəsində Həsənlə fikir ayrılığına düşdü;
11- Vəlid bin Üqbanı cəzalandırmaq üstündə Həsənlə ixtilaf etdi;
12- Fatimə öləndən doqquz gün sonra başqası ilə evləndi ("Biharul-ənvar", cild 42, səh. 92)
Bütün bunlara baxmayaraq, əhli-sünnədən bir nəfər olsun belə Əlini(r.a.) tənə etdiyini görməzsən. Amma nasiblər və xaricilərə gəlincə, onlar əhli-sünnədən sayılmırlar!
50. Ticani deyir. (səh. 177): Baxın, İbn Abbas deyir: "Mənim və Məhəmmədin səhabələrinin elmi Əli ilə müqayisədə yeddi dənizdə bir damlaya bənzəyir". Sonra Ticani haşiyədə qeyd edir: Əhli-Sünnənin bütün səhih hədislər toplumlarında və kitablarında yeganə bir rəy vardır ki, bu da Əlinin digər bütün səhabələrdən elmdə üstün olmasıdır.
Cavab: Bu yalan bir dastandır. (İddia etdiyi) bu icma hardadır? Hansı kitab və toplumlarda qeyd edibdir? Bu onun uydurmasından ba.qa bir şey deyildir. İbn Teymiyyə demişdir: Əhli-sünnə həmfikirdir ki, Peyğəmbərdən(səlləlləhu əleyhi və səlləm) sonra insanların ən elmlisi ƏbuBəkr, ondan sonra Ömərdir. Bir çox alimlər ƏbuBəkrin səhabələrin ən elmlisi olması barədə icma olduğunu qeyd etmişlər. Buna misal olaraq, məşhur şafii fiqhi alimlərindən olan Mənsur bin ƏbdülCabir əsSəmanin bu barədə nəql etdiyi icmanı göstərmək olar. ƏbuBəkrin mətnlərə(Quran və sünnəyə) müxalif olacaq heç bir fətvasına east gəlinməyibdir. Amma Ömərin, Əlinin və başqalarının mətnlərə müxalif olan bir çox fətvaları olmuşdur. Hətta məşhur alim Şafinin bir əsəri vardır ki, orda Əlinin və İbn Məsudun müxalif rəylərini toplamışdır. "İki Səhih"də (Buxari və Müslim nəzərdə tutulur) Əbu Səiddən rəvayət olunur ki, o demişdir:
Bizlərdən (yəni səhabələrdən) Peyğəmbəri ən çox bilən ƏbuBəkr idi. "
("Fathu-l-bari", "Kitab Mənaqibu-l-ənsar", "Bab Hicratu-n-nabi" 904, "Səhih Muslim", "Kitab Fadailu-s-sahaba", "Minhəcüs-sünnə", cild 7., səh.500)
İbn Həzm demişdir: Bəzi rafizilər Əlinin səhabələrin ən elmlisi olduğunu deyirlər. Bu yalandır. Çünki səhabələrin elmi iki cür bilinir. Bunun üçüncüsü yoxdur.
Birincisi: Çoxlu rəvayət etmə və fətva vermə.
İkincisi: Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) na çox məsul işlər tapşırması.
Biz tarixə nəzər saldıqca, görürük i, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) özü ola-ola, xəstəliyinə görə ƏbuBəkri namazda imam təyin etmişdir. Baxmayaraq ki, bütün səhabələr Ömər, Əli və digərləri də onun yanında idi. Zəkat işlərinə də məsul olaraq, ƏbuBəkri təyin etmişdi. Bu da ƏbuBəkrin zəkat məsələlərini digər səhabələrdən daha çox bilməsindən irəli gəlir. Zəkat çox mühüm bir iş olub, İslamın əsaslarındadnır. Eləcə də digər İslamın rüknlərindən olan Həcc ibadətində ƏbuBəkri başçı təyin etmişdi. Bu da onun bu ibadəti digərlərindən daha çox bilməsindən irəli gəlir. Həm də görürük ki, ƏbuBəkr məclislərdə, səfərlərdə, ümumiyyətlə hər zaman Peyğəmbərlə(səlləlləhu əleyhi və səllmə) bir yerdə olardı. Deməli o Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) verdiyi hökmləri və fətvaları başqalarından çox görür və eşidirdi. ("əl Fəsl fil-miləl val-əhva va-n-nihal", cild 4, səh.212)
51. Ticani deyir. (səh.178): (hədis) "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ey Allahım! Onu vəli tutanın vəlisi ol, düşmənçilik edənin düşməni ol! Ona yardım edənə yardım et, rəzillik etmək istəyəni də rəzil et! Onunla (Əliylə) haqq hara dönsə, sən də dön".
Cavab: Ticani bundan öncəki hədisdən əvvəl, eləcə də səhifə 94 və 88-də yalnız səhih hədisləri dəlil tutacağını deyir. Bu hədis isə məhz bu ləfzlə Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) adına deyilmiş yalandır! Pyeğəmbərdən (səlləlləhu əleyhi və səlləm) səhih olanı isə "Mən kimin mövlasıyamsa, o Əlinin mövlasıdır" hədisidir. Bəzi elm əhli də "Ey Allahım! Onu vəli tutanın vəlisi ol, düşmənçilik edənin də düşməni ol" hədisini də səhih hesab etmişlər.
Bundan başqa edilən əlavələrin hamısı açıq-aydın yalandır. Ticani və onun kimiləri bu əlavələrə bir dənə də olsun, səhih sənəd göstərməkdə acizdirlər. Rafizilər bu hədisin Əlinin(r.a.) xəlifə təyin olunmasına dəlil olduğunu deyirlər. Onlara görə (Əlini xəlifə təyin etmədiklərinə görə) İslam ümməti ƏbuBəkrin xilafətindən Osmanın ölümünə qədər Əliyə qarşı düşmənçilik etmişdir. Ancaq tarixə nəzər saldıqca görürük ki, bu illər ərzində İslam ümmətinə (Allah tərəfdən) yardım olunmuşdur (yəni İslamın ən qüvvətli dövrü o zamanlar olmuşdur). Əslində isə onların iddialarına görə Allahın onlara yardımı olmamalı idi. Amma hədisə gəlincə, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) bu kəlamı Əlinin Peyğəmbərdən(səlləlləhu əleyhi və səlləm) sonra xəlifə olmasına dəlalət etmir. Gəlin buna nəzər yetirək:
Birinci: Əgər Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bu kəlamı ilə Əlinin xəlifə olduğunu insanlara bəyanetmək istəsəydi, bunu Həcc zamanı (bütün insanların bir yerdə olduğu vaxt) deyərdi. Məlumdur ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunu Həccdən sonra Mədinəyə dönərkən, yolda "Qədir-Xum" adlanan yerdə demişdir.
İkinci: Qədir Xüum Məkkə və Mədinə arasında Cüfhə adlanan yerin yaxınlığında yerləşir. Bu yer məkkədən 160 km aralıdır. Deməli, bu yer hacların toplaşdığı və ayrıldığı yer ola bilməz! (Bəziləri iddia edir ki, guya bu yer hacların toplaşdığı və ayrıldığı məntəqədir).
Üçüncü: Əbdül Hüsey Şərafuddin Müsəvi "əl Müracəət" kitabında bu hədisi şərh edərək, demişdir: Məgər Allah elçisinə bunu (Əlinin xəlifə olduğunu) "Ya peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Quranı) təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan" (Quran, Maidə, 67)deyərək, dərhal (Allahın buyurduqlarını) ümmətinə çatdırmağı əmr etməyibmi? ("Əl-Müracəət", səh. 140, 12-ci müraciət)
Musəvinin sözündə belə çıxır ki, Əlinin vilayət məsələsini insanlaraçatdırmaq məhz bu ayədə əmr olunmuşdur. Onda belə olduğu halda rafizilərin bundan öncəki qeyd etdiyimiz hadisələrdən gətirdikləri dəlilləri batildir. Çünki bu ayə peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vəfatından təqribən üç ay əvvəl nazil olmuşdur.
Dördüncü: Vida həccindən sonra Peyğəmbərə(səlləlləhu əleyhi və səlləm) qarşı heç bir təhlükə yox idi. Belə olan halda bu mühüm məsələni niyə görə orda qeyd etmədi?
Beşinci: Rafizilərin "imam" mənasında olduğunu iddia etdikləri "mövla" kəlməsinə gəlincə onlara deyirik: Niyə görə Peyğmbər(səlləlləhu əleyhi və səlləm) bu kəmənin yerinə heç bir başqa yozmaq mümkün olmayan "xəlifə" sözünü işlətmədi? Əgər hədisdəki "mövla" kəməsi (bəzi rafizilərin iddia etdiyi kimi) "ən yaxşı" mənasındadır, onda "imam olmalıdır" mənasını hardan götürdünüz? Uca Allahın kitabında "mövla" kəlməsi bir neçə yerdə qeyd olunsa da, "imam olmaq" mənasını vermir. Uca Allah buyurur:
"Şübhəsiz ki, insanların İbrahimə ən yaxın (lula- ərəbcəsi) olanı onun ardınca gedənlərdi"
(Quran, Aliİmran, 68)
Uca Allah kafirlər barəsində buyurur:
"Məskəniniz cəhənnəmdir. O sizə daha çox yaraşır" (maulakum-ərəbcəsi)
(Quran, əl-Hədid, 15)
Əgər bu kəlmənin imam mənasında olduğunu desək, onda dərəcə və rütbə mənasına gəlir. Çünki Əli elə Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vaxtında imam idi (o cümlədən digər böyük səhabələr də).
İbn əsSakit demişdir: Vilayət (vav hərfindən sonra kəsrə "i") kəlməsi sultanlıq deməkdir. Vəlayət (vav hərfindən sonra fəthə "ə") kəlməsi isə yardım, kömək mənasındadır. ("Lisanul arab" cld 15, səh. 407)
Hədisdəki "mövlə" sözü vəlayət sözündən götürülür, vilayət sözündən isə vali sözü götürülür. (Hədisdə gördüyümüz kimi) Peyğəmbər(səlləlləu əleyhi və səlləm) də "mövləsisən" demişdir, "vəlisisən" deməyibdir. Bu məsələyə başqa cavablar da var. Uzunçuluq olmasın deyə qeyd etmədim. Daha geniş məlumat istəyən İbn Teymiyyənin "Minhəcü-s-sünnə" kitabına(cild 7, səh. 313-dən başlayaraq) müraciət etsin.
52. Ticani deyir. (səh.179): (hədis) Əli məndəndir, mən də Əlidən...
Cavab: Bu hədisin sənədində Əbu İşaq əs-Süeybi var. O məhşur müdəllisdir. Zəiflərdən eşitdiklərini tədlis edir (səhih kimi göstərməyə çalışır). Amma açıq (tədlis etmədən) rəvayət etdiyi hədislər çox səhih sayılır. Tədlis olan hədisləri isə (hədis elminə hörə) qəbul olunmur.
Əbu İşag bu hədisi elm əhlinə tanış olmayan rəvayətçilərdən nəql edibdir.("Təzhibu-t-təzhib", cild 8, səh. 66)
53. Ticani deyir (səh. 179): Bu Peyğəmbərin Əliyə dediyi "Ey Əli! Sən məndən sonra ümmətimin ixtilaf etdikləri şeyləri açıqlayarsan" kəlamına bənzəyir.
Cavab: Xeyr! Allaha and olsun ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunu deməyibdir. Bu yalançıların qondardığı kəlamlardandır.
Bu hədisin sənədində Darar bin Sard var. O da yalançıdır. (ƏzZəhəbi onun tərcümyei halını "Mizanul itidal"da cild 2, səh. 328-də qeyd etmişdir)
İbn Main demişdir: O yalançıdır.
ən Nəsəi demişdir: O inanılmış adam deyildir.
ƏzZəhəbi bu hədi barədə belə deyir: Bu hədis Darar bin Düradın qondarmalarındadndır.
Əziz oxucu, Ticaninin 55-ci səhifədəki yalnız səhih hədis rəvayət etmək vədini də unutma.
54. Ticani deyir. (səh.180): Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əliyə işarə edərək, dedi: Bu mənim qardaşım, vəsiyyət etdiyim və məndən sonra xəlifəmdir. Onu dinləyin! Ona itaət edin! Bu hədis də səhih hədislərdəndir.
Cavab: Bu hədis Allah elçisinin adına deyilmiş yalan hədisdir. Ticani isə Allahın bəndələrinə yalan deyir. Bu hədisin sənədində Əbu Məryəm əl Kufi var, o da tərk olunmuş yalançılardandır.
İbn Kəsir demişdir: Bu hədisi Əbdülcəffər bin əl-Casim Əbu Məryəm rəvayət etmişdir. O da tərk olunmuşdur, yalanşıdır, rafizidir. ("Əl bidayə va ən-nihayə"), cild3, səh.38)İbn Main və başqaları onun qondaran olduğunu qeyd etmişlər.
55. Ticani deyir. (səh. 187): ƏbuBəkrin xilafəti dövrünün əvvəlində üz verən üçüncü hadisə də Ömər bin Xattabın ona qarşı çıxmasıdır. Çünki o (ƏbuBəkr) bu hadisədə Quran ayələrini və hədisləri başqa cür yozmuşdu. Bu hadisə Xalid bin Validin Malik bin Nüveyrəni öldürməsi və arvadına sahib olması məsələsidir. Xalid elə onu öldürdüyü gecə arvadına sahib oldu.
Cavab: Malik bin Nüveyrənlə bağlı bu hadisə tarix kitablarında məhşurdur. Doğrusu budur ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vəfat edəndən sonra zəkat verməyə qarşı çıxmışdır. Bir çox tarixçilər onun Xalid bin Validlə olan hadisəsini qeyd etsələr də Ticaninin iddia etdiyi kimi əzabla öldürməsini və arvadına sahib çıxmasını qeyd etməmişlər.
Gəlin Tabaraninin rəvayətinə nəzər salaq: Xalid bin Valid onları tutub saxlayan günün gecəsi şaxtalı idi. Onların isti paltarlaı yox idi. Şaxta isə artmaqda davam edirdi. Xalid carçıya əmr etdi ki car çəksin: "Əsirlərinizi qızdırın!" (Ərəbcə deyilən bu kəlmə "kənanə" ləhcəsində "əsirlərinizi öldürün" mənasındadır. Camaat da belə başa düşüb əsirləri öldürdülər. Darar bin Maliki də belə öldürdülər. Xalid Minhənin qızı ÜmmTəmimlə evləndi, sonra onun müddətinin başa çatmasını gözlədi. ("Tarix ətTəbəri", cild 2, səh. 502)
İbn Kəsir də Təbəri rəvayət etdiyi kimi rəvayət edir. Sonunda isə rəvayət belədir: Sonra Nüveyrınin arvadı ona evlənməyə halal olduqdan sonra onunla evləndi. Və deyilir ki, Xalid Malik bin Nüveyrəni çağıraraq, zəkatı inkar edənlərə tabe olmaqdan əl çəkməyi başa saldı və dedi: "Bilmirsənmi ki, zəkat da namaz kimidi?" Malik dedi: "Bunu sizin dostunuz (Peyğəmbəri(səlləlləhu əleyhi və səlləm) nəzərdə tutur) iddia edirdi." Xalid dedi: "Bizim dostumuz sənin dostun deyil?! Sonra da onun boynunun vurulmasını əmr etdə və boynu vuruldu. ("Əl Bidayə van Nihayə", cild 6, səh. 503)
Əbu Rabi əl-Kuləi də bu hadisəni "Hürubu-r-riddə" kitabında qeyd etmişdir. Amma Ticaninin dediklərindən heç birini qeyd etməyibdir. Ömərin (Ticaninin dediynə görə) Xalidə dediyi "Ey Allahın düşməni! Müsəlman bir kişini qətlə yetirdin, arvadına təcavüz etdin. Allaha and olsun ki, səni daş-qalaq edəcəyəm" kəlamına gəlincə, Ticaniyə deyirik: Bizə bu rəvayətin sənədini göstərsənə? Deyirsən ki, bəzi tarix kitablarında bu qeyd olunubdur. Onda de görək hansı kitablardır? Bu dediyin rəvayə əsla səhih deyildir. Təbəri bunu Məhəmməd bin Hümeyd ərRazinin rəvayətindən götürmüşdür. O rəvayətçilər haqqında isə hədis alimləri bu rəydədirlər:
Buxari demişdir: O şübhəlidir.
Əbu Züra demişdir: O yalançıdır.
Səlih Cəzara demişdir: İbn Hümeydin bütün rəvayət etdiklərinə şübhə edirik. Onun kimi Allahın adından cürət edib (yalanlar) danışan görmədim.
İbn Xarras demişdir: Bizə bin Hümeyd (bu hədisi) rəvayət etmişdir və Allaha and olsun ki, o yalan danışırdı.
56. Ticani deyir (səh. 193): Peyğəmbər demişdir: Əhli beytim Nuhun gəmisi kimidir. Kim onun sərnişini olarsa, nicat tapar, minməyən isə qərq olar. Əhli-beytim Bəni İsrailin "Hitta" qapısı kimidir. Kim ordan daxil olarsa, bağışlanar.
Cavab: Budur sənin səhihliyində ittifaq olunan hədislərin?
Hədisin Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) tərəfindən deyilməsi doğru deyildir, əksinə bu onun (Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) adından deyilmiş bir yalandır. Bu hədisin zəif olduğunu Zəhəbi ("Mizanul-itidal", cild 4, səh.167), İbn Kəsir(Təfsirul-Quranul Azim", cild 7, səh.167), Albani("Daiful Cami", 1972),Əl-Vadii("Riyadul cənna fir-raddi alə ahadis-sünnə", səh.213) və digər hədis alimləri öz əsərlərindəgöstərmişlər.
Hədisin sənədinə (hədisi rəvayət edənlərə) gəlincə:
1. Müfəddəl bin Səlih: Buxari və Əbu Hatim demişdir: Hədisi qəbul olunmayandır.
2. Hənəş əl-Kənani: Buxari onun haqqında demişdir: (Rəvayət etdiyi) hədisləri barədə (pis) danışılır. Ən-Nəsəi demişdir: Güclü (rəvayətçi) deyildir. İbn Hibban demişdir: Əli barədə yalnız onun elə rəvayətləri (yəni başqa rəvayətçi rəvayət etmir) var ki, inanılmış (rəvayətçilərin) rəvayətinə oxşamır.
3. Əbu İşaq əs-Sübeyi: İnanılmışdır, ancaq müdəllisdir. (Rəvayəti) eşitdiyini açıqlamır.
İkinci hədisə gəlincə isə: Heytami demişdir: Təbərani "Əs-Sağır" və "Əl-Əusət" (əsərlərində) rəvayət etmişdir. Orda qeyd edir ki, (sənədində) olan bir çox (rəvayətçiləri) tanımır. ("Məcməuz-zəvaid", cild9, səh.168)
57. Ticani deyir (səh.195): Peyğəmbər demişdir: Kim mənim kimi yaşamaq və ölmək istəyirsə, "Eden" cənnətində yaşamaq istəyirsə, onda Əliyə tərəfdar olsun, ona tərəfdar olanın da tərəfini saxlasın. Məndən sonra da əhli-beytə tabe olsun. Çünki onlar mənim "itrətimdirlər", mənim yarandığım torpaqdan yaranmışlar. Ticani davam edərək, deyir: Qeyd etmək yerinə düşərdi ki, mənim təhqiqat etdiyim vaxtı bu hədislə qarşılaşanda əvvəlcə onun səhih olmasında şəkk etdim. Orada əhli-beyt haqqında, onlara tabe və müxalif olmanın aqqibətini şişirdirilmiş olduğunu güman etdim. Xüsusən də bu hədisi başqa cür yozmaq da mümkün deyildir. İbn Həcər əl-Əsqalaninin "Əl-İsabə" kitabında bu hədisi oxuduqda isə qəlbim rahatlıq tapdı. Orda bu hədis haqqında deyilir: Hədisin sənədində Yahya bin Yaala əl-Maharibi zəif rəvayətçidir. Beləliklə, İbn Həcər o rəvayətçinin zəif olduğunu deməklə, beynimdə olan bu müşküldən məni qurtardı. Lakin sən demə Allah Subhənəhu va Taəla məni haqqa yönəltmək istəmişdir. Günlərin bir günü Münaqasat "Əl-Əqadiyyə fi maqalat İbrahim əl-Cabhan" adlı bir kitabı oxudum və əsl həqiqət mənə aydın oldu. Aydın oldu ki, Yahya bin Yaala əl-Maharibi iki şeyxin-Buxari və Müslimin etiad etdikləri inanılmış rəvayətçilərdəndir. Onda bu yalan və təhrif, səhih kitablarda etimad edilmiş insana edilən bu tənə nəyə görədir? Lakin İbn Həcər onu zəif olmaqda ittiham etməsinə baxmayaraq, "vilayət" hədisini rəvayət etmişdir.
Cavab: Ticani bu hədis üzərində çox dayanır və üzün-uzadı danışır. Hafiz bin Həcərin üzərinə hücum çəkərək onun dininə tənə edir, təhrif etməkdə suçlayır. Ticaniyə bu hədis barədə bir neçə məqamlar göstərəcəm.
Birinci məqam: Bu hədisin Peyğəmbərdən (səlləlləhu əleyhi və səlləm) olması səhih deyildir. Bu hədisi əl Hakim ("Əl-Müstədrək", cild 3, səh.128), Ət-Təbərani ("al Mucamul Kəbir" cild5, səh. 67), Heysəmi ("Məcməus-Zəvaid", cild 9, səh.108) və ƏbuNaim ("Hiyatul-Avliya", cild 4, səh. 349) rəvayət etmişlər. Amma hədisin sənədində olan rəvayətçi Yahya bin Yaala əl-Maharibi yox, Yahya bin Yaala əl-Əslami çox zəif rəvayətçidir.
İkinci məqam: Hörmətli oxucunun gördüyü kimi hədisin sənədində olan rəvayətçi Yahya bin Yaala əl-Maharibi deyildir. Bu hədisin Yahya bin Yaala əl-Maharibidən rəvayət olunan bir variantını (yolunu) belə göstərməkdə istər Ticani, istərsə də başqaları acizdirlər.
Üçüncü məqam: Ticaninin "İbn Həcər əl-Maharibini zəif sayır" deməsinə gəlincə isə deyirik ki, bu Ticaninin yalanlarındandır. Çünki əl-Maharibi bu hədisi heç rəvayət etməyibdir.
Dördüncü məqam: Ticani iddia edir ki, bu hədisə çoxlu tədqiqatdan sonra "Münaqaşat əl-Əqadiyya" kitabında rast gəlmişdir.
Buna cavab olaraq deyirəm: O yuxarıda qeyd etmişdir ki, "Əl Müracəət" kitabına o qədər aludə olmuşdu ki, ondan əl çəkə bilmirdi. O bu kitabı dəfələrlə oxuduğunu da qeyd etmişdir. ("Necə hidayət olundum", səh. 87, 159). "Müracəət" kitabının müəllifi Əbdül Hüseyn Şərafuddin də bu məsələyə toxunmuşdur. O da Ticanini kimi bu hədisin Əl-Maharibidən rəvayət olunan bir variantını belə göstərə bilməmişdir. Ticani oxucuda elə təəssürat yaratmaq istəyir ki, guya bu "həqiqəti" onun özü tapmış, kəşf etmişdir. "Əl Müracəət" kitabında olanı hərf-bə-hərf öz kitabında qeyd edərək, bunu öz adına çıxartması da onun bir daha yalan dediyini sübuta yetirir. Yalanın ipi nə qısa olarmış!
Beşinci məqam: İbn Həcərin Əl-Maharibiyə zəif deməsinə gəlincə isə çox güman ki, bu qələm xətasına bənzəyir. Çünki Əl-Əslami ilə Əl-Maharibinin adı və atalarının adları bir-birnə çox bənzəyir. Bir də ki, xəta etməyən yalnız Uca Allahdır. İbn Həcər "Ət Təqrib" əsərində isə onun (Əl Məharibinin) inanılmış, etibarlı olduğunu qeyd etməsi bunun qələm xətası olduğunu açıqcasına göstərir.
58. Ticani deyir (səh.197): Buna misal olaraq, hədis:"Məndən sonra on iki xəlifə olacaqdır. Onları hamısı qureyşdəndir.". Başqa rəvayətdə isə "Onların hamısı bəni Haşimdəndir". Bu hədis Buxari, Müslim və bütün əhli-sünnə vəl cəmaatın səhih hədislər kitablarında qeyd olunmuşdur.
Cavab: Allah yalanı və yalan əhlini məhv etsin! Bu hədis məşhur hədisdir, amma bu cür deyildir. Doğrusu belədir:"İnsanlara on iki kişi başçılıq etdiyi zamanlarda onların (ümmətin) işləri yaxşı gedəcəkdir. Bunların (on iki kişinin) hamısı qureyşdəndir" ("Müslim Kitabul İmara", 6)Bu hədisin başqa variantları da var. Onların məsdərlərini göstərməklə qeyd edirəm. "Hamısı qureyşdən olan 12 xəlifənin zamanı gəlib keçməyincə bu iş İslamın qüvvətli olması) davam edəcəkdir" ("Müslim Kitabul İmara", 5). "Hamısı qureyşdən olan 12 xəlifənin zamnında İslam izzətli olmaqda davam edəcəkdir. ("Müslim Kitabul İmara", 7). "Din Qiyamətə qədər və ya qureyşdən olan 12 imam sizə xəlifə olana qədər duracaqdır".("Müslim Kitabul İmara", 10). "Din sizə qureyşdən olan 12 xəlifə olan müddətdə qüvvətli və izzətli olacaqdır". ("Müslim Kitabul İmara", 9)Əziz oxucu! Burda iki məqama diqqət edin:
1. Müslimin rəvayətilə Ticanin rəvayəti arasında olan fərqə;
2. Bu rəvayətlərin heç birində "Onların hamısı bəni Haşimdəndir" kəlməsinin olmamasına. Bu ikinci məqam Ticaninin bitib-tükənməyən yalanlarındandır.
Birinci məqam, yəni hədisin ləfzi Ticaninin arzuladığı mənanı verməməsi ağıl sahibi olanlara aydındır. Çünki: 1- Hədisin ləfzləri bu on iki kişinin insanlar üzərində hakim olmalarına dəlalət etməsi aydındır. 2- Ticaninin nəzərdə tutduğu on iki imamdan isə yalnız Əli və Həsən xəlifə olmuşdur. 3- Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) xəbər verir ki, bu on iki kişinin zamanında din qüvvətli və izzətli olacaqdır. Müsəlmanların indiki dövrdə zəlil və zəif olmalarına baxmayaraq, rafizilərin əqidəsinə görə "zühur" etməli olan on ikinci imam hələ də gəlib çıxmayıb. Belə bir sual ortaya çıxır: Peyğəmbərin "on iki xəlifə olacaqdır" kəlamı imamların sayının on iki olmasına işarədirmi? Cavab: Əvvəlki rafizilər on iki imamın olmasına etiqad etmirdilər. Buna görə də müxtəlif firqələrə bölünmüşlər. Onlardan bəziləri "Əs Sabialar", yalnız bir imamın-Əlinin olduğunu, bəziləri "Kisanilər" yalnız Əli, Həsən, Hüseyn və Məhəmməd bin Əlinin imam olduğunu, bəziləri isə Cəfərə qədər olanların imam sayıldığını etiqad edirdilər. Belə firqələr lap çoxdur. Daha geniş məlumat almaq istəyən Növbəxtinin "Firaq"kitabına müraciət etsin. Əziz oxucu! Beləliklə aydın olur ki, bu rəqəmi Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) imamların sayına görə yox, rafizilər bu hədisdəki rəqəmi imamlarının sayına bərabər olduğunu deyirlər. Son olaraq, deyirəm ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) "onlar qüreyşdəndir" deyərək, ümumi bir kəlam ifadə etmişdir. Bununla o, xüsusi olaraq, bəzi adamları nəzərdə tutduğunu iddia etmək düzgün olmaz. Bu bəlağət elminə müxalif olardı. Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) heç şübhəsiz, insanların ən bəlağətlisidir. Məsələn, əgər desəm ki, mənim yanıma gələn hər bir azərbaycanlıya hədiyyə verəcəm, sonra yanıma gələn şəhər əhlindən birinə desəm ki, mən rayon əhlini nəzərdə tuturdum, onda o deyər ki, sən gərək rayondan olan azərbaycanlıya hədiyyə verəcəyəm deyərdin. Əgər Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əli və onun övladlarını nəzərdə tutsa idi, onda deyərdi ki, bunlar Əli və onun övladlarıdır. Hətta bəni Haşim desə belə, yenə sözündə bəlağətli olmur. Çünki bəni-Haşim çoxdur, Qureyş qəbiləsi isə lap çoxdur. Əgər Ticani və onun kimiləri bu hədisdə olan rəqəmə görə onun dəlil gətirirlərsə, onda Müslimin rəvayət etdiyi bu hədisə də rəylərini bildirsinlər. Peyğəmbər(səlləlləhu əleyhi və səlləm): "Ümmətimdə 12 münafiq var"(Müslim-Kitab sıfatul-münafiqin", 10)
59. Ticani deyir(səh.200): Buxari "Səhih"ində "Vasaya kitabı"nda, eləcə də Müslim "Səhih"ində "Əl-vasiyyə kitab"ında qeyd etmişdir ki, Aişənin yanında Peyğəmbərin Əlini (özündən sonra) vəsiyyət edilmsi deyilmişdir.
Cavab: Ticani hədisi tam zikr etməyərək, yarımçıq qeyd etmişdir. Hədis tam olaraq, belədir: Əsvəd bin Yeziddən rəvayət olunur ki, o dedi: Aişəyə dedilər ki, Peyğəmbər Əliyə vəsiyyət edib. O dedi: Nə vaxt vəsiyyət etmişdir? (Can verərkən) onun başı mənim qucağımda idi. Hətta (dəstəmaz almaq üçün) bir ləyən də istədi. Başı qucağımda olduğu halda canını tapşırdı. Elə vəfat etdi ki, heç hiss etmədim. Onda nə vaxt vəsiyyət etmişdir?"("Buxari-Fathul-bari", "Kitabul vasaya", "Bab əl-vasaya", 2741; "Səhihul Müslim", "Kitabul vasiyya", 19)
Aişə bu hədisdə Əliyə vəsiyyət olunduğunu deyənlərin sözünün rədd edir.
60. Ticani deyir (səh.208): Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) əhli beyt haqqında demişdir: "Onlardan qabağa keçməyin, yoxsa həlak olarsınız, onlardan geri qalmayın, yoxsa həlak olarsınız. Onları öyrətməyin. Çünki onlar sizdən çox bilirlər."
Cavab: Bu Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) adından deyilən yalandır. Bu hədisi əl-Heysəmi rəvayət etmişdir. Sənədində Hakim bin Cübeyr var.("Məcməu-z-zəvaid", cild9, səh.63-64).
İmam Əhməd demişdir: O zəifdir, hədisi qəbul olunmur.
Daraqutni demişdir: O tərk olunmalıdır.
Şübə demişdir: Ondan rəvayət etsəm qorxuram ki, oda düçar olaram.
Cözcani demişdir: O yalançıdır.

İran mollapərəstlərinin beyninə girən mismar! Çıxarmağa çalışmayın. Dərinəgirib.

Комментариев нет:

Отправить комментарий