вторник, 19 июля 2011 г.

Bəkrinin “Sünnilik” risaləsinə cavab

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Bu cavabı yazmaqda məqsədimiz kimisə tənqid etmək deyil, sadəcə olaraq əhli-sünnəni əsassız
tənqid edənlərə cavabdır. Xüsusi olaraq qeyd etmək istəyirik ki, bu yersiz tənqidlər və böhtanlar nəyinki əhli sünnəyə hətta Allahın elçisinə (s. ə. s) onun əshabələrinə, əhli-beytinə və əhli-sünnə alimlərinı, onların kitablarına qarşı yönəlmiş tənqid və böhtandır. Ona görə biz qərara gəldik ki, Bəkrinin “Sünnilik” adlı kitabında irəli sürülmüş tənqidlərə qısa olaraq cavab yazaq. Doğrusu biz Bəkriyə cavab yazmaq istəməzdik, çünki cavab o insana yazılır ki, kimin xətaları cuzidir, ancaq o kəsin ki, xətaları çoxdur, ona təkzib yazmazlar. Fəqət biz bu böhtanlara dair bir az aydınlıq gətirmək istədik.
Bəkrinin yazısından görünür ki, onun nəinki Əhli-Sunnə mənbələrindən hətta Əhli-Şiənin istinad etdiyi “məsumların” hədislərindən belə xəbəri yoxdur. Çünki o və onun əqidə qardaşları öz məzhəblərini bilsəydilər, bu cür xurafatları yazmazdılar. Onun ağlı kəsmədiyi əhli-sünnənin mənbələrində olan hədisləri əhli-beytdə rəvayət edib. Lakin Bəkri bundan xəbərsizdir. Məqsədimiz isə Bəkriyə və onun əqidə qardaşlarına bilmədiyi məsələləri danışmamalarını məsləhət etməkdir.
Müəllif risaləsinin əvvəlində sünniliyi bizə öyrədir və sünniliyi iki qismə bölür, sonra rədd edəndə isə bütün sünnilərə şamil edir. Məsələn: bizi tənqid edirlər ki, dəstamaz alanda biz ayaqlara məsh çəkmirik, əvəzinə yuyuruq. Əslində Qurana nəzər salsaq orada məhz ayaqları yumaq əmrini görərik. Bunu əhli-beytdən gələn rəvayətlərdə təsdiqləyir.


Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Bu cavabı yazmaqda məqsədimiz kimisə tənqid etmək deyil, sadəcə olaraq əhli-sünnəni əsassız
tənqid edənlərə cavabdır. Xüsusi olaraq qeyd etmək istəyirik ki, bu yersiz tənqidlər və böhtanlar nəyinki əhli sünnəyə hətta Allahın elçisinə (s. ə. s) onun əshabələrinə, əhli-beytinə və əhli-sünnə alimlərinı, onların kitablarına qarşı yönəlmiş tənqid və böhtandır. Ona görə biz qərara gəldik ki, Bəkrinin “Sünnilik” adlı kitabında irəli sürülmüş tənqidlərə qısa olaraq cavab yazaq. Doğrusu biz Bəkriyə cavab yazmaq istəməzdik, çünki cavab o insana yazılır ki, kimin xətaları cuzidir, ancaq o kəsin ki, xətaları çoxdur, ona təkzib yazmazlar. Fəqət biz bu böhtanlara dair bir az aydınlıq gətirmək istədik. 
Bəkrinin yazısından görünür ki, onun nəinki Əhli-Sunnə mənbələrindən hətta Əhli-Şiənin istinad etdiyi “məsumların” hədislərindən belə xəbəri yoxdur. Çünki o və onun əqidə qardaşları öz məzhəblərini bilsəydilər, bu cür xurafatları yazmazdılar. Onun ağlı kəsmədiyi əhli-sünnənin mənbələrində olan hədisləri əhli-beytdə rəvayət edib. Lakin Bəkri bundan xəbərsizdir. Məqsədimiz isə Bəkriyə və onun əqidə qardaşlarına bilmədiyi məsələləri danışmamalarını məsləhət etməkdir. 
Müəllif risaləsinin əvvəlində sünniliyi bizə öyrədir və sünniliyi iki qismə bölür, sonra rədd edəndə isə bütün sünnilərə şamil edir. Məsələn: bizi tənqid edirlər ki, dəstamaz alanda biz ayaqlara məsh çəkmirik, əvəzinə yuyuruq. Əslində Qurana nəzər salsaq orada məhz ayaqları yumaq əmrini görərik. Bunu əhli-beytdən gələn rəvayətlərdə təsdiqləyir. 1. Əs-Səqafi və Təbərsi öz kitablarında qeyd edirlər ki, Əli (r. a) Məhəmməd ibn Əbu Bəkrə və Misir əhlinə dəstamazın necə alınmasını əmr edərək deyir: “Başınıza məsh çəkin, sonra sağ və sol ayaqlarınızı üç dəfə yuyun, çünki mən Peyğəmbəri bu cür dəstamaz alan gördüm”. [1]
2. Tusi də Əlidən (r. a) başqa rəvayət gətirir ki, o demişdir: “Dəstamaz almaq üçün oturmuşdum, elə bu vaxt Peyğəmbər (s. ə. s) gəldi və mənə dəstamaz almağı öyrətdi. Mən ayağımı yuyanda o (s. ə. s) mənə dedi: - Ey Əli! Barmaqlarının arasınıda yu ki, sənə cəhənnəm odu toxunmasın”. [2]
Buna bənzər rəvayətlər başqa imamlardan da şiələrin mənbələrində çoxdur. Məsələn Cəfər əs-Sadiq (r. a) dəstamazı öyrədərkən deyir: - Əgər başa məsh çəkməmiş ayaqları yusan, gərək qayıdıb başa məsh çəkəsən və sonra ayaqları yuyasan. [3]
Bu rəvayətlərin olmasına baxmayaraq əhli-sünnəyə bu məsələdə yersiz və savadsız irad tutulur. Halbuki bilsəydilər ki, bu iradlar bir başa əhli-beytə də aiddir, onda bunu etməzdilər.
Tarixə nəzər salsaq görərik ki, bu iradların hamısına kifayət qədər cavablar verilib, lakin bunları daimə təkrarlanır ki, bunda məqsəd az məlumatı olanları şək-şübhəyə salmaqdır.
Ona görə də, biz də təkrar cavab veririk: Ey Bəkri! Tutduğun bu iradlarda artıq sən öz alimlərinizə və əhli-beytə qarşı çıxmısan. Çünki irad tutduğun rəvayətlərin hamısını əhli-beytdə rəvayət edib və onlar sizin kitablarınızda var. Həmçinin irad tutduğun Əbu Hüreyrənin rəvayətlərinə gəlincə, bil ki, onların hamısı “məsum” hesab etdikləriniz imamlar da rəvayət edib.
Eyni zamanda çox eşidirik ki, guya torpağa və ondan olandan başqa bir şeyə səcdə etmək olmaz. Lakin görürük ki, şiələrin “məsum” hesab etdiyi imamlar bunun əksini deyiblər. Məsələn Hüseyn ibn Əli ibn Keysəndən rəvayət olunur ki, o deyir: “Üçüncü Həsənin atasına yazıb soruşdum ki, təqiyyəsiz və zəruriyyətsiz pambığa və ona oxşar olan şeylərə səcdə etmək olarmı? İmam dedi: Olar!”. [4]
Həmçinin Cəfər Sadiqdən (r. a) rəvayət olunur ki, o demişdir: “Yerə səcdə etmək fərzdir, bundan başqasına isə sünnətdir”. [5]
Bu cür rəvayətlərin onların kitablarında müvəvatir şəkildə çox olmasına baxmayaraq onlar əhli-sünnəni haqsız olaraq ittiham edirlər. Lakin, cavaba başlamaqdan əvvəl bildirmək istəyirəm ki, onlara öz mənbələrindən imamların məhz əhli-sünnə olduqlarını bildirən rəvayətləri göstərəndə, onlar deyirlər ki, guya imamlar bu ifadəni təqiyyə ilə deyiblər. Amma rəvayətlərdə qeyd olunub ki, imamlar deyir: Biz bu fətvanı təqiyyəsiz və zəruriyyətsiz deyirik”. Görəsən onlar buna nə cavab verirlər?! Allahın izni ilə biz göstərəcəyik ki, Bəkri və onun əqidə qardaşları əshabələrin rəvayət etdikləri hədislərə istehza edirlər, beləliklə özlərini onlardan ağıllı göstərmək istəyirlər, onların rəvayət etdiyi səhih hədisləri rədd edirlər, ancaq nəticədə görəcəksiniz ki, bu hərəkətlərlə onlar məhz öz imamlarını ələ salmış olurlar.
 [1] Əs-Səqafi, “Ğarat” kitabı, cild 1, səh. 244-245: Təbərsi, “Müstədrəkul vəsail”, cild1, səh. 44.
[2] Tusi, “İstibsar” kitabı, cild 1, səh. 65-66, “Təhzibul-Əhkəm” kitabı, cild 1, səh. 93. həmçinin bu rəvayəti siz Hur Amilinin “Vəsaul əş-Şiə” kitabının 1-ci cild 296-297 səhifəsində tapa bilərsiniz.  [3] “əl-Füru əl-Kafi”, cild 3, səh. 35: “Təhzib əl-Əhkəm”, cild 1, səh. 99: “İstibsar”, cild 1, səh. 74: “Vəsail əş-Şiə”, cild 1, səh. 318.
[4] “Təhzib əl-Əhkəm”, cild 2, səh. 307: “İstibsar”, cild 1, səh. 323: “Vəsail əş-Şiə”, cild 2, səh. 595 və s.
[5] “Mən lə yahzurul-fəqih”, cild 1, səh. 174: “Vəsail əş-Şiə”, cild 3, səh. 609.
Əbu Hüreyrənin hədislərinə irad tutulması və bu iradların batilliyi
İlk olaraq onun “batil” saydığı Musa (a. s) haqqında hədisdir. Bu məsələ ilə bağlı Bəkri deyir:
Allah Musaya ölüm mələyini nazil etdikdə Musa yumruğu ilə zərbə vurub mələyin gözünü çıxartdı. Mələk geri dönərək Allaha şikayət etdi, Allah da onun gözünü geri qaytardı və dedi: - Musaya de ki, inəyin belindən tük qoparsın. Əlinə keçən tüklərin sayı qədər ömrünü uzadaram, - Musa da soruşdu: Bəs sonra? – Allah da buyurdu: Ölüm
Onda Musa dedi: - Elə isə indi canımı al. (əl-Buxari, cild 2, səh. 236, “Kitab əl-Cənaiz”).
Cavab: Bu hədis həqiqətən səhihdir və peyğəmbər (s. ə. s) tərəfindən rəvayət olunmuşdur. Ancaq bir neçə məsələyə fikir verin: Mələk Musanın (a. s) yanına onun canını almaq üçün yox, onun ölmü haqqında xəbər vermək üçün gəlmişdir.
Musa (a. s) mələyin gözünü çıxartması isə əslində belədir: Mələk Musanın (a. s) yanına insan cildində gəlmişdir və Musa (a. s) onun ölüm mələyi olduğunu bilmiyərək, onun evinə izinsiz daxil olmuş insan olduğunu zənn edib vurmuşdu. Mələyin Musanın (a. s) yanına insan cildində gəlməsi və Musanın (a. s) onu tanımaması qəribə bir iş deyildir. Qəribə olan Bəkrinin “Quranı” bilməməsidir. Belə ki, mələklər insan cildində İbrahim (a. s) və Lut (a. s) yanına da gəlmişlər və onlar mələkləri tanımamışlar. Əgər bilsəydilər ki, onlar mələkdirlər, onda nə İbrahim (a. s) onlara yemək təklif edərdi, nə də Lut (a. s) onlar üçün qorxardı. [6]
Daha aydın olsun deyə ona öz məzhəbində mötəbər sayılan kitabları oxumağı məsləhət bilərdik. Bu hədisin mətnini Bəkri öz kitablarında da tapa bilər. [7] Nuri “Təfsir Rəhman” kitabının 554-cü səhifəsində mələklərdən birinin ilan surətində olduğunu bildirir. Cəbrailin (a. s) Buraqın gözünü çıxartması haqqında olan hədisini nə cür başa düşür?. [8] Və yaxud Əbdürrahman ibn Ğanəmdən rəvayət olunur ki, “Cəbrail Peyğəmbər (s. ə. s) yanına bir miniklə gəldi və bu minik qatırdan balaca və uzun qulaqdan böyük idi, arxa ayaqları isə qabaq əllərindən uzun idi”. [9] Bu hədisi ağlın necə dərk edir ey Bəkri? Bəkrinin irad tutduğu ikinci hədis Allahın dünya səmasına enməsidir: Başqa bir hədisdə deyilir, Allah adətən gecənin bir hissəsində dünya səmasına enir və buyurur: - Kim bağışlanma diləyirsə onu əhf edərəm. Məndən bir şey diləyənə dilədiyini verərəm. Mənə dua edənin duasını qəbul edərəm. (əl-Buxari, cild 2, səh. 136, “Kitab ət-Təhəccüd”). Yəqin ki, bu hədisi nəql edənlər o zaman Yerin kürəvi olduğunu və hər zaman, hər an Yerin bir hissəsində gecə olduqda digər bir hissəsində gündüz olduğunu bilsəydilər, belə bir hədis rəvayət etməzdilər. Cavab: Sənin ağlın nəyisə dərk etmirsə, bu hədisin batil olması demək deyil! Allahı insanla müqayisə edib hökm vermək düzgün olmazdı. Sənin yazdıqların Allaha görə deyil, sənə görədir. Əksinə, sizə görə qiyas olmaz. Siz nəyinki əqidə ilə bağlı məsələlərdə, hətta fiqhdə belə qiyası qəbul etmirsiniz. Amma buna baxmayaraq dediyinizin əksinə olaraq, sizdən çox qiyas edən görmədik. Elə götürək bu hədisi. Burada Allah ilə məxluqu müqayisə edir, Onu məxluqa oxşadırsınız. Beləliklə ayə və səhih hədisləri inkar edir, ya da mənalarını öz ağlınıza görə dəyişdirirsiniz. Allahın necə enməsi haqqında fikir yürütmək batildir. Bir də ki, bu hədisi sizin mötəbər kitablarınızda “məsumlardan” rəvayət olduğunu bilirsənmi?. [10] Bu hədisi “Kafi”də tapandan sonra, məsləhət bilirik ki Seyid əl-Əkbər əl-Qifarinin “Kafi”ni şərh edərkən, bu hədisin şərhində dediyinə fikir verəsən: “Allahın nazil olmağı, keyfiyyəti və elmi yalnız Ondadır, sizə onu bilmək mümkün deyil”. [11] Ümumiyyətlə, Allahın bütün gözəl adları və sifətlərinə bu cüryanaşılmalıdır. Başqa sözlə, Allahın gözəl adları və sifətləri Əhli-sünnə və camaatın etdiyi kimi, dörd şərtlə: oxşatmamaq, keyfiyyətini soruşmamaq, inkar etməmək və mənasını dəyişdirməməklə təsdiq edilməlidir. Bu mənada hədislər mötəbər kitablarınızda çox rəvayət olunur, məsələn sənə “Bihar əl-Ənvar”, cild 87, səh . 168, bab “dəvətul münədi fis-səfər”ə müraciət etməyi məsləhət görürük ki, öz məzhəbindən bir az məlumatın olsun. Hətta sizin mənbələrdə rəvayətlər var ki, Allah yalnız gecənin 1/3 yox, hətta Ərafa günü və Şaban ayının ortasında da edir (nazil olur). [12] Bir də belə xətalar etməyəsən deyə sənə öz kitablarınızı yaxşı oxumağı məsləhət edərdim. Çünki, yazından görünür ki, sən də Ticani kimi, Nəcəf uşaqlarının yanında dərs almısan, ona görə də, söz deməyə tələsmə. Məsləhət edərdik ki, əhli-sünnənin kitablarını oxumazdan əvvəl, öncə öz kitablarını oxu. Xüsusilə bu kitabı oxusan elə bu hədisi orada taparsan: “Məhəccətül beyda” [13] . Öz kitablarınızı bir az da diqqətlə oxusan orada Allahın nəinki dünya səmasına, hətta yerin üzərinə enməsini oxuyarsan. [14] Belə hədislərdən:
“Allahın yerə imamların qəbirlərini ziyarət etməsi üçün nazil olması (enməsi)”. [15]
Hələ bu harasıdır! Allah Hüseynin (r. a) qəbrini ziyarət edir, onunla əl ilə görüşür və onunla çarpayıda oturur. [16] Allahın dünya səmasına enməsini inkar edən Bəkri, görəsən iddia etdiyi “məsumlardan” gələn bu rəvayətlərə nə deyir?
Bəkri deyir:Və yenidən həmin mənbədən əshabə Əbu Hüreyrəyə istinadən oxuyuruq:
Bir nəfər inəyi minib onu sürürdü. İnək başını ona çevirib belə dedi: - Allah məni minmək üçün deyil, yer şumlamaq üçün yaratmışdır. Bu vaxt Peyğəmbər (s. ə. s) dedi: - Mən, Əbu-Bəkr və Ömər buna iman gətirdik.Günlərin bir günü bir qurd quzunu apardı. Çoban da düşdü dalınca. Elə bu zaman qurd üzünü çobana tutub dedi: - Çoban, məndən başqa bir kimsə quzuları aslandan qoruya bilərmi? (Əshabələr peyğəmbərin bu hədisinə təəccüblənəndə Peyğəmbər (s. ə. s) dedi): Mən, Əbu bəkr və Ömər buna iman gətirdik. (əl-Buxari cild 3, səh. 297, Kitab “əl-Muzarəə İstimal əl-Bəqər lil hirasə bani).
Cavab: Əbu Hüreyrədən (r. a) rəvayət olunan heyvanların danışması haqqında olan hədislər səhihdir. Ümumiyyətlə istərdik biləsən ki, Əbu Hüreyrədən (r. a) rəvayət olunan bütün hədislər, sizin mötəbər kitablarınızda əhli-beyt tərəfindən rəvayət olunmuşdur. Bu təəccübləndiyin hədisləri öz kitablarınızda da oxu. [17]
Səni canavarın, öküzün danışması təəccübləndirirsə, onda mötəbər kitablarınızda rəvayət olunan bir neçə hədisi sənin nəzərinə çatdırmaq istərdim: Məclisinin “Bihar əl-Ənvar” kitabı, cild 65, səh. 79-da belə fəslə (bab) rast gələ bilərsən: “Tülkü, Dovşan və Şirin danışması”. Orada bu rəvayətlərdə var:
Mədinənin xaricində canavar Peyğəmbəri (s. ə. s) xəbərdar edir
“İki canavarın Əliyə (Allah ondan razı olsun!) salam verməsi”, [18]
“Dəvə ilə paltarın danışması”, [19]
“Atın danışması” [20]
“İlanın danışması” [21]
Daha da təəccüblənmək istəyirsənsə, onda həmin kitabda:
“Badımcanın Əliyə (r. a) şəhadəti” [22]
“Düyünün danışması” [23]
Əgər “Əl-Qatra” [24] və “Əl-Xaraic” [25] kitablarını oxusan yəqinki bir daha heyvanların danışması haqqında eşidəndə təəccüblənməzsən.
Ey Əbu Hüreyrənin (r. a) hədisindən təəccüblənən! Sizin məzhəbdə mötəbər sayılan “Üsulu Kafi” də Əmir əl-möminin rəvayətindən verilən aşağıdakı hədisə nə deyirsən?: “Peyğəmbərin (s. ə. s) uzunqulağı “Ufeyr” ona deyir: “Atan anam sənə qurban ya Rəsulullah (s. ə. s)! Atam mənə dedi, o da öz atasından, o da babasından, o da öz atasından eşitdi ki, o Nuh (a. s) peyğəmbər ilə birlikdə gəmidə idi və Nuh (a. s) əlini onun belinə çəkib dedi: - Bu uzunqulağın belindən bir uzunqulaq gələcək, sonuncu peyğəmbər ona minəcək. ”Ufeyr” dedi: - Allaha həmd olsun ki, məni o uzunqulaqdan etdi”. [26] Mənbələrinizdə bu qəbildən hədislər çoxdur və əgər onlardan xəbərin olsaydı sən bunları yazmazdın.
Lakin, bu nağılda bizi lap təəccübləndirən odur ki, “Ufeyrin” beşinci babası Nuhun (a. s) uzunqulağı olub. Yaxşı olardı ki, “Ufeyr” desin ki: Mən babalarımdan eşitdim. Ya da uzunqulaq yerinə qarğa ilə bağlı bir rəvayət uyduraydılar ki, bu qızmızı yalan olmazdı, heç olmasa ağ yalan olardı.
Ey Bəkri! Bizi təəccübləndirən sizin ağlınızdır. Çünki ağıldan çox danışan insanın ağlı bu cür rəvayətlərə görəsən nə deyir? Həmçinin, “Ufeyr” dediyi sənədi yoxlamaq lazımdır. ”Bəlkə onun babalarından biri yalançıdır?” Buna görə, öncə öz kitablarınızda olan rəvayətləri yoxlayın, sonra əhli-sünnənin kitablarını oxuyun.
Ömərin (r. a) hədisinə gəlincə Bəkri deyir:
Əbu Hüreyrə deyir: Bir gün peyğəmbərin yanında idim Peyğəmbər belə buyurdu: Mən yatmışdım, yuxuda gördüm ki, bir qəsrin yanında bir qadın xeylağı dəstamaz alır. O qəsrin sahibinin kim olduğunu öyrəndikdə, onun Ömər bin Xəttabın mülkü olduğunu dedilər. O zaman Ömərin qeyrətli şəxs olduğunu xatırlayaraq qorxuya düşüb qaçdım. (əl-Buxari, cild 4, səh. 306, “Kitab bədul xəlq mə cəə fi sifətul cənnə” babı).
Cavab: Bil ki, qeyrətinə şəkk etdiyin Ömərə (r. a) Əli (r. a) öz qızı Ümm Gülsümü (r. a) vermişdir. [27] Evə izinsiz girənin daşla gözünün vurub çıxarılması, yuxarıda (Musanın hədisində) açıqladığımıza görə, bunu təkrarən yazmırıq.
Peyğəmbərin (s. ə. s) gün batanda və gün çıxanda namaz qılmağı qadağan etməsi və bu vaxtlarda günəşin şeytanın buynuzu arasında yerləşməsi məsələsinə gəlincə Bəkri deyir:
Yenə də oxuyuruq, Peyğəmbər buyurdu: Gün doğan və batan zamanı namaz qılmayın. Belə ki, gün bu vaxtlarda şeytanın buynuzu arasına girib yerləşir. Ona görə də, gözləyin gün doğandan və batandan sonra namaz qılın. (əl-Buxari, cild 4, səh. 319, “Kitab bədul-xəlq Sifatu iblis və cunuduhu” babı).
Cavab: Bu barədə sizin mötəbər kitablarınızda çoxlu rəvayətlər var. Biz sənə bir iki kitabın adını verək get oxu və öyrən! [28]
 [6] “Hud” surəsu 69-80, “Məryəm” surəsi 17.
[7] “Lə əlil əxbər”, İcild, səh 91; “Ənvəru-l-Numaniyyə”, IV cild, səh. 205, “məhəccətül Beyda”, cild 4, səh. 209. Yaxşı olardı ki, “Bihar əl-Ənvar” kitabına cild 3, səh. 145 baxarsan.
[8] “Burhan”, cild 2, səh. 390-400; “Bihar”, cild 18, səh. 319
[9] “Burhan”, cild 2, səh. 397 və 403
[10] Saduq, “Tövhid” kitabı səh. 248, “Bihar əl-Ənvər”, səh. 331, “Əli fil Quran və sünnə”, cild 2, səh. 687, Həmçinin “Usulu Kafir” də “Tövhid” kitabı, bab “hərəkətul və intiqal” 4-cü hədis və Məhəsinin kitabı, cild 1, səh. 140
[11] “Usulu Kafi”nin xaşiyəsi, cild 1, səh. 126
[12] “Əl – Lə Əli”, cild 1, səh. 119, fəsil 7, 44-cü rəvayət.
[13] “Məhəccətül beyda”, kitabul “Əzkar və dəvət”, babul “ədabul dua və hiyə aşara”, cild 2, səh. 285, həmin kitabda cild 2, səh. 373, cild 5, səh. 115
[14] “Təfsirul Ayəşi”, cild 1, səh. 37, hədis 21: “Bihar”, cild 5, səh. 49-50: “Burhan”, cild 1, səh. 84-85 və s.
[15] “Təhzib”, cild 6, səh. 21, bab “fadlu ziyara”: “Füru əl-Kafi”, cild 4, səh. 579-580, bab “əz-ziyara və savabuhə”: Muhyiddin, “Kitabul Məzar”, səh. 30, bab “ziyaratul əmirul muminin” və s.
[16] “Səhih fəthul abrar”, cild 2, səh. 140; “Dəvətül imamə”, səh. 78: “Mədinətul Məaciz”, cild 3, səh. 460, bab 25, rəvayət 980.
[17] “Bihar əl-Ənvar”, cild 19, səh. 129
[18] “Mədinətül məaciz”, cild 1, səh. 266 rəvayət 169
[19] “Mədinətül məaciz”, cild 1, səh. 273 rəvayət 170
[20] “Mədinətül məaciz”, cild 1, səh. 288 rəvayət 182
[21] “Mədinətül məaciz”, cild 1, səh. 299 rəvayət 185
[22] “Mədinətül məaciz”, cild 1, səh. 418 rəvayət 278
[23] “Mədinətül məaciz”, cild 1, səh. 418 rəvayət 279
24] cild 1, səh. 113
[25] cild 2, səh. 496-497, 504, 521, 523
[26] “Üsulu Kafi”, cild 1, səh. 237
[27] “Üsulu Kafi”, cild 6, səh. /115, 1-ci və 2-ci rəvayətlər.
[28] “əl-Kafi”, cild 3, səh. 180, rəvayət 2; “əl-Kafi”, cild 3, səh. 290, rəvayət 8, həmin kitabda 7-ci cild, səh. 290, rəvayət 1; “Təhzib”, cild 3, səh. 202, rəvayət 21, bab13; “Təhzib”, cild 2, səh. 268, rəvayət 105, bab 13; həmin kitabda cild 2, səh. 174, rəvayət 152, bab, 23; “Əl-İstibsar”, cild 1, səh. 290, rəvayət 8, bab 158.
Bəkrinin irad tutduğu əqidə məsələlərinə dair başqa hədislər
Bəkrinin yazdığı Qiyamət günü möminlərin Allahı görmək məsələsinə gəlincə, məlumunuz olsun ki, onlar Allahı bu dünyada görməzlər. Amma axirətdə möminlər Allahı görəcəklər. Buna dəlil həm Quranda, həm də Peyğəmbər (s. ə. s) hədislərində çoxdur: “Qiyamət” surəsinin 22, 23-cü ayələrində Allah buyurur:
“O gün üzlər sevinəcək, öz Rəbbinə baxacaq”
Bu ayədə olan altı kəlmədən beşi Allahı görməyə dəlalət edir.
“O gün”- Bu sözün xüsusən qeyd olunması: Əgər siz deyirsiniz ki, bəsirətlə görəcək, onda biz sizə cavab verərik ki, bəsirətlə insanlar hər zaman Allahı görürlər və bunu o günlə xüsusiləşdirməkdə hikmət Onu məhz gözlə görməyə işarədir.
“Üzlər” – məlumdur ki, gözlər üzdədir və bəsirətin üzlə ifadə olunmasına lüzum yoxdur. Deməli bu gözlə görməyə işarədir.
“Sevinəcək” – bu ifadə möminlərə aiddir və məlumdur ki, kafirlər də bəsirətlə Allahı görür, lakin inadkarlıqlarından dilləri ilə Onu inkar edirlər. Qiyamət günü isə onlar Allahı gözlə görməkdən məhrum olacaqlar. Uca Allah buyurur:
“Xeyr, o gün onlar öz Rəbbinin mərhəmətindən məhrum olacaqlar (onlarla Rəbbləri arasına pərdə çəkiləcəkdir)” (“əl-Mutaffifin” surəsi, ayə 15)
Məgər kafirlər qiyamət günü Allahın varlığını bəsirətləri ilə görməyəcəklər? Bəs onda pərdə onların harasına çəkiləcəkdir?
إلي ön qoşması (ərəb dilində) istiqamət bildirir. Məlumdur ki, istiqamət yalnız göz üçündür, bəsirət üçün isə istiqamətin olmasına lüzum yoxdur.
“Baxacaq” – bəsirət olsa idi başqa ifadəni işlətmək daha məqsədəuyğun olardı. Məs: “dərk edəcək” və ya “hiss edəcək” və s.
Həmçinin Peyğəmbər (s. ə. s) dua edərkən Allahı görməyi istəyirdi. Ola bilməz ki, Peyğəmbər (s. ə. s) mümkün olmayan bir şeyi istəsin.
“əl-Ənam” surəsinin 103-cü ayəsinə gəldikdə, Allah Taala deyir:
“Gözlər onu dərk etməz”.
Dərk etməklə görməyin fərqi yoxdurmu? Gözlər görür sonra dərk edir yaxud etmir, həmçinin qulaqlar eşidir sonra dərk edir ya da etmir, əl toxunur sonra nəyə toxunduğunu dərk edir yaxud etmit və s.
Ayədə Allahı dərk etməmək Onun varlığını başa düşmək mümkün olmadığına dəlalət edir. Lakin, digər ayə və səhih hədislərə görə Onun cəmalına tamaşa etmək. Onu görmək isə mümkündür.

“əl-Əraf” surəsinin 143-cü ayəsində Allah Musaya (a. s) deyir:
“Sən məni görə bilməzsən”
Bu ayə Allahı yalnız bu dünyada görməməyə dəlalət edir.
Musaya (a. s) yaraşmaz ki, Allahdan mümkün olmayan bir şeyi istəsin.
Allah Musanı (a. s) bu suala görə qınamadı. Amma başqa ayələrdə Nuh (a. s) oğlunun xilas olması üçün dua etdikdə onu qınadı, İbrahim (a. s) atasının bağışlanmasını istədikdə onu qınadı Məhəmməd (s. ə. s) münafiq üçün cənazə namazı qılmaq istədikdə onu qınadı. Musaya (a. s) isə Tur dağına baxmağı əmr etdi.
Allah demədi ki, Mən gözə görünməzəm, O dedi ki, “Sən Məni görə bilməzsən”. Yəni bu dünyada görə bilməzsən. Ayədə qeyd olunan لن qoşması yalnız bu dünyanın sonuna qədər inkarı bildirir. Bu ön qoşmasının “əbədi” mənasında olmadığını aşağıdakı ayələrdə açıq-aydın görmək olar
Onlar əbədi olaraq ölüm arzulamayacaqlar” (əl-Bəqərə, 95)
Sonra da “əz-Züxruf” surəsinin 77-ci ayəsinə bax. “Bu həyatdan onlar necə ölüm arzulayacaqlar”. Bu məsələ Əhli sunnənin etiqadında olduğu kimi Əhli-beytində etiqadında var, çünki Əhli-beyt məhz Əhli-sünnədəndir. [29] Onu da qeyd etmək yerinə düşür ki, elə öz mötəbər kitablarınızda, “məsumlar” öz dualarında qiyamət günü Allahı görməyi arzulayırdılar. [30] Bəkri öz kitablarını oxusaydı və öz məzhəbindən xəbəri olsaydı bu qədər xəta etməzdi.
O ki, qaldı baldır məsələsinə, Bəkri deyir:
Qiyamət günü haqqında Əbu Səid əl-Xudri Peyğəmbərdən nəql edərək deyir: “Qiyamət günü xalq dağıldıqdan sonra Allaha ibadət edən adil və fasiq şəxslər qalacaqlar. Onlara deyiləcəkdir: - Xalq dağılıb getdi, siz nəyi gözləyirsiniz? – Onlar deyəcəklər: - Bizim onlara ehtiyac duyduğumuz vaxtda onlar bizdən ayrılıb getdilər. Bizə hər kəs öz ibadət etdiyinin dalınca gəlsin. Biz də Allahı gözləyirik. – Sonra Peyğəmbər davam edərək buyurur: Onlar Allahı ilk dəfə gördükləri qiyasın tam əksinə olan bir qiyasda görəcəklər. Gördükləri Allah da: - Mən sizin Allahınızam! – deyəcəkdir. Onlar təəccüblənərək soruşacaqlar: - Məgər sən bizim Allahımızsan? – Bu zaman Allah: - Mənimlə yalnız peyğəmbər danışa bilər – deyə buyuracaq. Onlar da Allahı baldırdan tanıyaraq, cavab verəcəklər. Allahda onlara öz baldırını göstərəcək. Beləliklə bütün möminlər Allaha səcdə edəcək. (əl-Buxari, cild 9, səh 396, “Kitab ət-tauhid Vucvuh yavməizin nazira” babı).
Cavab: “Quranı” oxusaydın, sənə “Qələm” surəsinin 42-ci ayəsi kifayət edərdi. Həmçinin sənə öz məzhəbinin kitablarının adını veririk, get oxu! “Təfsirul Mizan”, cild 18, səh. 362, Muhəmməd ibn İbrahim Sədrəddin əş-Şirazinin təfsirində cild 1, səh. 58, 156, Səid Muhəmməd ər-Rəy Şərininin “Mizanu-l-hikmə” kitabın 2-ci cild 178-179 səhifəsində “Həl min Məzid” babını oxumağı məsləhət görərdik. Bu kitablardan Allahın Ona layiq, keyfiyyəti bizə məlum olmayan ayağı haqqında məlumat alarsan.
“Allahın gözəl ad və sifətləri yuxarıda qeyd etdiyimiz kimi dörd şərtlə təsdiq olunur. Onları olduğu kimi qəbul edir, yəni, oxşatmayır, keyfiyyətini soruşmayır, mənasını inkar etməyir və mənasını dəyişdirmir. Lakin siz ey Bəkri ağlı şəriətdən üstün tutaraq Allahın sifətlərini inkar etməklə bir çox günaha girmiş olursunuz. Bunlardan:
Heç bir dəlil olmadan bu sifətləri inkar edirsiniz.
Oxşatmaqdan çəkindiyinizi iddia etməyinizə baxmayaraq, heç bir vəchlə ondan qurtula bilmirsiniz. Yəni Allahın sifətini eşidən kimi məxluqun sifətinə oxşadırsınız. İddianıza görə - oxşatmaqdan çəkinmək üçün başqa məna verirsiniz. Ancaq bununla belə elə öz əsma sifətdəki qaydalarınıza yenə oxşatmış olursunuz. Çünki verdiyiniz başqa məna da məqluqda vardır.
Allaha elmsiz sifət vermiş olursunuz. Allah Taala bunu qadağan edir: “Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur (əl-Əraf, 33)
[29] “Bihar əl-Ənvar”, cild 8, səh. 204, 205, bab “Cənnət və onun nemətləri”, “Bihar əl-Ənvar” cild 48, səh. 263, hədis 17; cild 27, səh. 90, hədis 42; cild 89, səh. 266, hədis 3, bab “Cümə gününün və saatının Fəziləti”, “Lə-Əli Əxbər”, cild 7, səh. 410-411.
[30] “Bihar əl-Ənvar”, cild 86, səh. 2, hədis 2; cild 90, səh. 133 “Cümə gününün duası”, cild 93, səh. 262; cild 97, səh. 363. “Kafidə”də bu məsələ qeyd olunur. bax, cild 2, səh. 547-548, hədis 6, həmçinin “Mən lə yəxzürühül fəqih”, cild 1, səh. 315, hədis 12, bab “Fittagib”.
Bəkrinin Nəsx olunmuş ayələrə dair şübhələri
Bəkrinin daha bir şübhəsiz isə Quran ayələri barədə olan hədislər haqqındadır. Bəkri deyir:
Əl-Buxari xəlifə Ömərdən belə nəql edərək yazır: “Allahın nazil etdiyi ayələrdən biri də rəcm ayəsi idi. Biz onu oxumuş dərk edib anlamışdıq. Peyğəmbər rəcm etmiş biz də ondan sonra rəcm etmişik. Lakin qorxuram ki, bir zaman gələr ki, insanlar belə demiş olalar: And olsun Allaha ki, biz rəcm ayəsini Allahın kitabında görmürük və beləliklə də Allahın nazil etdiyi vacib əmri (fərz) tərk etməklə doğru yoldan azarlar. Rəcmi isə Allahın kitabında haqq olduğu kimi evli olan kişi və ya qadın zina etdikdə əgər buna sübut gətirərlərsə və ya hamiləlik olarsa yerinə yetirilir. (əl-Buxari, cild 8, səh. 539, “Kitab əl-muharibinə min əhli küfr Rəcm əl-hubla minəzzina” babı).
Xəlifə Ömərin daha bir ayənin Qurandan olduğu, lakin sonralar Qurandan mətnindən çıxarıldığı iddia etdiyini əl-Buxari növbəti hədisdə bəyan edir: Sonra biz Qurandan oxuyardıq – Öz ata-babalarınızı danmayın! Onları danmanız sizi küfrə salar. (əl-Buxari, cild 8, səh. 540, “Kitab əl-muharibinə min əhli küfr Rəcm əl-hubla minəz-zina” babı).
Müslim də Aişədən nəql edərək Qurandan başqa bir ayənin yoxa çıxdığını açıqlayır. Aişədən belə dediyi nəql edilir: Quranda nazil olanlar arasında məlum on dəfə əmizdirmə ayəsi də nazil olmuşdu. Peyğəmbər vəfat etdikdən sonra da həmin ayələr Qurandan oxunurdu. (səhih Müslim, cild 2, səh. 1075, “Kitab ər-rəza Ət-tahrim bi xamsi rəzat” babı).
Müslim öz əsərində yoxa çıxmış başqa bir ayəni də açıqlamışdır. Əbu Musə əl-Əşəri 300 nəfərlə Bəsrə Quran oxuyanların yanına göndərildi. Söhbət əsnasında onlar dedi: Ondan əzbərlədiyimdən başqa uzunluğunda və sərtliyində bəraət (Tövbə) surəsinə bənzətdiyimiz bir surə oxuyurduq. Əzbərlədiyim ayə bu idi “Adəm övladının iki dağ var-dövləti olarsa, üçüncüsünü tələb edər. Onun gözünü torpaqdan başqa bir şey doyuzdurmaz. (Səhih Müslim, cild 2, “Kiat əz-zəkat” səh. 736, “Ləu ənnə li ibn Adəm vadiyəyni ləbtağa səlisan” babı).
Göründüyü kimi bu ayələrdən heç biri bu gün Quranda yoxdur. Əhli-Sünnənin bu səhih hədislərə əsasən əqidəsi budur ki, günümüzdə Quranda mövcud olan ayələrin sayı Peyğəmbər zamanının Quran ayələrinin sayından azdır. Və o zaman elə ayələr olmuşdur ki, bu günümüzə gəlib çatmamışdır. Bu qəbildən olan hədislərin sayı Sünni mənbələrində olduqca çoxdur. Biz yalnız əl-Buxari ilə Müslimdən bir neçə hədis gətirdik. Ümumilikdə isə Quran işığında qurulan əqidə ilə şübhəli hədislər əsasında qurulan Əhli-Sünnə əqidəsi arasında olan fərqi aşkarlamağı isə əziz oxucunun ixtiyarına buraxırıq. Allah sizdən razı olsun!
Cavab: Bu məsələyə toxunmaqla, Bəkri bizi daha da təəccübləndirdi. Bu da onun öz məzhəbindən nə qədər xəbərsiz olduğunu göstərir. Heç olmasa onlar gərək bu məsələdən danışmasınlar. Nəsx ayələrini və qeyd olunan rəcm ayəsini xüsusən qeyd etmək istərdim. Bəkri o qədər Buxari və Müslim deyir ki, oxucuda elə bir fikir yaranır ki, o ancaq Buxari və Müslimi oxuyur və öz kitablarından isə bixəbərdir. Çünki öz kitablarına müraciət etsəydi, Bəkrinin və onun əqidə qardaşlarının bunları yazmağa əli gəlməzdi. Beləliklə o öz cahilliyini göstərməkdə davam edir.
Nəzərinə çatdırmaq istərdik ki, bu hədislərdə söhbət təhrifdən yox, nəsxdən gedir. Yaxşı olar ki, Bəkri əvvəl nəsxlə təhrifin fərqini bilsin. Nəsx Allah tərəfindən, təhrif isə bəşər tərəfindən olunur. Doğurdanda qəribədir. Onların Qurana münasibəti, xüsusən də Quranın təhrif olunduğuna dair etiqadları, hamıya aydın olanda çox xəbis bir işə əl atdılar. Hadisələrin məcrasını dəyişdirmək məqsədi ilə təhrifin onlardan yox, məhz guya əhli-sünnədə olduğunu göstərmək üçün nəsx ayələri haqqında hədisləri gətirdilər. Halbuki nəsx təhrif deyil və nəsx barəsində əhli-sünnə və şiələr arasında heç bir ixtilaf yoxdur. Əksinə, rafizilərdə 2000-ə yaxın səhih hesab etdikləri hədislər var ki, orada yalnız təhrifdən bəhs olunur.
Nəsx ayələrinə gəlincə isə bu onlarda da var. Bu barədə onların məhşur alimi Nuri Təbərsi özünün “Fəslu-l-xitab” kitabında belə deyir: “Qeyd etmək lazımdır ki, nəsx-tilavə ayələri mövcuddur və haqqdır. Yalnız bəzi alimlər bu məsələ ilə bağlı ixtilaf ediblər. Ancaq üsulçuların əksəriyyətinə görə tilavəti-n-nəsx haqqdır. Bu barədə Allamə də deyir: - “Tilavətin nəsxi haqqdır”.
Amma bəzi savadsız insanlar bir neçə kitabça oxumaqla özlərini alim hesab edir və əhli-sünnəyə tənə etmək istəyirlər. Biz isə göstərəcəyik ki, iddiaçının iradları əsassız və batildir.
Qeyd etdiyimiz kimi, nəsx Allah tərəfindən, təhrif isə bəşər tərəfindən olur. Nəsxi sübut edən ilk öncə Quran ayələridir.
Tilavətin nəsxinə dair Qurandan dəlillər
Uca Allah Öz kəlamında buyurur:
“Biz hər hansı bir ayənin hökmünü ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsinizmi?!”. [31]
“Allah (kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli (lövhi məhfuz) Onun yanındadır”. [32]
“Biz bir ayəni ləğv edib başqası ilə əvəz etdikdə - Allah nə nazil etdiyi Özü daha yaxşı bilir, kafirlər (Məhəmmədə): Sən ancaq bir iftiraçısan – deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün) haqqı bilməz”. [33]
“(Ya Peyğəmbər!) Biz sənə (Cəbrail vasitəsilə Quran) oxudacağıq və sən Allahın dilədiyindən başqa onu unutmayacaqsan”. [34]
Bu ayələrdən məlum olur ki, nəsx – Allah tərəfindən ləğv deməkdir. Bu həm Quran ayəsi, həm də Allah elçisinin hədisinə aiddir. Təhrif isə insanın etdiyi dəyişiklik, əlavə və azaltma deməkdir. Nə lüğəti mənada, nə də şəriət terminaloqiyasında nəsx və təhrif heç vaxt bir məna verməyir. Allah Qurani – kərimdə məhz Özü nəsx etdiyini bildir. Təhrifi isə insanlar etdiyini deyərək, onu pisləyir. Allah Taala buyurur:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişib təhrif edir. . . (ən-Nisa, 46)
Nəsx üç cür olur:
Tilavətin nəsxi – ayənin hökmü qalır, lakin Quranda yazılı şəkildə mövcud olmur.
Hökmün nəsxi – ayə Quranda qalır, lakin hökmü ləğv olunur.
Tilavətin və hökmün nəxsi – həm ayə həm də hökmü ləğv olunur.
Bəzi cahillərin düzüb-qoşduğu yeni oyunbazlıq ondan ibarətdir ki, guya tilavətin nəsxi və təhrif arasında fərq yoxdur və tilavətin nəsxini qəbul edənlər Quranın təhrif olunduğunu isbat edirləır. Yəni, Sünnə-əhli tilavətin nəsxini qəbul edir, beləliklə də Quranın təhrif olunduğuna iman gətirir. Guya tilavətin nəsxini onlar özləri qəbul etmirlər və yalnız hökmün nəsx (ləğv) olunmasına inanırlar.
Qeyd etmək istəyirik ki, bu nağılı ilk dəfə ortaya çıxaranlardan biri şiə alimi Xoi olub. Xoi özünün “əl-Bəyan” kitabında [35] yazır ki, təlavətin nəsxi və təhrif eynidir, tilavət nəsxini qəbul edənlər Quranın təhrif olunduğunu təsdiq edirlər. Sünnə-əhli də tilavətin nəxsini qəbul edir, beləliklə onlar Quranın təhrif olunduğuna iman gətirir.
Bu yalançının ifadəsini puç etmək üçün Quran ayəsi kifayətdir, Bir də şiə alimlərinin Qurana olan münasibəti heç də müsbət olmadığını az sonra qeyd edəcəyik. Buna görə də biz onların mənbələrindən tilavət-nəsxi haqqında olan məlumatları sonrakı fəsillərdə qeyd edəcəyik. Şübhəsiz ki, bu cür deməklə Xoi yalnız şiələrin iman gətirdikləri təqiyyəyə əməl edirdi ki, Qurana dair əqidələrini – yuxarıda dediyimiz kimi gizlətsin və Sünnə-əhlini haqqsız yerə ittiham edib insanlar qarşısında pis qələmə versin. Təəssüf ki, bəzi insanlar bu nağıllara inanıb əsl dindən bir az da uzaqlaşıblar.
 [31] “əl-Bəqərə”, 106
[32] “ər-Rəd”, 39
[33] “ən-Nəhl”, 101
[34] “əl-Alə”, 6-7
[35] Xoi, “Bəyan fi təfsir əl-Quran”, səh. 205
Rafizi alimlərinin tilavətin nəsxinə dair baxışları
Onların müasir alimləri tilavətin nəsxini qəbul etmək istəmirlər. Bunların əksinə, onların əvvəlki alimləri nəsxi-tilavəni təsdiqləmiş, bu növ nəsxin haqq olduğunu isbat etmişlər.
Əbu Əli əl-Fəzl ət-Təbərsi, rafizilərin etimad etdikləri ən güclü alimlərdən biri öz təfsir kitabında “əl-Bəqərə” surəsinin 106-cı ayəsini şərh edərkən nəsxin 3 növ olduğunu bildirir və qeyd edir ki, bunlardan biri də tilavətin nəsxidir. [36]
Şeyxu-t-Taifə (tayfanın şeyxi) ləqəbli olan Əbu Cəfər Məhəmməd ət-Tusi “Tibyan” kitabının müqəddiməsində nəsxin 3 növ olduğunu bildirir, nəsx-tilavəni isbat edir. [37]
Onların alimlərindən biri Kaşani də təfsir kitabında “əl-Bəqərə” surəsinin 106-cı ayəsini şərh edərkən, nəsxin 3 növ olduğunu bildirir və qeyd edir ki, bunlardan biri də tilavətin nəsxidir. [38]
Başqa bir alim Kəmaləddin əbdürrəhman Əraiqi əl-Xuli hətta bu barədə ayrıca bir kitab yazıb “Nəsx-Mənsux” və orada nəsxin 3 növ olduğunu bildirəndən sonra tilavətin nəsxini isbat edir. [39]
Məhəmməd Əli də tilavətin nəsxini isbat edir. [40]
“ Nəsx tilavə” haqqında məlumat Kaşaninin “əl-Vafi” kitabında da qeyd olunmuşdur. [41]
İmamlardan hesab olunan Məhəmməd ibn Əli ibn Musa ər-Rida isə “Bəqərə” surəsinin 106-cı ayəsini təfsir edərkən demişdir: “Allah Təala buyurur: - Biz hər hansı bir ayənin hökmünü ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsinizmi?! – Ayədə “unutdururuqsa” sözü yəni hökmü qalır yalnız rəsmini (tilavətini) ləğv edirik deməkdir”. [42]
Gördüyümüz kimi tilavətin nəsxini şiələr də qəbul edir. Amma bəziləri camaatın xəbərsizliyindən istifadə edirlər və onları öz xurafatları ilə azdırırlar.
[36] “Məcma əl-Bəyan fi təfsir əl-Quran”, “Bəqərə” surəsinin 106-cı ayəsinin təfsirinə bax.
[37] “Tibyan fi təfsir əl-Quran”, cild 1, səh. 13 müqəddimədə.
[38] “Təfsir əs-Safi”, bax “Bəqərə” surəsinin 106-cı ayəsinin təfsirinə.
[39] Əl-Xuli, “Nəsx-Mənsux” kitabı, səh. 35.
[40] “Ləməhət fi tarixil-Quran”, səh. 222.
[41] “əl-Vafi”, cild 1, səh. 274.
[42] “Bihar əl-Ənvar”, cild 4, səh. 116, 3-cü bab 42-ci rəvayət
Rəcm ayəsinin “NƏSXİ-TİLAVƏ” olduğunu təsdiq edən şiə alimləri və rafizilərin Qurana münasibəti
Əvvəllər qeyd etdiyimiz kimi, onların etimad etdiyi alim Təbərsi artıq öz kitabında cümhur üsulçuların nəsxi qəbul etdiklərini təsdiqləmişdir. Biz isə burada bir neçə kitabın adını verək ki, Bəkri onları oxusun və bir daha əhli-sünnəni nahaq yerə ittiham etməsin, bu cür xətaları təkrarlamasın.
Əbu Əli əl-Fəzl ət-Təbərsi, öz təfsir kitabında “əl-Bəqərə” surəsinin 106-cı ayəsini şərh edərkən nəsxin 3 növ olduğunu bildirir və qeyd edir ki, bunlardan biri də tilavətin nəsxidir və dəlil kimi rəcm ayəsini gətirir. [43]
Şeyx-taifə (tayfanın şeyxi) ləqəbli Əbu Cəfər Məhəmməd ət-Tusi “Tibyan”da nəsxin 3 növ olduğunu bildirəndən sonra nəsx-tilavəni isbat edir və dəlil kimi rəcm ayəsini göstərir. [44]
Rafizi alimi Kəmaləddin Əbdürrəhman Araiqi əl-Xuli “Nəsx-Mənsux” kitabında nəshin 3 növ olduğunu bildirəndən sonra tilavətin nəsxini isbat edir və dəlil kimi rəcm ayəsini gətirir. [45]
Həmin ayəni dəlil olaraq Məhəmməd Əli də öz kitabında qeyd edir. [46]
Kuleyni istinad edərək deyir ki, Əbu Abdullahdan rəcmin Quranda olduğu barəsində soruşduqda o demişdir: “Qadın və kişi edərsə onları rəcm edin! Çünki onlar artıq öz şəhvətlərini ödəmişlər”. [47]
Həmçinin iddiaçılar Kuleyninin “Kafi” kitabına baxsalar, orada rəcm ayəsinin nəsx olduğunu görərdilər və Əli Əkbər Qifarinin bunu təsdiqlədiyini də oxuya bilərlər. [48]
“Kafi”ni şərh edən Məclisi də “Miratu-l-Uqul” əsərində rəcm ayəsini qeyd edir və onun nəsx olduğunu bildirir. [49]
Həmin mənbələrdə Bəkri Aişənin hədisinə və başqa hədislərə də cavab tapa bilər.
Məsləhət edirik ki, öz alimlərinizin Qurana dair sözlərini oxuyasan. Öz mənbələrinizi diqqətlə oxusaydın görərdin ki, orada Quranın təhrif olunması haqqında çox səhih hədislər vardır. Məclisi “Miratu-l-Uqul”da Kafinin şərhində deyir: “Bizdə Quranın təhrif olunması haqqında səhih rəvayətlər həddindən artıq çoxdur”. [50]
Əbu-l-Həsən əl-Fəttuni demişdir: Bil ki, inkar olunmaz həqiqətdir ki, mütəvatir və digər xəbərlərə əsasən, həqiqətən Quranda peyğəmbər (s. ə. s) vəfatından sonra dəyişikliklər baş verdiyini deyirik. Quranı topladıqdan sonra bir çox ayələri və surələri yox etmişlər. Demək olar ki, bu əqidə bizim (rafizi məzhəbi nəzərdə tutulur) məzhəbin zərurətlərindəndir. [51]
Adnan əl-Bəhrani demişdir: Quranı təhrif edilmiş və dəyişdirilmiş olması hamı tərəfindən razılaşdırılmış məsələlərdəndir. Məzhəbin zəruriyyətlərindən (vacibatlarından) olduğuna görə, bu (məsələdə) “haqlı firqə” (rafiziləri nəzərdə tutur) həmfikirdirlər. [52]
Əli əl-Kufi Əbu-l-Qasım demişdir: Nəğl və hədis əhlinin xüsusi və ümumi əhli həmfikirdirlər ki, insanların əllərində olan bu Quran Qurani-kərimin hamısı deyildir. [53]
ayət imamlarından gələn mütəvatir xəbərlərdə bəzi zalımların törətdiyi hazf (yox etmə) və dəyişmə səbəbiylə Quranda ixtilafın olması qeyd olunmuşdur. [54]
“Usulu Kafi”də, kitab “Quranın fəziləti”, bab “Navadir”də keçən hədisi şərh edərkən deyir: “Cəbrailin Peyğəmbərə gətirdiyi kitab 17-min ayədir”. “Muratu-l-Uqul”da hədisin səhih olduğunu deyir. [55] İbn Bavabeyh də “Etiqadat” kitabında (səh. 102), bu hədisə “səhihdir” deyir.
Quranın təhrifi haqqında bu cür rəvayətlər sizin mənbələrinizdə minlərlədir. Təbərsinin “Faslu-l-xitab” kitabına baxmaq kifayətdir. Bu kitabın məqsədi məhz “Quran”ın təhrifi haqqında fikir yaratmaqdır. Hal-hazırda əlimizdə olan “Quran” Allah və Rəsulunun (s. ə. s) istədiyi şəkildədir. (bax. “Hicr” surəsi, 9-cu ayə. ) Bu həmin “Quran”-dır ki Əli (r. a) öz xilafətində onunla hökm verirdi. Əgər orada hər hansı bir təhrif olsaydı, onu bəyan edərdi. İslam aləminin müqəddəs kitabı birdir və o “Quran”dır. !!! Bundan fərqli olaraq sizdə müqəddəs sayılan və “Quran”a heç bir hərfi də uyğun gəlməyən “Fatimənin müshəfi” “Cifr” və s. Kitablar var (bax. Səhihliyini “12-ci imamın” təsdiq etdiyi Kuleyninin “Kafi” kitabı. Bəkriyə yalnız bunları oxuduqdan sonra “Buxari”, “Müslim” və əhli-sünnənin isnad etdiyi digər kitabları oxumağı məsləhət görərdik. İndi isə onların Quran barədə əqidələrinə qiymət verməyi əziz oxuculara həvalə edirik.
Biz söhbəti daha artıq uzatmağı lazım bilmədik. Çünki bu Bəkri üçün şərəf olardı. Lakin yuxarıda gətirdiyimiz dəlillər onun öz məzhəbində nə qədər savadsız olduğunu göstərməyə kifayət edər. Allahdan ona hidayət diləyirik. Qoy Uca Allah bizi haqq yolunda sabitqədəm etsin. Amin! [43] “Məcma əl-Bəyan fi təfsir əl-Quran”, “Bəqərə” surəsinin 106-cı ayəsinin təfsirinə bax.
[44] “Tibyan fi təfsir əl-Quran”, cild 1, səh. 13 müqəddimədə.
[45] Əl-Xuli, “Nəsh-Mənsuh” kitabı, səh. 35.
[46] “Lə məhət fi tarixul-Quran”, səh. 222.
[47] “Əl-Kafi”, cild 7, səh. /177, 3-cü rəvayət; “ət-Təhzib”, səh. 10/3, 4-cü bab, 7-ci rəvayət.
[48] “Əl-Kafi”, cild 7, səh. /176, “Darul-Adva” nəşri, Beyrut, Qifarinin tədqiqatı ilə
[49] “Miradul-Udul”, cild 23, səh. 267.
[50] “Miradul-Udul”, cild 2, səh. 536
 [51] “Miratul-Ənvər”, səh. 36
[52] “Məşariqu –l-şumus əd-durriyyə”, səh. 126
[53] “Faslu-l-xitab”, səh. 27
[54] “Əvail əl-məqəlat”
[55] “Miratul-Uqud”, cild 2, səh. 532.

Комментариев нет:

Отправить комментарий